Qanunlar
cəmiyyətdə qayda-qanun və sabitlik yaratmaq üçün nəzərdə
tutulmuşdur.Lakin bəzən elə axmaq və qəribə qanunlara rast gəlmək
mümkündür ki, özünü gülməkdən saxlaya bilmirsən. Onlardan bəziləri ilə
sizləri tanış edirik.
-Geyimdə olan qadının çılpaq ayaqlarına baxmaq qadağandır.Əks halda həbsxanaya düşmək mümkündür.
-Ohayo ştatında balıqlara (!) spirtli içki təklifetmək qadağandır (ayaq üstündə dura bilmirlər axı).
-Nyu-Yorkda qadına ictimai yerdə sinəsi açıq olmağa icazə verilir.Bir şərtlə ki, bu kommersiya marağı daşımır.
-Ayı ovlamağa icazə verildiyi mövsüm ərzində, onları ovlamaqdan qabaq şəklini çəkmək qadağandır.
-Dəmiryolu xəttləri üzərində öpüşmək qadağandır.
-Aydaxo ştatında dəvənin üstündə oturaraq balıq ovlamaq qadağandır.
-Çimərliyə ayı gətirmək qadağandır!
-Sent-Luis
ştatında yanğınsöndürənin gecə geyimində olan qadını xilas etməsi
qadağandır.Xilas olunmaq üçün qadın ilk növbədə üst geyimini geyməlidir.
-Nyu-Yorkda hündür binaların üzrəindən tullananları ölüm cəzası gözləyir (əgər sağ qalsa).
-İtaliyanın Syena şəhərində Mariya adlı qadınların fahişəliklə məşğul olması qadağandır !
-İsveçrədə
mənzillərdə yaşayanlara axşam saat 10-dan sonra ayaq yolunda suyu
buraxmağa icazə verilmir.Əks halda cərimə tətbiq edilir.
-Nyu-Meksiko ştatında qadınların ictimai yerlərdə “qırxılmamış” görünməsi qadağandır.
-İngiltərədə şəhər merinə “mister mer” deyə müraciət etmək lazımdır (hətta mer qadın olsa belə).
-Portuqaliyada yağmurlu və ya küləkli hava şəraitində işə gəlməmək üzrlü hesab olunur (artıq Portuqaliyaya istəyirsiniz?).
-Britaniyada üzərində monarxın şəkli olan poçt markasını tərsinə yapışdıran Vətən Xaini (!) elan edilir...
-Britaniyada yeni ildə üzüm oxantısından hazırlanmış kökə (pirojki) yemək qadağandır...
-Britaniyada deputatlara parlamentdə ölmək qadağandır....
-Britaniya konstitusiyasında belə bir qanun maddəsi var "Hamilə qdın hara gəldi siymək hüququna malikdir, o cümlədən də polis şleminə"...
-Britaniyada parlamentə qalxanla girmək qadağandır...
-York şəhərində hər kəsin üzərində ox və yay gəzdirən şotlandı öldürmək hüququ var..
-İsveçrədə saat ondan sonra kişilərə ayaq üstə duraraq kisələnmək qadağandır...
-Alabamada bağlı gözlərlə maşın idarə etmək qadağandır.
-Floridada ərsiz xanımlara bazar günləri paraşütdən tullanmaq qadağandır...
-Vermontda xanımlar dişlərini dəyişmək üçün ərlərindən yazılı icazə almalıdırlar...
-Milanda vətəndaşların dəfn mərasimlərindən və xəstəxanadan başqa hər yerdə üzlərində təbəssüm olmalıdır...
-Yaponiyada nigah üçün yaş həddi yoxdur...
-Fransada donuzlara Napaleon adı vermək qadağandır...
-Amerikanın Kalifornia Ştatında (səhv etmirəmsə) cibə benzin doldurub gəzmək
qadağandı.Birdə ki,maşınla gedərkən qarşınıza inək çıxsa,maşından
düşüb inəyi öpmək qadağandı
- Danimarkada həbsdən qaçan adam artıq azad olur
- Alyaskada ceyranı təyyarədən tullamaq qadağandır
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment