Saturday, September 8, 2012

Qanunlar dünyasından ən maraqlı 60 fakt



1. Qeyd olunmamış kompyuterlə mülk üçün Birmada 15-də həbsxanaya əkə bilərlər illər.

2. İmperator əmrinə görə Yaponiyada 1603-cü ildə üzgüçülük məcburi məktəb predmeti oldu.

3. Sena şəhərində qadınlara adıyla Mariya fahişəliklə məşğul olmaq qadağandır.

4. Viskonsin amerika ştatında içmək qadağandır pivəni axşam 9 sonra.

5. Estoniyada və Norveçdə məcburi 12 illik təhsil daxil edilmişdir.

6. Fransada qadınlarda 1944-cü ilə qədər seçkilərdə səs hüquqları yox idi.

7. Bəhreyndə, Bruneydə, Küveytdə və Katarda gəlir vergisi yığılmır.

8. Konstitusiya üzrə ABŞ prezidentləri günortaya
Davamını OXU...

Dünyanın Ən Məzəli və Axmaq Qanunları


  Qanunlar cəmiyyətdə qayda-qanun və sabitlik yaratmaq üçün nəzərdə tutulmuşdur.Lakin bəzən elə axmaq və qəribə qanunlara rast gəlmək mümkündür ki, özünü gülməkdən saxlaya bilmirsən. Onlardan bəziləri ilə sizləri tanış edirik.
Aşağıdakı qanunların bir çoxu ABŞ-ın müxtəlif ştatlarında tətbiq edilir :

-Geyimdə olan qadının çılpaq ayaqlarına baxmaq qadağandır.Əks halda həbsxanaya düşmək mümkündür.

-Ohayo ştatında balıqlara (!) spirtli içki təklif
Davamını OXU...

İslamda qadın hüquqları

İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır”
Davamını OXU...

Yarışma üçün

Diqqət sonuncu sualın cavabını yazılı olaraq bura qeyd edin.
 
TESTƏ BAŞLA
Davamını OXU...

Hüquqi biliyinə güvənənlər üçün hədiyyəli yarışma
Yarışmada 9 ümumi və 1 çətin ( vətəndaşlıq mövzuda) sual olacaq.
Suallara cavab vermək üçün müddət 10 dəqiqədir.
Hər düzgün cavaba görə 100 xal verilir. Sonuncu suala görə isə 400 xal veriləcəkdir.
Yarışmanın keçirilmə vaxtı: 18:00 08.09.2012-ci il
İştirak etmək istəyənlər komment yerinə ad və soyadlarını yazsınlar. Göstərilən tarixdə bloga suallar TEST+1 Yazılı təqdim olunacaq.

  • 1. Yer 10 azn danışıq kartı
  • 2. Yer 5 azn danışıq   kartı
  • 3. Yer 1 azn danışıq   kartı

Qeyd. Hədiyyələrin verilməsi üçün ən az 50 iştirakçının olması vacibdir.( Ona görədə bacardığınız qədər çox adam bu yarışma barəsində xəbər edin ki iştirak eləsinlər )
Eyni şəxs iki dəfə iştirak etsə ban olunacaqdır.
Davamını OXU...

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U


Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
I fəsil 
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusunun Konstitusiya əsasları
Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra "deputat" adlanacaq) statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyasının 4-cü, 82-ci, 83-cü maddələri ilə, 84-cü maddəsinin üçüncü və dördüncü hissələri ilə, 85-ci, 86-cı, 87-ci maddələri ilə, 88-ci maddəsinin ikinci hissəsi ilə, 89-cu, 90-cu, 91-ci maddələri ilə, 94-cü maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə, 96-cı maddəsinin birinci hissəsi ilə müəyyən edilir.
Deputatın statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Davamını OXU...

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikası Milli Məclisinin
komitələri  haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi  komitələrinin təşkili və fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi komitələr  təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin komitələri (bundan sonra-" komitə" adlandırılacaq) qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Milli Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.
Davamını OXU...

Polis haqqında Azərbaycan Respublikasının Qanunu



Polis haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
  • polis — Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır;
  • polis əməkdaşı — polis orqanlarında müəyyən vəzifə tutan və bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur;
Davamını OXU...

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu



İnzibati icraat haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
1.2. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Davamını OXU...

Sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



I fəsil
ÜMUMİ MÜDDƏALAR
Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətini (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.
Davamını OXU...

Friday, September 7, 2012

Tutulduğun zaman nələri bilməlisən?

E. Süleymanova
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)


Tutulduğun zaman nələri bilməlisən?

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan
Davamını OXU...

Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
I fəsil
Ümumİ müddəalar

Maddə 1. Dövlət dilinin hüquqi statusu
Davamını OXU...

