Thursday, September 13, 2012

İnzibati Hüquqa dair 30 sual və Cavab


 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə dairsuallar və cavablar

Dr. Peter Yakob (Almaniyanın Karlsruhe şəhəri) tərəfindən tərtib edilmişdir.


İPM-in 1.1-ci maddəsi 
(inzibati məhkəməyə müraciət imkanı və İPM-in tətbiq dairə
si)

Sual 1: İPM-in 1.1-ci maddəsində İPM-in „inzibati mübahisələrə“ tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu mübahisələri mülki və ya iqtisadi-hüquqi mübahisələrdən necə fərqləndirmək lazımdır və bu zaman hansı meyarlardan istifadə olunmalıdır?
Cavab: Publik (ümumi) hüquq və xüsusi hüquq (iqtisadi işlər də xüsusi hüquqa aiddir) kimi müxtəlif hüquq materiyalarının fərqləndirilməsinə dair bütün hallar üçün məcburi qüvvəyə malik vahid düstur olmasa da, bunun cavablandırılmasını asanlaşdıran bir sıra köməkçi meyarlar mövcuddur.
İlk növbədə, hüquqi mübahisə iştirakçılarının kim olmasına diqqət yetirmək lazımdır. Belə ki, mübahisənin tərəfləri qismində yalnız fiziki şəxslər və ya (xüsusi hüququn) hüquqi şəxsləri çıxış edərlərsə, onda söhbətin böyük ehtimalla mülki-hüquqi (iqtisadi-hüquqi) məsələdən getdiyini söyləmək olar. Özəl şəxslər yalnız müstəsna hallarda publik-hüquqi qaydada, yəni inzibati orqan kimi fəaliyyət göstərmək üçün (qanuni) səlahiyyətə malik olurlar (məsələn, Almaniyada avtomobillərin texniki baxışını həyata keçirən və xüsusi hüququn subyekti olmasına baxmayaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş Texniki Baxış Birliyi bu cür səlahiyyətə malikdir). İnzibati mübahisələrdə isə, bir qayda olaraq, ən azı bir inzibati orqan (“İnzibati İcraat haqqında” Qanunun (bundan sonra İİQ) 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada) tərəf qismində iştirak etməlidir. Lakin bu heç də bütün bu kimi hallarda söhbətin mütləq olaraq inzibati-hüquq münasibətindən getməsi anlamına gəlmir. Çünki inzibati orqanlar da mülki-hüquqi müqavilələr bağlaya, yəni mülki hüquq müstəvisində çıxış edə bilərlər.
Köməkçi qismdə digər bir meyardan da istifadə oluna bilər. Həmin meyara müvafiq olaraq, münasibətin xarakterini müəyyən etmək üçün aşağıdakı suala cavab verilməlidir: inzibati orqan sözügedən halda özəl (mülki) şəxs kimi çıxış edib (yəni, onun əvəzinə heç bir problem olmadan adi özəl şəxs də çıxış edə bilərdimi), yoxsa o ancaq inzibati orqana xas olan hərəkət edib? Belə ki, yalnız ikinci halda prosesə İPM (və ondan əvvəl inzibati orqanda icraat üzrə İİQ) tətbiq olunur. Birinci halda isə, inzibati orqanın çox güman ki, mülki-hüquqi qaydada hərəkət etməsi nəticəsinə gəlinəcək və bununla da prosessual baxımdan həmin hala Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) müddəaları tətbiq olunacaq.
Lakin belə bir sual meydana çıxır ki, bəs hansı hərəkətlər inzibati orqanlar üçün səciyyəvidir? İnzibati orqanlar qanuna əsasən xüsusi səlahiyyətlərə malik olduğu üçün onlarda hakimiyyət daşıyıcısı olmaq xüsusiyyəti mövcuddur. Prinsip etibarilə, bərabər səviyyədə bir-biriləri ilə hər hansı bir münasibətə daxil olan özəl şəxslərdən fərqli olaraq, inzibati orqanlar birtərəfli qaydada sərəncam qəbul edə, əmrlər verə, nəyisə qadağan edə, eləcə də sadalanan bütün bu hərəkətləri özləri icra edə bilərlər. Beləliklə, inzibati orqanın bu cür hakimiyyət ünsürlərinə malik qaydalar müəyyən etdiyi hallarda söhbət həmişə publik (ümumi) hüquqdan və bununla da inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işdən gedir. Bütün bu kimi hallarda İİQ-nin 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt mövcud olacaqdır ki, bu da həmişə yalnız inzibati prosesdə mübahisə predmeti ola bilər (mübahisələndirmə və ya məcburetmə haqqında iddia üzrə).
Digər bir köməkçi meyar qismində inzibati orqanın hərəkətinin hansı məqsədə yönəlməsinin müəyyənləşdirilməsi çıxış edə bilər. Publik (ümumi) hüquqda söhbət daim müvafiq ictimai məqsədlərdən, ictimai rifahdan və ya təhlükənin qarşısının alınmasından gedir. Bunun əksinə olaraq, özəl (mülki) hüquqda isə ayrı-ayrı fərdlərin iqtisadi maraqları ön planda dayanır. Qeyd olunanlardan başqa, mübahisə üçün həlledici normanın daha dəqiq nəzərdən keçirilməsi də münasibətin xarakterini müəyyən etməyə yardım edə bilər. Əgər həmin norma publik hüquqa aid olan bir normadırsa, onda sözügedən hala İİQ-nin və İPM-in müddəaları tətbiq olunacaqdır.
Amma unutmaq olmaz ki, inzibati orqanlar təkcə inzibati akt formasında deyil, (İİQ-nin 1.1-ci maddəsi), həm də faktiki xarakterli hərəkətlər formasında da hərəkət edirlər (İİQ-nın 1.2-ci maddəsi). İPM-ə əsasən faktiki xarakterli hərəkətlərə münasibətdə də inzibati məhkəmələrin aidiyyəti müəyyən edilmişdir (öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Bu kimi hallarda söhbətin publik (ümumi) və ya özəl (mülki) hüquqdan getməsinin müəyyən edilməsi daha mürəkkəb ola bilər (bax: İPM-in 2.2.3-cü maddəsinə dair 1-ci sual).

Sual 2: Qaz, su, elektrik enerjisi təchizatı ilə bağlı mübahisələr publik (ümumi) hüquqa aid olan mübahisələrdirmi (axi bazarda inhisarçı mövqeyə malik olan müvafiq müəssisələr dövlətə məxsusdur)?
Cavab: Yuxarıda təsvir edilmiş prinsip və meyarlar əsas götürüldüyü təqdirdə burada söhbətin mülki-hüquq münasibətlərindən getməsi qənaətinə gəlmək mümkündür. Belə ki, müəssisələr İİQ-nin 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan deyillər və qaz, su, elektrik enerjisinin təchizatı müqavilələr əsasında həyata keçirilir. Bu cür müqavilələr isə heç bir məhdudiyyət olmadan özəl şəxslər (əgər onların qaz, su və elektrik enerjisi olarsa) tərəfindən də bağlanıla bilər. Yəni təchizatçı qismində inhisarların çıxış etməsi mülki hüququn tətbiq olunmasını istisna etmir. Birtərəfli qaydada əvvəlcədən tərtib edilmiş qəti şərtlərə malik müqavilələrə özəl hüquqa aid olan iqtisadi dövriyyədə də tez-tez rast gəlmək mümkündür.
Sual 3: „Köhnə işlər“ə, yəni 1 yanvar 2011-ci ildən əvvəl qəbul edilmiş inzibati aktlara münasibətdə İPM-in tətbiq edilməsi mümkündürmü?

Cavab: Təəssüflər olsun ki, İPM-də keçid müddəaları nəzərdə tutulmamışdır. Ümumi olaraq belə bir prinsip mövcuddur ki, prosessual hüquq daim özünün qüvvədə olan ən son redaksiyasına əsasən tətbiq olunmalıdır. Bu qaydaya uyğun olaraq, 01.01.2011-ci il tarixdə hələ də davam edən icraatlar İPM-in müddəalarına müvafiq olaraq davam etdirilməlidir. Əgər hər hansı bir „köhnə“ inzibati aktın 01.01.2011-ci il tarixdə mübahisələndirilməsi artıq mümkün olmayıbsa, yeni İPM burada heç nəyi dəyişməyəcəkdir. Əgər müvafiq inzibati akt 01.01.2011-ci il tarixdən qısa bir vaxt əvvəl qəbul edilibsə, onda iddia müddəti barədə sual yaranacaqdır. Bu cür hallarda inzibati aktda təbii olaraq hüquqi müdafiə vasitələri barədə məlumatlandırma əksini tapmadığı üçün qeyd olunan hala İİQ-nin 73.2-ci maddəsinin (6 aylıq iddia müddəti) müvafiq tətbiqi barədə düşünmək mümkündür. Göstərilən halda hansı maddi hüquq normasının şamil olunmasını söyləmək də çətindir. Bununla əlaqədar olaraq mübahisələndirmə haqqında iddialarda inzibati aktın (bir qədər problemli olacaq), öhdəliyin icrası və məcburetmə haqqında iddialarda isə məhkəmə qərarının qəbul olunması vaxtına istinad edilməsi mümkündür.

Sual 4: Reyestrdəki qeydlər və reyestr arayışları, yaxud kadastrdan çıxarışlarla bağlı məsələlər necə həll olunmalıdır? Bu məsələlər məzmun baxımından mülki-hüquqi xarakterli olsalar da (məsələn, mülkiyyət, vətəndaşlıq vəziyyəti) onlarla bağlı mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdırmı?

Cavab: Bu sual bütün arayışlara, qeydiyyat aktlarına və s. münasibətdə ümumi olaraq cavablandırıla bilməz. İlk növbədə, arayış verilməsinin və ya qeydin aparılmasının İİQ-də nəzərdə tutulan mənada dövlət və ya bələdiyyə orqanı tərəfindən həyata keçirilib- keçirilməməsini müəyyənləşdirmək lazımdır ki, bu da suala müsbət cavab veriləcəyi təqdirdə məsələnin publik-hüquqi xarakterli olmasını güman üçün minimal şərtdir. Əgər bu şərt mövcud olarsa, daha sonra arayışın və ya qeydin hüquqi dövriyyədən kənara, yəni maraqlı şəxslərə münasibətdə məcburi qüvvəyə malik olub-olmaması yoxlanılmalıdır. Bu cür məcburi qüvvənin müəyyən olunduğu halda söhbət hətta İİQ-nın 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada „əsl“ inzibati aktdan gedə bilər ki, burada da məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü problemsiz qəbul edilə bilər (Almaniya təcrübəsindən buna aid bir misal kimi abidə qismində qeydə alınma göstərilə bilər). Lakin ola bilər ki, arayış və ya reyestrdən çıxarış yalnız inzibati orqanın öz daxilində, sonralar qəbul ediləcək qərarlara münasibətdə əhəmiyyət kəsb etsin (məsələn, torpaq sahələrinin ayrılması üçün mülkiyyətçi olmaq barədə arayış). Belə aktlardan müstəqil şəkildə mübahisələndirmə və ya məcburetmə haqqında iddia vasitəsilə şikayət verilməsi mümkün deyil. Almaniyada bu cür hallar üçün ayrıca məhkəmə aidiyyəti (birinci insansiya məhkəmələrində fəaliyyət göstərən könüllü məhkəmə aidiyyəti) nəzərdə tutulduğu üçün orada bu sual vasitəsilə qaldırılan problem yaranmır. Azərbaycanda isə qoyulan suala cavab vermək üçün ya arayışın məzmununu (əgər məzmun mülki-hüquqi xarakterlidirsə, MPM, yox əgər publik-hüquqi xarakterə malikdirsə, onda İPM-in müddəaları tətbiq olunacaqdır), ya da arayışı verən subyektin inzibati orqan olub-olmamasını (əgər inzibati orqan olarsa, daim İPM tətbiq olunacaqdır) yoxlamaq lazımdır. Bu vaxta qədərki məhkəmə təcrübəsi göstərir ki, Azərbaycan məhkəmələri daha çox ikinci yolla gedirlər. Bununla da belə arayışların və ya qeydlərin düzgün olub-olmaması barədə mübahisə yaranan zaman inzibati məhkəmənin hakimi tərəfindən məzmun cəhətdən mülki-hüquqi məsələlərə də aydınlıq gətirilməsi lazım gələcək.

Sual 5: İnzibati-hüquqi mübahisə ilə bağlı məhkəmə icraatı çərçivəsində mülki hüquqi məsələlər də həll olunmalıdırsa və ya aydınlaşdırılmalıdırsa, həmin mübahisə baxılmaq üçün mülki məhkəməyə göndərilə bilərmi?
Cavab: Burada iş üzrə ilkin suallar [iş üzrə ilkin vəziyyətin aydınlaşdırılması üçün vacib olan suallar] və əsas suallar [işin mahiyyətinə dair suallar] bir-birindən fərqləndirilməlidir. İş mülki məhkəməyə yalnız o zaman göndərilə bilər ki, mülki hüquqla bağlı həll edilməli və ya aydınlaşdırılmalı olan məsələ əsas sual olsun (yəni, təkcə ilkin sual olmasın), yaxud İPM-in 7-ci maddəsində təsbit edilmiş hallar mövcud olsun (bax: həmin maddəyə). Bu o deməkdir ki, hər bir məhkəmə «inzibati-hüquqi həll yoluna aid olmayan» ilkin suallara da özü cavab verməlidir. Məsələn, əgər tikinti ilə əlaqədar bir icraatda sifarişçinin malik olduğu tikinti icazəsinə qarşı iddia qaldırmış qonşunun ümumiyyətlə sözügedən qonşu torpağın mülkiyyətçisi olub-olmaması kimi ilkin sual ortaya çıxarsa, bunu inzibati məhkəmə özü araşdırmalıdır (söhbətin mülki-hüquqi bir məsələdən getməsinə baxmayaraq). Yalnız mülkiyyətçinin müəyyənləşdirilməsi ilə bağlı mülki işlər üzrə məhkəmədə icraata artıq başlanan hallarda, inzibati məhkəmə icraatı İPM-in 7-ci maddəsinə müvafiq olaraq dayandırıla bilər və belə olan halda inzibati məhkəmə mülki məhkəmənin qərarını gözləyir.
Elə hallar ola bilər ki, mülki məhkəmə özü də hər hansı bir inzibati-hüquqi xarakterli ilkin sualı araşdırmalı olsun. Məsələn, söhbət inzibati aktın yaratdığı mülki-hüquqi nəticələrdən getdikdə, bu zaman mülki məhkəmənin aydınlaşdırmalı olduğu ilkin sual kimi inzibati aktın qüvvədə olub-olmaması çıxış edəcəkdir.


Sual 6: İPM-in 37-ci maddəsinə əsasən bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi hallarında tələblərin bir hissəsi inzibati məhkəmələrə, digər hissəsi isə mülki məhkəmələrə aid olarsa, məhkəmə onlara birlikdə baxa bilərmi, yoxsa həmin tələblər bir-birindən ayırılmalıdır?

Cavab: Əgər söhbət müvafiq olaraq müstəqil „iddia hissələri”ndən gedirsə, məhkəmə icraata „yad“ olan hissəni ayırmalı (bax: İPM-in 56-cı maddəsi) və bunu aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərməlidir. Ərazi üzrə aidiyyət qaydaları (bax: İPM-in 8-ci maddəsi) burada analogiya qaydasında tətbiq oluna bilər.

Sual 7: İnzibati məhkəmə icra məmurlarının bütün hərəkət və tədbirlərinə münasibətdə səlahiyyətli məhkəmədirmi?

Cavab: Burada icra edilməli olan qərarın [icra vərəqəsinin] hüquqi təbiətinə əsasən fərqləndirilmə aparılması məqsədəuyğun olardı. Məsələn, əgər söhbət mülki-hüquqi icra vərəqəsindən (qətnamədən) gedirsə, buna qarşı hüquqi müdafiənin mülki məhkəmələr qarşısında da həyata keçirilməsi mümkündür. Yox, əgər icra məmurları inzibati aktın icrasını (bax: İİQ-nin 82.1-ci maddəsi) həyata keçirirlərsə, onda söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati-hüquqi mübahisədən gedəcəkdir.

Sual 8: Vergi ödənilməsi ilə bağlı vergi orqanının qərarı ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr, yoxsa bu vaxta qədər olduğu kimi mülki məhkəmələr tərəfindən baxılmalıdır?

Cavab: Belə mübahisələrə inzibati məhkəmələr baxmalıdır, çünki bu hallarda söhbət İİQ-nin 1.1. və 2.0.2-ci maddələrində nəzərdə tutulan mənada inzibati aktlardan gedir. Görünür, bu cavab artıq ümumi qəbul edilmiş bir fikirdir.

İPM-in 1.2-ci maddəsi: MPM-in tamamlayıcı qismdə tətbiqi

Sual 1: MPM-də nəzərdə tutulan və işə 3 ay ərzində baxılıb qərar çıxarılmasını təsbit edən müddəa inzibati məhkəmələrə də aiddirmi?

Cavab: İlk əvvəl bu məsələ inzibati məhkəmələr arasında həddindən artıq mübahisəli idi. Lakin hal-hazırda bununla əlaqədar aşağıdakı mövqenin bərqərar olduğunu söyləmək mümkündür. İPM-də MPM-ə ümumi göndəriş nəzərdə tutulmasına (bax: İPM-in 1.2-ci maddəsi), habelə İPM-in 22.2-ci maddəsinin müddətlərlə bağlı xüsusi olaraq bir daha MPM-ə göndəriş etməsinə baxmayaraq, bu göndərişlər məhkəmənin qərarı hansı müddət ərzində çıxarmasına deyil, yalnız müddət axımının təfərrüatlarına (başlanma, başa çatma, bayram günləri və s.) şamil olunur. İPM-in özünün bir çox hissələrində qərarın hansı müddət ərzində qəbulu ilə bağlı müddətlər (bax: apellyasiya məhkəməsi üçün İPM-in 126.4 və 127.4-cü maddələri) əksini tapmışdır və buradan belə bir əks nəticə çıxarılmalıdır ki, İPM-də normal icraatlar üçün qərarın hansı müddət daxilində çıxarılması ilə bağlı müddətlər müəyyən edilməmişdir. Bu İPM-in 33.4 və 55.3-cü maddələrindən də irəli gəlir, çünki əks halda qeyd olunan müddəaların heç bir mənası olmazdı. Bundan başqa, yekun qərarın qəbulu üçün şərait hələ yetişməzsə və 3 ay müddət ərzində qərar qəbul etmək məcburiyyəti nəzərdə tutularsa, onda inzibati məhkəmə icraatının mənası itmiş olardı. Bu zaman məhkəmə də hansı qərarı qəbul etməli olduğunu bilməyəcəkdir, çünki sübutetmə vəzifəsi ilə bağlı qaydalar yalnız sübutların araşdırılmasının uğursuz nəticələndiyi hallarda qüvvədə olur.


Sual 2: İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və s. icraat bitdikdən sonra ona geri qaytarılmasına dair MPM-in müddəaları inzibati prosesə də şamil olunurmu?

Cavab: İPM-də bununla bağlı ayrıca qaydalar nəzərdə tutulmadığına və sənədlərin iddiaçıya (həmçinin inzibati aktların cavabdehə) qaytarılmasının İPM-in prinsiplərinə zidd olmamasına görə sözügedən məsələ ilə əlaqədar MPM-in qaydalarını müvafiq qaydada tətbiq etmək olar.

İPM-in 2.2.3-cü maddəsi (öhdəliyin icrası haqqında iddia, bax həmçinin: İPM-in 34.1-ci maddəsi)

Sual 1: Bu cür iddia növünə aid misallar göstərin!

Cavab: Burada söhbət iddianın məqsədinin İİQ-nin 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt olmadığı hallardan gedir. Çünki əks halda bu İPM-in 2.2.2 və 33.1-ci maddələrində nəzərdə tutulmuş mənada məcburetmə haqqında iddia olardı. Başqa sözlərlə desək, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehin İİQ-nin 1.2-ci maddəsi anlamında müəyyən bir faktiki xarakterli hərəkəti həyata keçirməsi barədə məhkəmə qərarının çıxarılmasını istəyir. Bu, misal üçün, pul ödənişi (pul ödənişinin həyata keçirilməsi Almaniyada, bir qayda olaraq, inzibati akt hesab olunmur) və ya iddiaçının ziyanına olan bir xəbərin (məsələn, müəyyən məhsulları almaqdan çəkinmək barədə inzibati orqanın xəbərdarlığı) təkzibi, yaxud digər bir faktiki hərəkət (məsələn, evakuatorla aparılmış avtomobilin geri qaytarılması, inzibati akt olmayan bir arayışda düzəliş aparılması, inzibati orqanın vəzifəli şəxsinin verdiyi qiymətləndirmənin düzəldilməsi, sökülmüş bir evin bərpası (bax: İPM-in 32.1-ci maddəsinin 2-ci cümləsi və 71.1-ci maddəsi, müəyyən mənada iddiaların qanunla nəzərdə tutulmuş qaydada birləşdirilməsi)) və s. ola bilər. Beləliklə, öhdəliyin icrası haqqında iddiadan söhbət yalnız o zaman gedə bilər ki, inzibati aktın əlamətləri mövcud olmasın. Burada hüquqi müdafiə ilə bağlı boşluq yoxdur.

İPM-in 7-ci maddəsi (icraatın dayandırılması)

Sual 1: İş üzrə ilkin suallar inzibati məhkəmə qaydasında həll yoluna aid olmadığı halda məhkəmə icraatı dayandırmalıdırmı və ya dayandıra bilərmi?

Cavab: Bax yuxarı: İPM-in 1-ci maddəsinə dair verilmiş 5-ci sual.

Sual 2: İPM-in 7.2-ci maddəsində nəzərdə tutulmuş dayandırma vəzifəsi hansı andan etibarən şamil olunur – cinayət işi məhkəmənin icraatında olduqda, yoxsa artıq cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraat açıldıqda?

Cavab: Sual yəqin ki, ilk növbədə vergi mübahisələri (vergi orqanlarının qərarlarından mübahisələndirmə haqqında iddia verilən zaman) ilə bağlıdır. Çünki bu kimi hallarda inzibati orqan, bir qayda olaraq, vergidən yayınmaya görə cinayət işi açır və həmin cinayət işi çərçivəsində vergi tələbinin haqlı olub-olmaması məsələsinə də baxılır. Bu zaman birinci növbədə işin predmetinə daha yaxın olan məhkəmənin işə baxıb qərar qəbul etməsi daha məqsədəuyğun olardı. Belə bir məhkəmənin cinayət işləri üzrə məhkəmə olması ən azı müəmmalı görünür. Hər halda təcrübə göstərir ki, cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılması deyil, məhz işin baxılmaq üçün məhkəmənin icraatına qəbul olunması icraatı dayandırmağa məcbur edən amildir (bununla bağlı Ali Məhkəmənin oxşar bir iş üzrə çıxardığı qərara toxunulmuşdu).

Sual 3: İcraatın dayandırılmasına qarşı şikayət verilə bilərmi?

Cavab: Bununla bağlı İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya istinad olunmalıdır (qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, şikayət verilməsi mümkündür). İPM-in 7-ci maddəsi bu barədə heç bir qayda nəzərdə tutmur. Eyni zamanda, sözügedən məsələdə İPM-in 83.3-cü maddəsində təsbit edilmiş hallardan da heç biri mövcud deyil. Ona görə də icraatın dayandırılmasından şikayət verilməsi mümkündür (Almaniyada olduğu kimi).


İPM-in 8-ci maddəsi

         Sual 1: İPM-in 8-ci maddəsi mübahisələndirmə haqqında iddiadan başqa iddia növlərinə də şamil edilirmi?

Cavab: İPM-in 8.1.2-ci maddəsində yalnız mübahisələndirmə haqqında iddianın adı çəkilir. Bu müddəa hər hansı bir problem olmadan müvafiq qaydada məcburetmə haqqında iddiaya da tətbiq oluna bilər. 8-ci maddədə söhbət ancaq ümumi olaraq iddialardan getdiyi üçün həmin norma öhdəliyin icrası haqqında iddialar, müəyyən etmə haqqında iddialara və s. də şamil olunur. Aidiyyətlə bağlı sual heç vaxt açıq qala bilməz.

Sual 2: Bu maddə analogiya qaydasında predmet üzrə aidiyyətə də şamil oluna bilərmi?

Cavab: Təcrübə göstərir ki, İPM-in 8-ci maddəsi həm də predmet üzrə aidiyyət, yəni mübahisənin həlli yolunun müəyyənləşdirilməsi problemləri ilə əlaqədar da tətbiq edilir. Bu düzgün yanaşma hesab olunmalıdır. Çünki İPM-in 8.2-ci maddəsində hər bir halda predmet üzrə aidiyyətin adı çəkilir və beləliklə, Məcəllənin 8.3.-8.6-cı maddələri də predmet üzrə aidiyyətə şamil olunur.

Sual 3: İPM-in 8.1.3-cü maddəsi (xidməti yaşayış yeri) dövlət qulluqçularına, hərbi qulluqçulara və s. münasibətdə necə təfsir edilməlidir?

Cavab: Almaniyada bununla bağlı müvafiq müddəa mövcuddur. Həmin qaydaya əsasən xidməti yaşayış yeri mərkəzi inzibati orqanın yerləşdiyi yer deyil, iddiaçının konkret qulluq etdiyi inzibati orqanın yerləşdiyi yer sayılır. Başqa yerə keçirilməklə bağlı iddia qaldırılan zaman isə işə iddiaçının yeni xidməti yaşayış yerinin deyil, bu vaxta qədərki xidməti yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.

Sual 4: Əgər inzibati orqan Azərbaycan Respublikasının bütün ərazisi üzrə səlahiyyətlidirsə, ona qarşı verilmiş iddialara hansı məhkəmədə baxılmalıdır?

Cavab: İPM-in 8.1.2-ci maddəsinin 2-ci cümləsinə əsasən belə hallarda işə iddiaçının yaşayış yeri və ya olduğu yerin məhkəməsi baxır.

Sual 5: İPM-in 8.1.1-ci maddəsinə dair misallar (əmlak və ya ərazi)

Cavab: Almaniyada tikinti məsələləri üzrə məhkəmə icraatlarında (tikintiyə icazəyə dair iddialar, qonşuluq hüquqları ilə bağlı iddialar) məhkəmə aidiyyəti torpaq sahəsinin yerləşdiyi əraziyə əsasən müəyyən edilir. Eyni qayda kadastr arayışları və ya daşınmaz əmlakın dövlət reyestrindəki edilmiş qeydlərlə bağlı verilən iddialara da aiddir.

Sual 6: Tərəflərdən biri məhkəmənin işə baxmaq səlahiyyətinin olmamasını mübahisələndirməlidir, yoxsa məhkəmə aidiyyət məsələsini öz xidməti vəzifəsinə görə yoxlayır?

Cavab: Bir tərəfdən, İPM-in 8.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirməsi nəzərdə tutulmuşdur (bu məntiqidir, çünki söhbət iddianın mümkünlüyü məsələsindən gedir və bu məsələ xidməti vəzifəyə əsasən daim yoxlanılmalıdır). Digər tərəfdən isə, İPM-in 8.4-cü maddəsindən belə çıxır ki, tərəflərdən biri məhkəmənin işə baxmaq səlahiyyətinin olmamasını mübahisələndirməlidir. Çox güman ki, İPM-in 8.4-cü maddəsində özünü səlahiyyətli hesab edən məhkəmənin aidiyyətinin proses iştirakçılarının biri tərəfindən mübahisələndirildiyi halda həmin məhkəmənin aidiyyət haqqında konkret (müsbət) qərardad qəbul etməli olması nəzərdə tutulmuşdur. Bu qərardaddan şikayət verilə bilər (bax: İPM-in 8.5-ci maddəsi).

Sual 7: Əgər mülki məhkəmə işi inzibati məhkəməyə göndərirsə və inzibati məhkəmə özünü səlahiyyətli məhkəmə hesab etmirsə, məsələ necə həll olunmalıdır?

Cavab: Təcrübəyə əsasən işin bir məhkəmədən digər bir məhkəməyə göndərilməsi kimi qanunda aşkar tənzimlənməmiş hallarda iş apellyasiya məhkəməsinə (daha dəqiq desək, bu məhkəmənin inzibati işlər üzrə səlahiyyətli məhkəmə tərkibinə) təqdim olunur və apellyasiya məhkəməsi işə baxmaq səlahiyyətinə malik məhkəməni təyin edir. İPM-in 9-cu maddəsinin yalnız ərazi aidiyyətinə şamil olunmasına baxmayaraq, həmin norma müvafiq qaydada burada da tətbiq edilə bilər.

Sual 8: İnzibati məhkəmə mübahisə predmetinin bir hissəsi üzrə səlahiyyətli olub, digər hissəsi üzrə səlahiyyətli olmadıqda nə etmək lazımdır?

Cavab: Əgər səlahiyyətin mövcud olmadığı hissənin ayrılması mümkündürsə, onda həmin hissə icraatdan ayrılmalı və müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir (bax həmçinin: İPM-in 1-ci maddəsi). Müstəqil hissəyə ayrıla bilməyən ilkin suallara münasibətdə isə vəziyyət başqa cürdür (bax: İPM-in 1-ci maddəsi).

İPM-in 9-cu maddəsi

Sual 1: Bu müddəa analogiya qaydasında predmet üzrə aidiyyətə və hüquqi həll yolunun seçilməsinə (məsələn, mülki və inzibati məhkəmə) dair mübahisələrə şamil olunurmu?

Cavab: Bunu güman etmək olar. Bax yuxarı: İPM-in 8-ci maddəsinə dair verilmiş 7-ci sual.


İPM-in 11-ci maddəsi

Sual 1: İPM-in 11.2-ci maddəsi hansı əhəmiyyətə malikdir?

Cavab: Bu maddənin çox mühüm əhəmiyyəti vardır. Sözügedən müddəada söhbət tərəflərin „hüquqi dinlənilmə“ni tələb etmək hüququndan gedir. Həmin hüquqa müvafiq olaraq, məhkəmə tərəfləri daim bərabər şəkildə məlumatlandırmalı və tərəflər həmişə məhkəmə tərəfindən güman edilən faktlara (və hüquqi məsələlərə) dair mövqelərini ifadə etmək imkanına malik olmalıdırlar. Almaniyada bu prinsip hətta konstitusion prinsip səviyyəsinə malikdir və „sürpriz qərar“ın, yəni əvvəlcədən müzakirə edilməmiş və tərəflərin heç birinin gözləməli olmadığı faktlara və ya hüquqi mövqelərə əsaslanan qərarın qəbulunu qadağan edir. Bu İPM-in 68.2-ci maddəsindən də irəli gəlir.


İPM-in 12-ci maddəsi

Sual 1: Əgər inzibati orqan qanunla müəyyənləşdirilmiş şərtin mövcudluğunu təsdiqləmişdirsə, məhkəmə özü də həmin şərtin mövcudluğunu yenidən yoxlayırmı?

Cavab: Məhkəmə işin hallarını xidməti vəzifəsinə görə araşdırır, lakin hüquqi sualları da özü cavablandırmalıdır. Bu o deməkdir ki, nəinki proses iştirakçılarının təklifləri və iddia etdikləri faktlar məhkəmə üçün məcburi əhəmiyyət kəsb etmir, həm də məhkəmə özünü onların malik olduğu hüquqi mövqelərdən problemsiz olaraq uzaqlaşdıra bilər. Bununla belə, məhkəmə belə olan halda zəruri xarakter daşıyan „hüquqi dinlənilmə“yə görə proses iştirakçılarını əvvəlcədən müvafiq qaydada məlumatlandırmalıdır.

Sual 2: Əgər hər hansı bir fakt məsələsi ilə bağlı hər iki tərəfin mövqeyi üst-üstə düşərsə, bu məhkəmə üçün məcburidirmi?

Cavab: Bu məhkəmə üçün məcburi olmasa da, məhkəmə faktlara dair iştirakçıların bildirdiklərinə şübhə ilə yanaşmaq üçün, bir qayda olaraq, heç bir səbəb görməyəcəkdir.

Sual 3: Iştirakçılar İPM-in 12.3 və 51-ci maddələrinə zidd olaraq mübahisə ilə bağlı faktiki halların araşdırılmasına yardım etməzlərsə, nə etmək lazımdır?

Cavab:  Belə hallarda məhkəmənin əlində birbaşa məcburetmə vasitələri yoxdur və yalnız İPM-in 12.4-cü maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinin dönüşü haqqında qaydadan istifadə edilməsi mümkündür. Beləliklə, bu kimi hallarda, misal üçün, İPM-in 14.3-cü maddəsində nəzərdə tutulmuş qaydanın əksinə olaraq, iddiaçının tələbinə dair faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyula bilər ki, iddiaçı üçün müsbət bir qərar çıxarıla bilsin.

Sual 4: İPM-in 12.4-cü maddəsinə əsasən qəbul edilmiş sübutetmə vəzifəsinin dönüşü haqqında qərardaddan şikayət verilə bilərmi? 

Cavab: Bu, həmin qərardadla İPM-in 83.3-cü maddəsində nəzərdə tutulmuş “sübutlar haqqında” qərardadın ehtiva edilib-edilməməsindən asılıdır. Belə hallarda İPM-in 12.4-cü maddəsinə əsasən qəbul edilmiş qərardadlar mübahisələndirilə bilməz və iştirakçılar apelyasiya şikayəti verən zaman sübutlar haqqında qaydaların səhv tətbiq edilməsi haqqında şikayətlərini yekun qərara qarşı yönəlmiş şikayətdə bildirməlidirlər (İPM-in 83.4-cü maddəsi).

Sual 5: Əgər məcburetmə haqqında iddilarda işin hallarının araşdırılması məhkəmə üçün qeyri-adekvat olarsa (məsələn, işin hallarının araşdırılması üçün məhkəmə inzibati orqanın bütün işini özü görməli olarsa), o işin hallarının araşdırılması üçün işi inzibati orqana geri göndərə bilərmi?

Cavab: Bu cür hallarda İPM-in 73.3.3-cü maddəsi həmin Məcəllənin 73.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaq məcburiyyəti müəyyən edən qərar qəbul edilməsinə imkan verir. Praktiki baxımdan bu elə işin hallarının araşdırılması üçün onun inzibati orqana geri göndərilməsi deməkdir.

İPM-in 13-cü maddəsi

Sual 1: Məhkəmə iştirakçılara istinadlar [istiqamətlər] verdikdə, bu onun qərəzli olmasına işarə edə bilərmi?

Cavab: Hakim qanuna əsasən yardım göstərmək vəzifəsi daşıdığına görə (bax: İPM-in 48.1 və 64.1-ci maddələri) bu vəzifənin yerinə yetirilməsi İPM-in 19-cu maddəsində nəzərdə tutulmuş mənada etiraz üçün əsas ola bilməz. İPM-in 19.1.3-cü maddəsində hakimin işin nəticəsi barədə “məhkəmə baxışından kənar” və ya açıq formada bəyanat verməsinin qərəzlilik əsas ola bilməsi təsbit edilmişdir. Hakimin proses iştirakçılarına yardım etməsində isə həmin tərkib mövcud deyil.

Sual 2: Proses iştirakçilarının, xüsusilə iddiaçının hakimin məsləhətinə riayət etməməsi nə ilə nəticələnir?

Cavab: Bu konkret haldan asılıdır. Məhkəmə aydın olmayan vəsatətləri/ərizələri təfsir edir (bununla əlaqədar məhdudiyyətlə bağlı bax: İPM-in 52-ci maddəsi), düzgün olmayan vəsatətlər/ərizələr barədə qanuna əsasən qərar qəbul edir (yəni, mövcud hallardan asılı olaraq iddianı ya qeyri-mümkün, ya da əsaslandırılmamım hesab edir) və proses iştirakçıları işin hallarının araşdırılmasında yardımçı olmaq vəzifələrini yerinə yetirmədikdə İPM-in 12.4-cü maddəsini tətbiq edir.

İPM-in 14-cü maddəsi

Sual 1: İPM-in 14.3-cü maddəsinin 1-ci və 2-cü cümlələri arasındakı münasibət necə başa düşülməlidir?

Cavab: Burada söhbət qanunun müəyyənləşdirdiyi sistemdən gedir. Əgər hər hansı bir fakt (hal) hansısa bir güzəşt (imtiyaz) üçün ilkin şərt qismində çıxış edirsə, onda sözügedən maddənin 1-ci cümləsi tətbiq edilir (iddianın sübut edilməsi vəzifəsi). Yox, əgər hər hansı bir fakt hüquqları ləğv edirsə (yəni yükləyici xarakter daşıyırsa), onda sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Misal: Qanunla müəyyən edilmişdir ki, „x“ halı mövcud olan zaman iddiaçının „…“-nı tələb etmək hüququ vardır, „y“ halı mövcud olduğu zaman isə bunu tələb etmək hüququ yoxdur.“ Bu misalı əsas kimi götürsək, „x“ halı üçün sübuetmə vəzifəsini iddiaçı, „y“ halı üçün isə inzibati orqan daşıyır.

Sual 2: İPM-in 14.2-ci maddəsi hansı halları ehtiva edir?

Cavab: Burada söhbət ilk növbədə İPM-in 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqanın „faktiki xarakterli hərəkət”indən gedir.

İPM-in 15-ci maddəsi

Sual 2: Hakim İPM-in 15.2-ci maddəsinə əsasən icraatın sona çatdırılmasına hansısa bir təsir göstərə bilərmi?

Cavab: İPM-in 15.2-ci maddəsi iş üzrə icraatın (işin mahiyyəti üzrə qərar qəbul edilmədən) sona yetməsinin yalnız iştirakçıların iradəsindən asılı olduğunu müəyyən edən dispozitivlik prinsipini nəzərdə tutur. Məhkəmə barışıq sazişini protokollaşdırmaqdan (təsdiq etməkdən) imtina edə bilər (bax: İPM-in 66-cı maddəsi). Lakin İPM-in 15.2-ci maddəsinin ehtiva etdiyi bütün digər hallarda iş üzrə icraat proses iştirakçılarının hərəkəti və məhkəmənin xərclər haqqında qərar qəbul etməsi ilə başa çatdırılır. Eyni zamanda, proses iştirakçıları qarşılıqlı olaraq işin mahiyyəti üzrə mübahisənin həll olunduğunu elan edərlərsə, onda da yalnız məhkəmə xərcləri haqqında qərar qəbul edilir (bax: İPM-in 110.6-cı maddəsi). Bu qayda hətta məhkəmənin mübahisənin mahiyyət üzrə həll edilmədiyinə əmin olduğu halda belə şamil olunur. Məhz bu baxımdan proses iştirakçıları sözügedən hallarda bir növ icraatın „sahibləri“ qismində çıxış edirlər. İcraata cəlb olunan şəxslərin hüquqlarına dair bax: İPM-in 28-ci maddəsi.

İPM-in 16-cı maddəsi

Sual 1: Proses iştirakçıları icraatın yazılı qaydada keçirilməsinə dair verdikləri razılığı geri götürə bilərlərmi (İPM-in 16.2-ci maddəsi)?

Cavab: Razılıq sərbəst qaydada geri götürülə bilər.

Sual 2: İPM-in 16.3-cü maddəsi necə başa düşülməlidir?
 
Cavab: Bununla bağlı bax: İPM-in 35-ci və 87.7.2-ci maddələrinə dair verilmiş 2-ci sual.

İPM-in 19-cu maddəsi

Sual 1: İddia icraatı üzrə hakim İPM-in 41.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə məsələsinə baxarkən işin nəticəsi barədə birmənalı fikir bildirərsə, bu onun qərəzli olması anlamına gələ bilərmi?

Cavab: Bu nə İPM-in 19.1.3-cü maddəsinə (bununla bağlı həmçinin yuxarıda bax: İPM-in 13-cü maddəsinə aid 1-ci sual), nə də İPM-in 19.1.5-ci maddəsinə əsasən hakimin qərəzli olmasını bildirmir.

Sual 2: Ekspertə və məhkəmə iclas katibinə etiraz edilə bilərmi?

Cavab: İPM-də bununla bağlı heç bir qayda təsbit edilmədiyi və İPM-in 19-cu maddəsindəki sadalamanın tükəndirici siyahı olmadığı qəbul edildiyi üçün İPM-in 1.2-ci maddəsinə əsasən MPM-in müddəalarının analogiya qaydasında tətbiqi nəzərdən keçirilməlidir.


İPM-in 22-ci maddəsi

Sual 1: İPM-in 22.2-ci maddəsinə əsasən işə baxılma müddəti kimi 3 aylıq müddət tətbiq edilə bilərmi?

Cavab: Xeyr. Bununla bağlı yuxarıda bax: İPM-in 1.2-ci maddəsinə dair 1-ci sual.

İPM-in 23-cü maddəsi

Sual 1: İPM-in 23.1-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri ilə bağlı məlumat verən məhkəmə dedikdə, hansı məhkəmə nəzərdə tutulur: birinci instansiya məhkəməsi, yoxsa apellyasiya məhkəməsi?

Cavab: Burada birinci instansiya məhkəməsi nəzərdə tutulur, çünki hüquqi müdafiə vasitələri barədə məlumat vermək onun vəzifəsidir (bax: yekun qərarlara münasibətdə İPM-in 69.5-ci və qərardadlara münasibətdə İPM-in 80.1-ci maddəsi).

İPM-in 24-cü maddəsi:

Sual 1: Almaniyada üçüncü şəxslərin təqsiri (vəkil, vəkil köməkçiləri) iddiaçının təqsiri kimi qiymətləndirilirmi?

Cavab: Mülki və inzibati prosesdə vəkilin təqsiri iddiaçının təqsirinə bərabər tutulur. Vəkil öz köməkçisinə kifayət qədər nəzarət etmədikdə və onu istiqamətləndirmədikdə (təşkilati səhv), bu köməkçinin səhvi də vəkilin səhvi kimi qəbul edilir. Vəkil köməkçisini diqqətlə seçmişdirsə və ona nəzarət etmişdirsə, onda bu (əvvəlcədən görünməsi mümkün olmayan) təqsir hallarında müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilər.

Sual 2: Müddətin bərpa edilməsi haqqında ərizənin verilməsi üçün vaxt ötürülmüşdürsə, nə etmək olar?

Cavab: İPM-in 24.2-ci maddəsi ilə müəyyən edilmiş müddət də İPM-in 24.1-ci maddəsində nəzərdə tutulmuş mənada „bu Məcəllə ilə müəyyən olunmuş müddət”dir və ona görə həmin müddətin də bərpa edilməsi mümkündür.

Sual 3: Müddətin bərpası haqqında ayrıca qərardad qəbul edilməlidir, yoxsa bunun məhkəmənin yekun qərarında qeyd olunması kifayətdir?

Cavab: Almaniyada hər iki variantdan istifadə edilməsi mümkündür. Azərbaycanda İPM-in 24.5-ci maddəsinin 2-ci cümləsi bu barədə qərardadın şifahi məhkəmə baxışında qəbul edilməsini nəzərdə tutur. İPM-in 24.7-ci maddəsində isə mübahisləndirilməsi mümkün olmayan qərardaddan danışılır. Ona görə də sözügedən halda daim ayrıca qərardadın qəbul edilməsi tövsiyə olunur.

İPM-in 27-ci maddəsi

Sual 1: İnzibati məhkəmə icraatında ümumiyyətlə cavabdeh kimdir?

Cavab: Almaniyanın İnzibati Məhkəmələr haqqında Məcəlləsindən fərqli olaraq Azərbaycanın İPM-nin zəif cəhəti ondadır ki, o hansı tərəfin cavabdeh olması barədə heç bir qayda nəzərdə tutmur (xüsusilə mübahisələndirmə və məcburetmə haqqında iddialarda). Hər bir halda cavabdeh konkret olaraq çalışan vəzifəli şəxs deyil və ya inzibati orqanın rəhbəri deyil, inzibati oqanın özü nəzərdə tutulur. Ayrı-ayrı hallarda yəqin ki, çətinliklər mövcud olacaqdır; qanuna əlavələrin edilməsi tövsiyyə edilərdi. Mülki [özəl] şəxsləri ancaq o halda cavabdeh kimi qəbul etmək olar ki, onlara inzibati akt səlahiyyəti verilmiş olsun, yəni (istisna qaydasında) publik-hüquqi səlahiyyətləri həyata keçirmək hüququ olsun.


İPM-in 28-ci maddəsi

Sual 1: İnzibati orqanın icraata cəlb edilməsi mümkündürmü (məsələn, o, inzibati icraatda mənfi mövqe ilə iştirak etdikdə)?

Cavab: Azərbaycanda inzibati orqanlar tez-tez hüquqi şəxs statusuna malikdirlər. Ona görə də İPM-in 28.1-ci maddəsinin mətnindən belə nəticəyə gəlmək olar ki, bu mümkündür. Amma əvvəlcə müəyyən edilməlidir ki, bu cür „mövqe“ özü-özlüyündə inzibati akt demək deyil (əks halda iddiaçı ayrıca olaraq məcburetmə haqqında iddia qaldırmalıdır) və ya söhbət sadəcə „inzibati idarəetmə“nin daxili işindən getmir. Belə ki, sonuncu halda xaricə [yəni hamıya münasibətdə] ancaq sonuncu olaraq qərar qəbul edən inzibati orqan çıxış etmiş olur. Almaniyada bu kimi hallarda „birgə iştirakçılıq“ çərçivəsində iştirak etmiş inzibati orqan prosesə cəlb edilmir. Başqa sözlərlə desək, həmin inzibati orqanın işə cəlb edilməsi cavabdeh qismində çıxış edən inzibati orqanın vəzifəsi olur ki, o da bunu daxili qaydada həll etməlidir.  Qeyd olunanlarla bağlı Azərbaycan məhkəmə təcrübəsinin hansı qaydada inkişaf edəcəyini gözləmək lazım gələcək.

Sual 2: Zəruri cəlb etmə həyata keçirilmədiyi halda nə baş verir? Kim hərəkət etməlidir?

Cavab: Zəruri cəlb etmədən yayınma halı İPM-in 28.1-ci maddəsinin 2-ci cümləsi ilə tənzimlənir, əslində isə İPM-in 28.2-ci maddəsi ilə tənzimlənməli idi, çünki zəruri cəlbetmə tərkibi orada nəzərdə tutulmuşdur (İPM-in 28.1-ci maddəsi anlamından adi cəlb etmənin baş verməməsi heç vaxt qərarın ləğv edilməsi üçün əsas ola bilməz). Məhkəmə özü yekun qərarını qəbul etdikdən sonra müəyyən etsə ki, zəruri cəlb etməni həyata keçirməmişdir, onda o, İPM-in 28.1-ci maddənin 2-ci cümləsinə əsasən qərardad ilə yekun qərarını ləğv etməli və məhkəmə baxışının təkrarlanması haqqında sərəncam verməlidir. İcraat artıq apellyasiya məhkəməsindədirsə, onda belə bir sual ortaya çıxır ki, bu halda hansı hərəkət seçilməlidir: apellyasiya məhkəmə icraatı birinci instansiya məhkəməsinə „geriyə göndərməli“ ki, o, İPM-in 28.1-ci maddəsinin 2-ci cümləsinə əsasən cəlbetməni həyata keçirsin, yoxsa özü zəruri cəlbetməni həyata keçirməli və iş haqqında özü qərar verməlidir? İPM-in 87.7-ci maddəsinə əsasən geriyə göndərmə ancaq o halda mümkündür ki, İPM-in 87.7.1-ci maddəsinin ilkin şərtləri (əhəmiyyətli sayda və ya geniş həcmdə sübut araşdırlımasına ehtiyac olsun)  mövcud olsun, yəni bu cür cəlb etmədən sonra apellyasiya məhkəməsinin qərarının qəbul edilməsi çox vaxta və itkiyə başa gəlsin və qeyri-qənaətcil olsun. Almaniyada belə bir mövqedən çıxış edilir ki, növbəti instansiya məhkəməsi cəlbetməni özü həyata keçirməli və sonra qərar qəbul etməlidir; amma eyni zamanda o da qeyd edilməlidir ki, Almaniyada İPM-in 28.1-ci maddəsinin 2-ci cümləsinə anoloji olan müddəa yoxdur.

Sual 3: Məhkəmə özünün cəlbetmə haqqında qərardadını yenidən dəyişdirə və ya da ləğv edə bilərmi?

Cavab: Baxmayaraq ki, qanun müəyyən edir ki, cəlb etmə haqqında (pozitiv) qərardad mübahisələndirilə bilməz (İPM-in 28.4-cü maddəsi), amma məhkəmənin özünün qərardadı dəyişdirməsinə də heç bir qadağa müəyyən etmir. Almaniyada məhkəməm qaydasında bu cür „səhvin düzəldilməsinə [redaktə edilməsinə]“ yol verilir.

Sual 4: Məhkəmə icraatında cəlb edilənlərə şifahi məhkəmə başıxında müstəqil vəsatətlə [ərizə] çıxış etməyi məsləhət görmək lazımdırmi?

Cavab: Bu şəraitdən asılıdır. İPM-in 81.2-ci maddəsi belə təfsir edilsə ki, sonradan şikayət vermək imkanı ilə təmin edilmək üçün formal vəsatət qaldırmaq zəruridir, onda vəsatət vermək hər bir halda məsləhət görülür. Digər tərəfdən isə müstəqil olaraq ərizə ilə çıxış etmək ona gətirib çıxara bilər ki, cəlb edilən həm də məhkəmə məsrəflərini daşıyan tərəf kimi çıxış etsin (İPM-in 110.4-cü maddəsi).

Sual 5: Cəlbetmə haqqında qərarı kim qəbul edir?

Cavab: Bu məhkəmə baxışına hazırlıq mərhələsində (ki bu bir qayda olaraq belə olur) həm də sədrlik edən hakim tərəfindən edilə bilər, bax: İPM-in 50.0.6. Birinci instansiya məhkəməsindən bunun onsuz da belə bir fərqi yoxdur, çünki onsuz iş üzrə ancaq təkbaşına hakim qərar verir (bax: İPM-in 3.5-ci maddəsi); ikinci instansiya məhkəməsində bu barədə kollegiya da (İPM-in 3.6-cı maddəsi) qərar qəbul edə bilər (İPM-in 28.1-ci maddəsi anlamında „məhkəmə“).


İPM-in 29-cu maddəsi

Sual 1: İPM-in 29.2-ci maddəsi anlamında „fərqli tələblər“ dedikdə nə başa düşülməlidir?

Cavab: İcraata cəlb edilən, həmçinin zəruri cəlbetmə qaydasında prosesə cəlb edilmiş üçüncü şəxs iddiaçı kimi çıxış edə bilməz və o, iddiaçının və cavabdehin „tələbləri çərçivəsində“ hərəkət etməlidir. Əsas iştirakçılar icraatı başa çatmış elan etdikləri halda və ya iddiaçı iddiasını geri götürdükdə, prosesə cəlb edilən üçüncü şəxs buna mane ola bilməz; amma prosesin əsas iştirakçıları „onun hesabına“ barışıq sazişi imzalaya bilməzlər. Almaniyada belə bir praktika mövcuddur ki, zəruri cəlbetmə qaydasında cəlb edilən üçüncü şəxslərin „fərqli tələblərinə“ yol verilmir. Vacibdir ki, icraata cəlb edilənin statusu iddiaçının statusuna bərabərləşdirilməsin.


İPM-in 32-ci maddəsi

Sual 1: Mübahisələndirmə haqqında iddia həm də, inzibati aktın bir hissəsinə qarşı qaldırıla bilərmi?

Cavab: İİQ-nın 2.0.11-ci maddəsi anlamında əlverişsiz [yükləyici] inzibati aktlar – mübahisləndirmə haqqında iddialarda söbhət elə ancaq onlardan gedir – bölünə bilən ola bilərlər (məsələn: müəyyən məbləğdə tələb edilən rüsum) – və onda onları hissəvi olaraq mübahisələndirilmək olar (məs: „rüsum 200 manatı aşdıqda“, ləğv edilmə tələb edilir). Bu məsələ inzibati aktın əlavə müddəalarının (göstərişləri) olduğu halda çətinləşir. Bu halda İİQ-nın 60.3-cü maddəsi nəzərə alınmalıdır. Həmin maddəyə əsasən inzibati akt „əlavə müddəalar“ ancaq inzibati aktlar bir yerdə mübahisələndirilə bilər.

Sual 2: İPM-in 32.3-ci maddəsi ilə hansı hallar nəzərdə tutulmuşdur?

Cavab: İPM-in 32.3-ci maddəsi ilə iddianın predmeti ilkin inzibati akt deyil, şikayətə baxma qaydasında qəbul edilmiş qərardır (və cavabdeh də onu qəbul edən inzibati orqandır). Ola bilər ki, məsələn, şikayət instansiyasının qərarı ilkin inzibati akta nisbətən aid olduğu şəxsin vəziyyətini daha da ağırlaşdırsın (məs: ilkin olaraq rüsum 100 manat müəyyənləşdirilmiş, şikayət qaydasında qəbul edilmiş qərara əsasən isə rüsumun məbləği 200 manata kimi yüksəlmişdir), və ya şikayət icraatında prosessual səhvə yol verilmişdir. Bunlar hamısı icraatın iştirakçısına münasibətdə ağırlaşma kimi qəbul edilir. İPM-in 32.2.3.-ci maddəsi isə şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərarın olmasını ilkin şərt kimi müəyyən edir (məs: qonşu İİQ-nın 71-ci və sonrakı maddələrinə əsasən verilmiş tikinti sahibinin (üçüncü şəxs) tikintiyə icazəsinə qarşı şikayət qaldırır, şikayətə baxılma qaydasında qəbul edilən qərar icazəni məhdudlaşdırır və ya ləğv edir).

Sual 3: Mübahisələndirmə haqqında iddianın yoxlanması üçün bir sxem vardırmı?

