Showing posts with label Cinayət hüququ. Show all posts
Showing posts with label Cinayət hüququ. Show all posts

Monday, September 24, 2012

Kompyuter Cinayətkarlığı olmuş hekayə türkcə

 
Dünyanın sayılı hackerları arasında gösterilen Ercan Fındıkoğlu'nun yakalanma öyküsü...
 
Kastamonu’da mütevazi bir yaşam süren ailesiyle hayata tutunmaya çalışıyordu Ercan. Askerliğini yeni bitirmiş, iş bulmakta zorlanıyordu. Yarıda bıraktığı eğitimi, çaldığı her iş kapısında önüne çıkıyor, hiçbir mesleği olmadığı için tüm başvurularında olumsuz yanıt Davamını OXU...

Thursday, September 20, 2012

Cinayət işinin başlanması üçün QƏRAR

Q   Ə   R   A   R
Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında

_ ____ 20__-cı il                                                                        Bakı şəhəri

Bakı şçəhəri, _____ RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı _____ vət. ______ narkotik maddə aşkar olunaraq götürülməsi ilə əlaqədar toplanmış materialı nəzərdən keçirib,

M   Ü   Ə   Y   Y  
Davamını OXU...

Tuesday, September 18, 2012

Terrorçuluq anlayışı, tərkibi və tövsifedici əlamətləri.



Terrorçuluq anlayışı, tərkibi və tövsifedici əlamətləri. 214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.\Obyekti İctimai təhlükəsizlik, hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların normal fəaliyyəti habelə vətəndaşların həyatı və sağlamlığı, həmşinin mülkiyyət münasibətləridir. Obyektiv cəhəti dispozisiyada. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxsdir.\Tövsifedici əlamətlər: 214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 214.2.2. təkrar törədildikdə; 214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə; 214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda.
Davamını OXU...

Friday, September 14, 2012

CİNAYƏTKARIN ŞƏXSİYYƏTİ

CİNAYƏTKARIN ŞƏXSİYYƏTİ

Cinayətkarın şəxsiyyəti dedikdə, fərdin bu və ya digər Cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu nəzərdə tutulur.
Cinayətkarın şəxsiyyəti anlayışı özünə;
1. fizioloci
2. sosial-demoqrafik
3. sosial- psixoloji
4. intellektual
5. e
Davamını OXU...

Wednesday, September 12, 2012

KORRUPSIYAYA QARŞI MÜBARİZƏYƏ DAİR 2012-2015-Cİ İLLƏR ÜÇÜN MİLLİ FƏALİYYƏT PLANI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2012-Cİ İL 5 SENTYABR TARİXLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞDİR KORRUPSIYAYA
QARŞI MÜBARİZƏYƏ DAİR 2012-2015-Cİ İLLƏR ÜÇÜN MİLLİ FƏALİYYƏT PLANI
 
1. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
1.1 Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi (RİA) qaydalarının müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi -
Davamını OXU...

Tuesday, September 11, 2012

Kazus. Müstəntiq və vəkil ilə təmin etməmə


İkinci qrup əlil Əmrah Vicdanov qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir. Müstəntiq ona tutulduğu andan deyil, yalnız о ittiham elan
Davamını OXU...

Sunday, September 9, 2012

KAZUS. Qısqanclıq və Ağır zərər



Qısqanclıq niyyəti ilə arvadı Aynur Mamalıyevanın qarın nahiyəsinə bıçaqla zərər yetirdiyi üçün qəsdən sağlamlığına ağır zərər vurmaya görə təqsirləndirilən Ərşad Mamalıyevin işinə baxılarkən müəyyən olunur ki, qonşusunun işə qarışması nəticəsində Ərşad cinayət əməlini başa çatdıra bilməmiş, yalnız vaxtında xəstəxanaya çatdırıldığı
Davamını OXU...

Friday, September 7, 2012

Tutulduğun zaman nələri bilməlisən?

E. Süleymanova
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)


Tutulduğun zaman nələri bilməlisən?

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan
Davamını OXU...

Quranda Cinayət hüququ və cəza


5. Maidə  (Süfrə) surəsi
5.33. Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
5.38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
24. Nur surəsi
24.2. Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
24.4. İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.


Davamını OXU...