Dövlət Sirri Haqqında Qanun




Dövlət sirri haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

Davamını OXU...

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu




Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
Azərbaycan Respublikasının Qanunu

Birinci fəsil. Ümumi müddəalar
Maddə 1. Vətəndaşlıq hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Davamını OXU...

Hüquq mövzusunda Hədiyyəli yarışma


Hüquqi biliyinə güvənənlər üçün hədiyyəli yarışma
Yarışmada 9 ümumi və 1 çətin ( vətəndaşlıq mövzuda) sual olacaq.
Suallara cavab vermək üçün müddət 10 dəqiqədir.
Hər düzgün cavaba görə 100 xal verilir. Sonuncu suala görə isə 400 xal veriləcəkdir.
Yarışmanın keçirilmə vaxtı: 18:00 08.09.2012-ci il
İştirak etmək istəyənlər komment yerinə ad və soyadlarını yazsınlar. Göstərilən tarixdə bloga suallar TEST+1 Yazılı təqdim olunacaq.

  • 1. Yer 10 azn danışıq kartı
  • 2. Yer 5 azn danışıq   kartı
  • 3. Yer 1 azn danışıq   kartı

Qeyd. Hədiyyələrin verilməsi üçün ən az 50 iştirakçının olması vacibdir.( Ona görədə bacardığınız qədər çox adam bu yarışma barəsində xəbər edin ki iştirak eləsinlər )
Eyni şəxs iki dəfə iştirak etsə ban olunacaqdır.
Davamını OXU...

Məcəllələrimiz

Məcəllələr


Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yüklə - WinRar - 125 KB)  (yüklə - MS Word - 1 MB)

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (yüklə - WinRar - 78 KB)  (yüklə - MS Word - 836 KB)

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (yüklə - WinRar - 116 KB)  (yüklə - MS Word - 1 MB)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (yüklə - WinRar - 314 KB)  (yüklə - MS Word - 2.75 MB)

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (yüklə - WinRar - 205 KB)  (yüklə - MS Word - 3.2 MB)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (yüklə - WinRar - 118 KB)  (yüklə - MS Word - 1.6 MB)

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (yüklə - WinRar - 50 KB)  (yüklə - MS Word - 492 KB)

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (yüklə - WinRar - 90 KB)  (yüklə - MS Word - 1.1 MB) Davamını OXU...

Quranda Cinayət hüququ və cəza


5. Maidə  (Süfrə) surəsi
5.33. Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
5.38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
24. Nur surəsi
24.2. Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
24.4. İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.


Davamını OXU...

HƏDİYYƏLİ Hüquqi yarışma

Hörmətli hüquqşunaslar və blogun istifadəçiləri yaxın zamanda bloqda hədiyyəli yarışma keçiriləcək. 

Mövzu: Ümumi hüquqi biliklər (Ən çətin sual Azərbaycan Respublikasında Vətəndaşlıq mövzusunda olacaq). Planlaşdırılan vaxt 08.09.2012 saatı isə bloqda göstəriləcək.

Davamını OXU...

Thursday, September 6, 2012

İcraedici hakimiyyət-Hökümət



Hökumətin formalaşması prinsipləri

Hökumətin formalaşması prinsipləri müxtəlif ölkələrdə müxtəlifdir.Parlament üsul-idarəli ölkələrdə hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır.
Mütləq qalib olmazsa partiyalar koalisiya yaradır,ya çoxluq ya da azlıq hökuməti qururlar.Bu baş tutmazsa yenidən parlament seçkiləri keçirilir.

 

Azərbaycan Respublikasında hökumət

Azərbaycan Respublikası Konstitusiyasının Vİ fəslinin 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Konstitusiyanın 109-cu maddəsinə əsasən
" Azərbaycan Respublikasının Prezidenti:
4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir. "

Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu və tərkibi

Konstitusiyanın 114-cü maddəsinə əsasən :
" I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir."

Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası

Konstitusiyanın 118-ci maddəsinə əsasən :
" I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Konstitusiyanın 119-cu maddəsinə əsasən :
" Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
...Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər:
I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir."

Davamını OXU...

Azərbaycan Respublikasının Məhkəmə Sistemi


Davamını OXU...

Hüquqşünas



Hüquqşünas


Hüquqşünas ( lat/ jus və ya juris — hüquq)(alm. Jurist):
  • hüquq təhsilli insan;
  • hüquq elmini öyrənən alim;
  • hüquq sahəsində praktiki fəaliyyət göstərən insan.
İlk hüquqşünasların Roma qanunvericilərin (pontifiklərin ) olduğu hesab edilir. Azərbaycan Respublikasında ancaq hüquq təhsili olan insan hüquqşünas ola bilər. Sonrakı hüquq təhsilli ixtisaslara qəbul edilmək üçün, hüquqşünaslar yenidən ixtisas imtahanı ( test ) verməli olurlar.
Hərbi hüquqşünas - hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralırında müəllim kimi xidmət edirlər.

Davamını OXU...

Hüquq nədir? əlamətləri, nəzəriyyələr, mənbələri, prinsipləri, normaları

Hüquq


Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu səbəblə də, ingilis dilində "right" sözünün mənasını düzgün əks etdirən "haqq" sözünün istifadə olunması məqsədə uyğun olardı. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.


Hüququn əlamətləri
  • normativlik (məcburi davranış qaydasını müəyyən edir);
  • ümumilik;
  • dövlətin təminatı ilə icra edilir;
  • obyektivlik;
  • rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur;
  • dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir;
  • ədalətlilik;
  • sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur.
Hüquq haqqında nəzəriyyələr
Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izah etmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.
Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.
Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir.
Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.
Təbii-hüquq məktəbi — hüquq həmişə mövcüd olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir.
Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir.
Tarixi huquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.
Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır.
Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.
Hüququn mənbələri
Hüququn mənbələri — Hüquq normalarının yaranmasına və müəyyən forma almasına səbəb olan mənbələrdir.
Hüquq mənbələrinin növləri
hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olarkı, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.
normativ hüquqi akt — Dövlətin səlahiyyətli orqanları tərəfindən qəbul edilən özündə normativ xarakterli normaları birləşdirən aktlarıdır. Bura Konstitusiya, qanunlar və.s normativ hüquqi aktlar daxildir.
normativ müqavilə — konkret subyeklər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyekləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.
hüquq presedenti (məhkəmə və inzibati presedent) — huququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həll etmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.
dini normalar — dini kitablar və dini təlimlər tərəfindən müəyyən edilən normalardır.
hüquqi doktrina — görkəmli elm xadimlərinin, hüquqşunas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.
Hüququn prinsipləri
Hüququn prinsipləri — hüquqi tənzimləmə zamanı rəhbər tutulan əsas ideyalardır.
Hüquqi prinsplərin növləri :
Ümumi prinsiplər — hüququn bütün sahələrinə aiddir.
  • hüququn aliliyi;
  • qanunilik;
  • qanun qarşısında bərabərlik;
  • fərdin və dövlətin qarşılıqlı məsuliyyəti;
  • təqsirə görə məsuliyyət;
Sahələrarası prinsiplər — bir neçə hüquq sahəsinə aid olur. Məsələn, məhkəmənin aşkarlığı, məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət vermək hüququ həm cinayət-prosessual, həmçinin mülki prosessual hüquqa aiddir.
Sahəvi prinsiplər — konkter bir hüquq sahəsinə aid olan prinsiplərdir. Məsələn əmək müqaviləsinin bağlanmasının sərbəstliyi və.s
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.
Hüquq normalarının əlamətləri
Hüquq normalarının aşağıdakı əlamətləri var:
  • insanların davranışını tənzimləyir.
  • ümumi xarakter daşıyır.
  • dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
  • rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
  • sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər.
Hüquq normalarının quruluşu
Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:
Hipotez (əgər...) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s
Dispozisiya (yəni...) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.
Dispozisiyanın aşağıdakı növləri var:
  • səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
  • qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
  • vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.
Sanskiya (o halda...) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.
Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.
Hüquq normalarının növləri
Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s
İcra edilməsi tələbinə görə
  • İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
  • Dispozitiv — subyektlərə digər davranış imkanlarıda verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəların müqaviləyə daxil edilməsi.
Davranışın xarakterinə görə — Səlahiyyət verici, qadağan edici, vəzifə müəyyənedici;
Tədbiq edildiyi subyetlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.
Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar
Hüququn realizəsi
Hüququn realizəsi hüquq normalarında müəyyən edilən məqsədə çatmaq üçün normanın tələblərinin yerinə yetirilməsidir.
Hüququn realizə formaları
  • İstifadə — subyekt hüququn ona verdiyi imkandan istifadə edir. Məsələn, seçki hüququ, əmək hüququ;
  • İcra — hüquq normalarının məcburi tələbləri subyektlər tərəfindən icra edilir. Məsələn dövlət orqanı tərəfindən öz funskiya və vəzifələrinin yerinə yetirməsi;
  • Riayət etmə — subyektin müəyyən hüquq normasının tələblərini pozmaması üçün passivlik göstərməsi, qanuna zidd hərəkəti etməməsidir. Məsələn, cinayət və ya inzibati xəta törətməməsi;
Hüququn tətbiqi
Hüququn tətbiqi — Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsi ilə hüquq normalarının tələblərini yerinə yetirməsi, realizə etməsidir.
Hüququn tətbiqinin əsas məqsədi qanunçuluğun təmin edilməsidir. Hüququn tətbiqi aşağıdakı mərhələlərlə həyata keçirilir:
  1. İşin faktiki hallarının müəyyən edilməsi;
  2. Əməlin hüquqi cəhətdən qiymətləndirilməsi — əməlin hüquqa zidd və ya uyğun olmasının müəyyən edilməsi, əgər hüquqa ziddirsə, konkret hansı normanın tələblərinin pozulmasının müəyyən edilməsi;
  3. İşin həlli.
Hüquqi tətbiqi aktlar — hüququn tətbiqi prosesində konkret hüquqi iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən aktdır.
Hüquqi tətbiq aktlarının növləri
  • Formasına görə: Sərəncam, əmr, qərar və s.
  • Funksiyasına görə:
    • tənzimləyici (vəzifə dəyişikliyi əmri)
    • mühafizə edici (cinayət işi başlamaq haqqında qərar)
  • Predmetə görə: Cinayət hüququ üzrə, mülki hüquq üzrə aktlar və s.
Hüquqi tətbiq aktlarının əlamətləri
  • Onlar səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qəbul edilir.
  • Fərdi xarakter daşıyır. Konkret şəxs barəsində qəbul edilir.
  • Hüquq normalarının tələblərinin yerinə yetirilməsinə yönəlmişdir.
  • Hüquq tətbiqi aktların tələblərinin icrası dövlət məcbiyyət tədbirləri ilə icra edilir.
Hüquq normalarının təfsiri
Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir.
Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.
Təfsirin üsulları
Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prsesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur.
  • dilçilik (lingvistik, filologiya, qrammatik) — hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir.
  • funskional — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
  • tarixi — hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
  • sistematik — hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.
Təfsirin növləri
Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var:
Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.
Rəsmi təfsirin aşağıdakı növləri var:
  • autentik — hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi .
  • leqal — hüquq normasını qəbul etməsədə, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir.
  • normativ — müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir.
  • kazual — konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.
Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.
Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:
  • Adi — şəxsin özü tərəfindən edilən təfsir.
  • Xüsusi hüquqi — hüquqşünaslar, vəkil və.s tərəfindən edilən təfsir.
  • Doktrinal — hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.
Hüquq sistemi
Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir.
Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:
1. Hüquq sahəsi — konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Məsələn: Mülki hüquq, Əmək hüququ, Ekologiya hüququ və. s.
Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir.
Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.
Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsədə, digər hərəkət imkanlarıda tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir.
2. Hüquq institutu — eyni növ ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Bir qayda olaraq, hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir. Məsələn: Mülki hüquq sahəsinin hüquq institutlarına aiddir: müəlliflik, mənzil, patent hüququ və.s
3. Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.
Hüququn sahələr üzrə bölgüsü
Tənzimləmə predmetinə əsasən
  • Maddi hüquq — maddi hüquq normalararını özündə birləşdirir. Əsasən ictimai münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Mülki, cinayət, ailə hüququ və s.
  • Prosessual hüquq sahəsi — hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı qaydanı,proseduru tənzimləyir. Bura cinayət prosessual, mülki prosessual və s. hüquq sahələri aiddir.
Tənzimləmə predmetinə və tənzimlədiyi münasibətlərin xarakterinə görə
  • Ümumi hüquq — əsasən dövlət və cəmiyyətin ümumi maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Bura dövlət, inzibati, cinayət, maliyyə və.s hüquq sahələri aiddir.
  • Xüsusi hüquq — müəyyən subyektlərin maraqlarından irəli gələn münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Bura mülki, ailə, ticarət hüququ və.s aiddir.
Tətbiq edilmə sahəsinə əsasən
  • milli hüquq — konkret dövlət daxilində hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.
  • beynəlxalq hüquq — əsasən dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlmişdir. XX əsrin ortalarından başlayaraq, beynəlxalq hüquq normaları dövlət daxili münasibətləri tənzimləyən normalarıda özündə əks etdirir. Əksər dünya dövlətləri beynəlxalq hüquq normalarını qəbul edərək, qanunvericilik sisteminə daxil edirlər.
Hüququn sahələri
Müasir hüquq ədəbiyyatında hüququn aşağıdakı sahələri fərqləndirilir:
Konstitusiya hüququ
Mülki hüquq
İnzibati hüquq
Cinayət hüququ
Mülki prosessual hüquq
Cinayət prosessual hüquq
Əmək hüququ
Torpaq hüququ
Sahibkarlıq hüququ
Ailə hüququ
Ticarət hüququ
Gömrük hüququ
Maliyyə hüququ
Büdcə hüququ
Bələdiyyə hüququ
Vergi hüququ
Bank hüququ
Cəza icra hüququ
Tibb hüququ

  Davamını OXU...