Cavab: Mübahisələndirmə haqqında iddialarda yoxlama sxemi:

İddianın yolverilən olması [mümkünlüyü] İPM-in 32, 35 həmçinin 45.1-ci maddələri
Hüquqi həll yolu [həll qaydası] (İPM-in 1.1-ci maddəsinə əsasən inzibati hüquq münasibəti
İPM və İİQ-nın 1.1-ci maddəsinə əsasən icraat
İİQ-nın 2.02 və 2.0.11, həmçinin 57-ci və sonrakı maddələrinə görə əlverişsiz [yükləyici] inzibati akt
İPM-in 38.1-ci maddəsinə əsasən iddia müddəti (işin hallarından asılı olaraq İPM-in 24.1-ci maddəsinə əsasən müddətin bərpa edilməsi)
İPM-in 35.1-ci maddəsinə əsasən hüquq pozuntusunun baş verməsi barəsində iddia edilmə  (=pozuntunu göstərmə)
İşin hallarından asılı olaraq İPM-in 32.1-ci maddəsinin 2-ci cümləsinə əsasən əlavə ərizə?
İddianın mümkünsüz sayılıması halında: İPM-in 35.3-ci maddəsi: Şifahi baxış olmadan qərardad ilə iddianın mümkünsüz sayıılması
Mümkün olduğu halda davamını yoxlamaq:
İddianın əsaslılığı (İPM-in 70.1-ci maddəsi: inzibati akt(İA)
Hüquqa zidd və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması)
İA-ın formal hüquqa uyğunluğu
  1. İİQ-nın 4-cü maddəsinə əsasən inzibati orqanın səlahiyyətli olması
  2. IA-ın forması: İİQ-nın 57.1 və 59-cu maddələri
  3. İİQ-nın 61.1 və 2-ci maddələrinə əsasən əsaslılıq
Əsaslı olmaq tələbi yerinə yetirilmişdirsə, diskresion səlahiyyət icra edilmiş aktlarda əlavə olaraq İİQ-nın 61.-cü maddəsi (işin hallarından asılı olaraq İİQ-nın 65.5-ci maddəsinə əsasən 61-in yoxlanmasının aradan qalxması)
  1. Qüsursuz inzibati icraat, xüsusilə İİQ-nın 21.2-ci maddəsinin tələbləri (dinlənilmək hüququ), işin hallarından asılı olaraq İİQ-nın 21.3-cü maddəsinə əsasən 21.2-nin yoxlanması tələbinin aradan qalxması
  2. İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinə əsasən icraat qüsuru ilə İA-ın maddi baxımdan hüquqauyğunluğu [hüquqauyğunluğun pozulması] arasında səbəbli əlaqənin olması (İİQ-nın 11.1 və 11.2-ci maddələrinə əsasən qanuna uyğunluluq təmin olunmuşdurmu?)
X maddəsinin tərkibi mövcuddurmu (X =  əgər a, b və c şərtləri mövcuddursa, onda…)?
a, b və c  şərtləri mövcuddurmu?
(Burada inzibati orqanın diskresion səlahiyyəti yoxdur, ona görə də ciddi [hərtərəfli] məhkəmə yoxlaması)

İA-da qanunla (X ilə) nəzərdə tutulmuş hüquqi nəticəyə riayət edilmişdirmi?
  1. İmperativ [-malı² olan] normalarda: IA imperativ normaya uyğun gəlirmi?
  2. İO-nın diskresion səlahiyyəti olduğu halda (dispozitiv [olar, bilər olan] norma): Diskresion səlahiyət qüsursuz həyata keçirilmişdirmi? (müq. et İİQ-nın 16.2-ci maddəsi)
Məhkəmə diskresion səlahiyyəti (müəyyən sərhədlər daxilində) yoxlamalıdır (İPM-in 74-cü maddəsi).
  • Diskresion səlahiyyətin olması ümumiyyətlə aşkarlanmış və həyata keçirilmişdirmi?
Bununla bağlı müq. et İA-ın əsaslandırılması ilə bağlı İİQ-nın 61.3-cü maddəsi
  • Əgər belədirsə: Diskresion səlahiyyətin həyata keçirilməsi məzmun etibarilə düzgündürmü? (İPM-in 74-ci maddəsi)
İA         Xüsusilə: diskresion dispozitiv normanın
dispozitiv normanın           səlahiyyətlə bağlı prinsipləri                       xidmət etdiyi
sərhədlərinə                       nəzərdə tutan İİQ-nın 12,                               məqsədə xidmət
riayət edirmi?                      13 və 17-ci maddələrinə                          edirmi?
(məzmun üzrə motiv)

NƏTİCƏ: Qanunla səlahiyyət verən normada nəzərdə tutulmuş maddi tərkib və hüquqi nəticəyə riayət edilmişdirsə, onda İA qanunauyğundur [hüquqidir]. Mübahisələndirmə haqqında iddia rədd edilir.
Əgər tərkib və ya hüquqi nəticə hissəsində çatışmazlıq varsa, onda İA qanunaziddir [hüquqaziddir] və İPM-in 70.1-ci maddəsinə əsasən ləğv edilməli, işin hallarında asılı olaraq İPM-in 70.2-ci maddəsinə əsasən dəyişdirilməli və ya İPM-in 70.3-ci maddəsinə əsasən ləğv edilməklə yanaşı əlavə hissədə də qərar qəbul edilməlidir.
Bu halda bir qayda olaraq iddiaçının hüquqlarının pozulması da (bax: İPM-in 70.1-ci maddəsi) mövcud olur.


İPM-in 33-ci maddəsi

Sual 1: Tərkibində əlavə olaraq imtina haqqında qərarın ləğv edilməsi barəsində tələb olan məcburetmə haqqında iddianı eyni zamanda mübahisələrndirmə haqqında iddia (imtinaya qarşı) qəbul etmək olarmı?

Cavab: Bu İPM-in 73.1-ci maddəsinin  - orada inzibati aktın qəbul olunmasından imtina edilməsinin qanuna zidd olmasından danışılır – mətninin qrammatik təfsiri nəticəsində həqiqətən də ehtimal oluna bilər.  Amma burada – Almaniyada da müddəalar eyni cür yazılmışdır – başqa cür düşünülmüşdür:

Məcburetmə haqqında iddia ilə iddiaçı əlverişli inzibati aktın qəbul edilməsi haqqında tələbi irəli sürür. İnzibati aktın qəbul edilməsindən imtina edilmə haqqında qərar məntiqi olaraq ancaq o halda iddiaçının hüquqlarını poza bilər ki, iddiaçı müvafiq tələb etmə mövqeyində olsun. Bu o deməkdir ki, prinsip etibarilə inzibati aktı qəbul etməkdən imtina etmə haqqında qərarın qanuna uyğunluğu deyil, iddia ilə irəli sürülmüş tələb yoxlanılmalıdır. Əgər tələb mövcud deyildirsə, onda iddia əsassızdır və hətta inzibati aktı qəbul etmək haqqında qərar düzgün olmasa, məs: aid olmayan, əsassız və ya ümumiyyətlə aidiyyəti üzrə olmayan inzibati orqan tərəfindən qəbul olunmuş olsa belə. Burada aydın olur ki, məcburetmə haqqında iddia heç də əlavə mübahisələndirmə haqqında iddia deyil, özü-özlüyündə müstəqil iddiadır. (Buna uyğun olaraq müsbət məhkəmə qərarında inzibati aktı qəbul etməkdən imtina haqqında qərarın ləğv edilməsi ancaq aydınlıq gətirmək məqsədilə edilir; həlledici şərt kimi inzibati orqanın əlverişli inzibati aktı qəbul etməyə məcbur etmək [üzərinə vəzifə qoymaq] qalır)

Məcburetmə haqqında iddialarda amma xüsusi hal vardır ki, bu halda yəqin ki, imtina haqqında qərarın özü yoxlanılır: Bu həmin hallardır ki, həmin hallarda əlverişli inzibati aktın verilməsi inzibati orqanın diskresion səlahiyyətində olur. Bu yanaşmanın əsasında həm də Azərbaycanda da təsbit olunmuş diskresion səlahiyyətin qüsursuz həyata keçirilməsinə olan hüquq dayanır (bax: İİQ-nın 16.2-ci maddəsi). Elə hal ola bilər ki, imtina diskresion səlahiyyətin səhv həyata keçirilməsi nəticəsində olsun (məs: den Gleichheitsgrundsatz aus İİQ-nın 12.4-cü maddəsinə əsasən bərabərlik prinsipi pozulsun və ya İİQ-nın 14.2-ci maddəsi anlamında diskresion səlahiyyətin məqsədinə zidd olsun), amma buna baxmayaraq inzibati aktın qəbul edilməsinə dair birbaşa tələb mövcud olmasın (məs: çünki qanuna əsasən bir neçə qərar alternativləri mövcud olsun, yəni başqa sözlə deyilərsə, diksresion səlahiyyətin heç [sıfır] səviyyəsinə enməsi baş verməsin.). Bu cür halda İİQ-nın 16.2-ci maddəsi tələb edir ki, ən azından diskresion səlahiyyətin qüsurlu həyata keçirilməsi zəminində qəbul edilmiş ilkin inzibati akt (imtina haqqında qərar) ləğv edilsin və yekun məhkəmə qərarı ilə inzibati orqana münasibətdə məhkəmənin mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul etmək haqqında vəzifə müəyyən edilsin (bax: İPM-in 73.2 və 73.3.1-ci maddələri). Qərarın nəticəvi hissəsi ilə bağlı bax: İPM-in 73-cü maddəsi haqqında olan hissədə.

Sual 2: İPM-in 33.4-cü maddəsi, ələlxüsus onun 2-ci cümləsi necə tətbiq olunmalıdır?

Cavab: Bu müddəa inzibati orqanlar üçün təzyiq aləti kimi düşünülmüşdür, amma özü-özlüyündə məhkəmələr üçün praktiki deyildir. Müsbət məhkəmə qərarlarında, yəni iddiaçının inzibati aktın qəbul edilməsinə hüququ olduğu hallarda, çox az hallar ola bilər ki, məhkəmə qərarı inzibati aktı əvəz edə bilsin. Misal: iddiaçı hansısa subvensiyanın ona verilməməsini mübahisələndirir və inzibati orqan məsələ ilə bağlı hərəkətsizliyə yol verir; iddianı təmin edən məhkəmə qərarı onda inzibati orqanın razılığını əvəz edir (Məhkəmə qərarının nəticəvi hissəsi amma özü-özlüyündə subvensiyaya icazə kimi səslənməyəcək, çünki qanunla müəyyən olunmuş modelə əsasən (müsbət) məhkəmə qərarı icazəni ancaq „əvəz edir“.) Hər bir halda qeyd edilməlidir ki, burada icraedici və məhkəmə hakimiyyəti arasında hakimiyyət bölgüsü prinsipi pozulmuşdur. İPM-in 33.3-cü maddəsinin 3-cü cümləsi buna baxmayaraq belə bir imkan açır ki, İPM-in 73.3-ci maddəsinə aid bir qədər mürəkkəb hallarda İPM-in 73.2-ci maddəsinə əsasən məhkəmənin hüquqi mövqeyinin nəzərə alınması haqqında şərti nəzərdə tutan məhkəmə qərarını qəbul etsin. Lakin məhkəmə mənfi nəticəyə gəldikdə, iddianın rədd edilməsi haqqında qərar bu vaxta qədər qəbul edilməmiş inzibati aktın qəbul edilməsindən imtina haqqında qərarı əvəz edir. Bu qərara qarşı təbii ki, təkrar məcburetmə haqqında iddia deyil, apellyasiya şikayətinin verilməsi mümkündür.

  1. Sual: Məcburetmə haqqında iddiaların yoxlanılması sxemi necədir?

Cavab: Məcburetmə haqqında iddianın yoxlanılması sxemi

İddianın mümkünlüyü [yolverilən olması] (İPM-in 33-ci maddəsi)
Hüquqi həll yolu İPM-in 1.1-ci maddəsi və İİQ-nın 1.1-ci maddəsi
İddianın məqsədi: Əlverişli İA (İİQ-nın 2.0.10-cu maddəsi
İddia qaldırılmamışdan əvvəl: İnzibati orqana ərizə ilə müraciət (İPM-in 33.1-ci maddəsində nəzərdə tutulmuş arqument)
Ya  inzibati aktın qəbul edilməsindən imtina haqqında qərar və İPM-in 38.2-ci maddəsinə əsasən iddia müddəti: 30 gün
Və ya inzibati orqanın hərəkətsizliyi və İPM-in 39-ci maddəsinə əsasən iddia müddəti: 35 gün
İPM-in 35.1-ci maddəsinə əsasən hüquq pozuntusunun göstərilməsi [ona istinad edilməsi]
Mümkünsüzlük [yolverilməzlik] olan halda: İPM-in 35.3-ci maddəsi (qərardad)
Mümkün [yolverilən] olduğu halda davamını yoxlamaq:

İddianın əsaslılığı: İPM-in 73.1-ci maddəsi,
əgər inzibati aktın qəbul edilməsinə tələb mövcuddursa.
Tələbin əsasının axtarılması, məs: X maddəsi

Tərkib ilə bağlı ilkin şərtlər a, b və c vəzifə borcu [ex officio] qaydasında tam yoxlanmalıdır (İPM-in 12-ci maddəsi)
İstisna: Qiymətləndirmə [diskresion səlahiyyətin xüsusi forması] imkanı olan yoxlama [imtahan] qərarları: İPM-in 73.2-ci maddəsi ilə əlaqədə 73.3.2-ci maddə: məhkəmənin hüquqi mövqeyinin nəzərə alınması nəzərdə tutan məcburetmə haqqında iddia barəsindən məhkəmə qərarı
İstisna: İPM-in 73.3.3-ci maddəsinə əsasən əlavə araşdırmaya ehtiyac olduqda və bu cür araşdırma məhkəməni həddən çox yüklədikdə [belə araşdırmanın məhkəmə baxışı çərçivəsində aparılması mümkün olmadıqda]:

İPM-in 73-cü maddəsinə əsasən məhkəmənin mövqeyinin nəzərə alınmasını nəzərdə tutan məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı

X maddəsi üçün hüquqi nəticə:
Məcburi (imperativ müddəa): iddianın uğurlu olması, yəni imtina haqqında qərarın ləğv edilməsi və İPM-in 73.1-ci maddəsinə əsasən vəzifənin müəyyənləşdirilməsi
İnzibati orqanın diskresion səlahiyyəti: İnzibati aktın qəbul edilməsindən imtina haqqında qərarın yoxlanılması, yuxarıda A.2.2.2-də göstərildiyi kimi
Diskresion səlahiyyətin qüsursuz həyata keçirilməsi hallarında: İddianın rədd edilməsi
Diskresion səlahiyyəətin qüsurlu həyata keçirildiyi hallarda:
aa. İPM-in 73.2 (73.3.1)-ci maddəsinə əsasən məhkəmənin mövqeyi nəzərə alınmaq şərti ilə məcburetmə iddiası haqqında qərar
bb. İstisna hal: Diskresion səlahiyyətin heç [sıfır] səviyyəsinə endirilməsi, yəni ancaq bir (müsbət) qərarın qaəbul edilməsi imkanının qalması: İPM-in 73.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi


İPM-in 34-ci maddəsi

Sual 1: Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdan çəkinməyə dair iddialarda müddət mövcuddurmu?

Cavab: İPM doğrudan da heç bir iddia müddəti müəyyən etmir. Bu iddia hallarında onsuz da qəbul olunduğu vaxtdan müəyyən müddət sonra qanuni qüvvəyə minmiş inzibati akt da mövcud olmur. Almaniyadada eyni cürdür. Ən çıxılmaz hallarda prosessual hüquqda qəbul olunmuş, amma qanunla təsbit edilməmiş hüququn itirilməsi [alman prosessual hüququna görə uzun müddətin mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə gətirib çıxarır] insitutu köməyə gəlir. Bu instituta əsasən uzun müddət keçmişdirsə və əlavə olaraq qarşı tərəf iddianın qaldırılmasını artıq gözləməli deyildisə, onda iddia mümkünsüz [yolverilməyən] ola bilər. Ola da bilər ki, iddiaçının çox gec qaldırılmış iddia çərçivəsində daha heç bir hüquqi müdafiəyə ehtiyacı olmadığı bilinsin; bu o vaxt ola bilər ki, iddianın təmin olunması açıq-aydın iddiaçıya “heç nə” gətirməsin və ya onun məqsədinə çatması üçün daha asan və qısa yol (-lar) olsun.

Sual 2: İPM-in 34.3-ci maddəsinin İPM-in 40-cı və növbəti maddələrində nəzərdə tutulmuş müvəqqəti xarakterli məhkəmə müdafiəsi institutuna münasibəti necədir?

Cavab: Müəyyən hərəkətlərdən çəkinməyə dair iddia preventiv bir iddiadır və müvəqqəti xarakterli müdafiə institutu ilə ehtiva olunmur. İPM-in 34.3-cü maddəsi nəzərdə tutur ki, qəbul edilməsi yəqin edilən (yükləyici) inzibati aktı gözləmək dözülməzdir. Həqiqətən də, təcili hallarda əlavə olaraq İPM-in 43-cü maddəsi ilə birgə İPM-in 40.3-cü maddəsinə əsasən müvəqqəti məhkəmə müdafiəsi haqqında ərizə ilə müraciət etmək lazımdır.

Sual 3: İPM-in 34-cü maddəsinə əsasən iddialar üçün hansı misalları gətirmək olar?

Cavab: bax: İPM-in 2.2.3-cü maddəsinə aid 1-ci sual.

Sual 4: İPM-in 34-cü maddəsinə əsasən olan iddialar üçün də yoxlama sxemi mövcuddurmu?

Cavab:
İnzibati akt olmayan [faktiki xarakterli] aktların verilməsi üçün öhdəliyin icrası haqqında iddianın yoxlanması sxemi

İddianın mümkünlülüyü [yolverilən olması]
İnzibati hüququ qaydada həll yolu (publik hüquqi)
İPM-in 1.1-ci maddəsi; İİQ-ın 1.2-ci maddəsi
İddianın məqsədi: İA deyil, faktiki xarakterli hərəkət
İİQ-ın 1.2-ci maddəsi, məs: Pulun ödənilməsi, məlumatın verilməsi
əvvəlcə: İnzibati orqana ərizənin verilməsi
İddia müddəti yoxdur

İddianın əsaslılığı
Faktiki xarakterli hərəkətə tələb mövcuddurmu?
Mümkün tələbin əsası: Qanun, konstitusiya və ya inzibati akt (məs: vəzifəli şəxsin təyin edilməsi haqqında qərar)

Müəyyən hərəkətdən çəkinməyə dair iddianın yoxlanması sxemi

Müəyyən [mümkün] məqsəd: Faktiki xarakterli hərəkətin edilməsinə son qoyulması [hərəkətdən çəkinmə]:
Öhdəliyin icrası haqqında iddiada yuxarıda olduğu kimi mümkünlülük [yolverilənlik] və əsaslılıq, xüsusilə: əvvəlcədən inzibati orqana ərizə ilə müraciət!
Sonrakı mümkün məqsəd: inzibati aktlara son qoyulması: ilkin olaraq yuxarıda öhdəliyin icrası haqqında iddiada olduğu kimi, amma xüsusi ilkin şərt: İPM-in 34.3-cü maddəsi.


İPM-in 35-ci maddəsi

Sual 1: Bu müddəa bütün mümkünsüz hesab edilən iddialara dair hallara aiddir? İddia qaldırmaq hüququ olmayan hallardan başqa, məsələn hansı digər hallar ola bilər?

Cavab: Maddənin adından göründüyü kimi İPM-in 35-ci maddəsi bütün mübahisələndirmə və məcburetmə haqqında iddialarda İPM-in 35.1-ci maddəsinə əsasən iddia hüququnun olmadığına görə mümkünsüz olan iddiaları əhatə edir. Bu o deməkdir ki, məs: həm də İPM-in 38-ci maddəsinə əsasən iddia müddətlərinin ötürülməsi və ya İPM-in 46.1-ci maddəsində (bax: orada) nəzərdə tutulmuş minimum ilkin şərtlərin yerinə yetirilməməsi və ya öhdəliyin icrası və ya məcburetmə haqqında iddialarda iddian əvvəl inzibati orqana ərizə ilə müraciətin olmaması hallarında İPM-in 35.3-ci maddəsinə əsasən məhkəmə qərardadı ilə yekunlaşdırılır [mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilmir].

Sual 2: Bu cür qərardadlardan əvvəl şifahi məhkəmə baxışı olmalıdırmı?

Cavab: İPM-in 16.3-cü maddəsi mübahisəni „mahiyyəti üzrə həll etməyən“ qərardadlardan bəhs edir. Bununla iddianın əsaslılığının yoxlanmasının da nəzərdə tutulması, yoxsa daha çox mahiyyətə aid olmayan kimi düşülməsi, yəni bu cür qərardadların ancaq hazırlayıcı və ya icraat təşkilati xarakterli qərardadları ehtiva etməsi sual doğurur (Eyni təfsir problemi həm də İPM-in 87.7.2-ci maddəsinə münasibətdə də mövcuddur). Amma şifahi baxış hər bir halda mümkün ola bildiyinə görə, onun baş tutması ziyan deyildir. Ola bilər ki, elə ancaq şifahi baxışda müəyyənləşdirilsin ki, iddia mümkünsüzdür.

Sual 3: İddiaçı öhdəliyin icrası haqqında və ya məcburetmə haqqında iddianı qaldırmamışdan öncə inzibati orqana müraciət etmədiyi halda iddia mümkünsüz [yolverilməyən] hesab edilirmi? Bu necə aydınlaşdırılmalıdır?

Cavab: Hər iki iddia növü tələb edir ki, iddiaçı öncədən iddia tələbinə oxşar (eyni və ya ən azından ondan daha artıq olmayan) tələbi nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə etməmiş olmalıdır. Əgər bu mübahisələndirilsə, onda iddiaçı bunun baş verdiyini sübut etməlidir (İPM-in 14.3-cü maddəsi). İİQ ərizələr üçün yazılı forma müəyyən edir (İİQ-in 30.1-ci maddəsi), buna görə də inzibati aktlara əsasən ərizəni sübut etmək mümkün olur. Lazım olduğu halda sübutlar təqdim edilməlidir.


İPM-in 36-ci maddəsi

Sual 1: Müəyyən etmə haqqında iddialara aid misal gətirə bilərsinizmi?

Cavab: Bununla bağlı iki variantı fərqləndirmək lazımdır: Hüquq münasibətinə aid müəyyən etmə haqqında iddia və inzibati aktın etibarsızlığını „tanıyan“ müəyyən etmə haqqında iddia.
Birinci variant o zaman nəzərdən keçirilir ki, iddiaçı və inzibati orqan arasında (publik-hüquqi xarakterli) mübahisəli sual mövcud olsun, məs: inzibati orqan kommersiya obyektini yolverməz hesab edir, və ya o, həmin obyektin konkret məhsuluna qarşı çıxır [rədd edir] və ya iddiaçının müəyyən hərəkətini (məs: onun həmişə maşınını park etdiyi yeri) qanunazidd hesab edir. Onda məntiqi olar ki, mübahisəyə ümumən və hansısa inzibati aktdan və ya cərimədən asılı olmayarq müəyyən etmə haqqında iddia qaydasında baxılsın; hüquqi qüvvə konkret bir inzibati akt barəsindən qərar qəbul edildiyindən daha da uzağa gedir. Bu halda amma ilkin şərt kimi İPM-in 36.3-ci maddəsi anlamında iddiaçının xüsusi müəyyən etməyə olan marağı çıxış edir: məs: təkrar olunma təhlükəsinə görə.
Digər variantın tətbiqi o zaman məntiqi görünür ki, iddiaçı tələn irəli sürür ki, inzibati akt əvvəlcədən [qəbul edildiyi andan - “ex tunc”] etibarsızdır; bundan İİQ-ın 65-ci maddəsi ilə nəzərdə tutulmuş hallardır. Bu cür iddia iddiaçı yükləyici inzibati akt üçün iddia müddətini ötürdüyü halda, yəni İPM-in 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianı qaldırmaq artıq mümkün olmadıqda, onun üçün son xilas yoludur. Hər bir halda amma İİQ-ın 65-ci maddəsi sərt ilkin şərtlər nəzərdə tutur; inzibati aktın yalnız qanunsuz olması hələ onu etibarsız etmir!

Sual 2: İPM-in 36.3-cü maddəsi ilə nəzərdə tutulmuş „ideya xarakterli maraq“ ilə nə ehtiva olunur?

Cavab: Almaniyada buna belə demək mümkünsə, bərpa marağı, yəni yaxşi adın [nüfüzun] bərpa ounmasını və ya hansısa inzibati orqan hərəkətinin əsas və ya insan hüquqlarını pozduğunu müəyyən etməyi aid edirlər. Bu ələlxüsus polis hüququnda ola bilər (əsassız  – amma cinayət hüquqi təqib qaydasında deyil – tutma və ya bədən xəsarəti və ya oxşar olan hallar).

Sual 3: İPM-in 36.4-cü maddəsində tənzimlənmiş subsidiarlıq nə zaaman praktik olar tətbiq edilə bilər?
 
Cavab: Subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdü. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük [yolverilənlik] şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu  hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məs: məcburetmə haqqında iddia müddətini ötürmüş və ya inzibati orqana əvvəlcədən ərizə ilə müraciət etməmişdirsə, onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz.

Sual 4: Subsidiarlıq tələbi həm də tanınma haqqında iddialara münasibətdə qüvvədədirmi?
 
Cavab: Xeyr, əhəmiyyətsizlik, yəni inzibati aktın etibarsızlığını iddiaçı həmişə iddia ilə mübahisələndirə [irəli sürə] bilməlidir; eyni məqsədə o, onsuz da mübahisələndirmə haqqında iddia ilə nail ola bilməz.

Sual 5: İPM-in 36.2-ci maddəsi hansı halları nəzərdə tutur (İPM-in 72-ci maddəsi ilə fərqləndirildikdə)?

Cavab: İPM-in 36.2-ci maddəsi belə inzibati aktların qanunazidd olmasının müəyyənləşdirilməsinə aiddir ki, həmin inzibati aktlar artıq inzibati iddianın qaldırılmasından əvvəl „başqa cür qüvvəsini itirmişdir“ (bu o deməkdir ki, iddiaçı üçün daha heç bir hüquqi nəticə yaratmır). İPM-in 72-ci maddəsi bunun əksinə olaraq nəzərdə tutur ki,  mübahisələndirilən inzibati akt məhkəmə icraatı gedişində inzibati aktın geriyə çağrılması [„qanuni inzibati aktın ləğv edilməsi“ institutu] (bax: İİQ-ın 67-ci maddəsi), müddətin keçməsi ilə və ya başqa cür (hüquqi baxımdan) hüquqi qüvvəsini itirmişdir.


İPM-in 37-ci maddəsi

Sual 1: Bu müddəa bir neçə cavabdeh və ya iddiaçı olduğu halda da tətbiq oluna bilərmi?

Cavab: İddia çoxluğu üçün iştirakçıların eyniliyini barədə ilkin şərt ödənilmiş olmalıdır; bir neçə müxtəlif caavbdeh və ya iddiaçılar olduğu halda prosessual həmiştirakçılıq haqqında müddəalar tətbiq edilir (İPM-in 30-cu maddəsi).

Sual 2: İPM-in 37-ci maddəsi əlavə vəsatətlərə [ərizələr] münasibətdə də tətbiq oluna bilərmi?

Cavab: İPM-in 37-ci maddəsinin bəhs etdiyi „bir neçə iddia“ həm kumulyativ olaraq birgə olaraq, həm də digər iddianın təmin olunacağına ümid olmadıqda, köməkçi xarakterli əlavə iddia vəsatəti qaydasında da irəli sürülə bilər.

Sual 3: İPM-in 37-ci maddəsi İPM-in 32.1-ci maddəsinin 2-ci cümləsinə və 71-ci maddəsinə hansı münasibətdə dayanır?

Cavab: Bu müddəalar qanunla xüsusi olaraq tanınmış və tənzimlənmiş bir neçə tələbin obyektiv olaraq bir tələbdə birləşdirilməsinin [iddia çoxluğunun] subnövləridir; bu halda İPM-in 37-ci maddəsi daha yoxlanmalı deyil.

Sual 4: İPM-in 37-ci maddəsinə əsasən tələblərin obyektiv olaraq birləşdirilməsi mümkünsüz olduqda nə etmək lazımdır?

Cavab: Bu cür olduqda əlavə iddianın irəli sürülməsi mümkünsüz olmur, sadəcə icraat ayrılır və həmin icraat müstəqil icraat kimi aparılır.


İPM-in 38-ci maddəsi

Sual 1: İddia müddətinə riayət edilib-edilməməsi vəzifə borcu qaydasında yoxlanılmalıdır, yoxsa ancaq cavabdehin ona etiraz etməsi zamanı nəzərə alınmalıdır?

Cavab: Burada mümkünlük [yolverilənlik] şərtlərindən bəhs edildiyindən, İPM-in 38-ci maddəsi vəzifə borcu qaydasında yoxlanılmalıdır; „müddətin keçməsi“ maddə başlığı altında verilmə o baxımdan düzgün deyil. Bu həm də o deməkdir ki, MPM-də nəzərdə tutulmuş iddianın „yoxlanmamış saxlanılması“ və ya İİQ-ın 75-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati şikayətə baxılmamış saxlanılması institutu inzibati prosesdə yoxdur.

Sual 2: İddia müddəti „köhnə işlərə“ (1.1.2011-ci il tarixdən əvvəl qəbul edilmliş inzibati aktlara) münasibətdə necə qiymətləndirilməlidir?

Cavab: bax: İPM-in 1-ci maddəsinə dair 3-cü sual!

Sual 3: İnzibati aktın hüquqi müdafiə vasitələrinə dair təlimatlandırma olan hissə olmadıqda, və ya səhv olduqda hansı müddət tətbiq olunur?

Cavab: İPM bu sualı tənzimləmir. Bununla bağlı İİQ-nın 73.2-ci maddəsini analogiya qaydasında tətbiq etmək haqqında düşünmək olardı; bu halda iddia müddəti yarım il olardı.

Sual 4: Gecikmiş iddianı (müddətin bərpası üçün heç bir əsas olmadıqda) da “qəbul etmək” və mahiyyəti üzrə yoxlamaq olarmı?

Cavab: Bu halda söhbət məcburi və vəzifə borcu qaydasında yoxlanılmalı olan iddianın mümkülüyünə dair ilkin şərtdən getdiyindən, ancaq İPM-in 35.3-cü maddəsi əsasında iddianın mümkünsüz sayılması baş verə bilər. İnzibati orqan məhkəmə qaydasında yoxlamanı mümkün etmək istəyirsə, onda o, mübahisələndirilən inzibati aktı ləğv etməli və yeni eyni inzibati aktı qəbul etməlidir (bax: İİQ-nın 67 və ya 68-ci maddəsi); bu halda axı yeni iddia müddəti axımı başlanır.

Sual 5: İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı nə vaxtdan başlanır?

Cavab: İİQ-ın 62.1-ci maddəsinə görə qərarın qəbul edildiyi tarix deyil, onun təqdim edildiyi tarix əsas götürülür. Ən pis halda İİQ-ın 62.2-ci maddəsində nəzərdə tutulmuş 5 (beş) günlük fiksiya tətbiq edilir.

İPM-in 39-cu maddəsi

Sual 1: İPM-in 39.1-ci ancaq bir müddətin adını çəkir – hansı vaxtdan iddia qaldırıla bilər (35 gün), amma bu cür iddianın hansı müddət ərzində qaldırılması mümkün olduğu barədə dəqiq müddət nəzərdə tutmur. onda hansı müddət əsas götürülür?

Cavab: İddianı mümkünsüz edən belə bir „son müddət“ yoxdur. Ən çıxılmaz hallarda hallarda  iddia hüququnun itirilməsi [uzun müddət iddia qaldırılmaması səbəbindən bu hüququn itirilməsi] imkanı nəzərdən keçirilə bilər (bax: yuxarıda İPM-in 34-ci maddəsinə dair 1-ci sual).

Sual 2: İPM-in 39-ci maddəsinə əsasən iddia vaxtından əvvəl qaldırıldıqda, necə hərəkət edilməlidir?

Cavab: İddia dərhal mümkünsüz sayılaraq rədd edilə (İPM-in 35.3-ci maddəsi), digər tərəfdən isə 35 gün müddət keçənə kimi baxılmamış saxlanıla bilərdi. Həmin müddətin keçməsi ilə iddia mümkün olur. Almaniyada analoji hallarda bu cür hərəkət edilir.

Sual 3: İPM-in 39.3-cü maddəsinə əks olaraq iddiaçı hüquqi mübahisənin həll olunmuş qəbul edilməsi ilə razılaşmırsa, necə hərəkət edilməlidir?

Cavab: Onda iddia mümkünsüz olur, çünki iddiaçı artıq istədiyinə nail olmuş olur (hüquqi müdafiəyə ehtiyacın olmaması).

Sual 4: İPM-in 39-cu maddəsinə əsasən inzibati orqan iddiaya baxılan zaman inzibati aktı qəbul etdiyi, lakin bu inzibati akt pozitiv deyil, iddiaçının ərizəsini rədd edən olduğu halda necə hərəkət edilməlidir?

Cavab: Onda neqativ inzibati akt heç bir başqa şərt olmadan davam edən icraatın predmetinə və bununla da İPM-in 39-cu maddəsinə əsasən qaldırılmış iddia İPM-in 33-cü maddəsinə əsasən normal məcburetmə haqqında iddiaya çevriləcək. Almaniyada iddiaçı inzibati orqanın bu cür neqativ qərar qəbul etdiyi halda da hüquqi mübahisəni həll olunmuş elan edə bilər. İşin hallarından asılı olaraq cavabdeh öz hərəkətsizliyinə görə məhkəmə xərclərini daşıyan tərəf ola bilər (müq. et: İPM-in 111.5-ci maddəsi).

İPM-in 40-cı maddəsi

Sual 1: Əsas iş üzrə icraatı və müvəqqəti xarakterli məhkəmə müdafiəsi üzrə icraatı birləşdirmək mümkündürmü və ya ağlabatandırmı?

Cavab: Burada tamamilə fərqli prosessual „tale“ləri olan tam fərqli icraat növlərindən bəhs edilir. Ancaq ağlabatandır ki, əsas iş və müvəqqəti xarakterli müdafiə eyni hakim tərəfindən araşdırılsın (çünki çox vaxt müvəqqəti xarakterli məhkəmə müdafiəsinə işin uğurlu  olması proqnozuna bağlılıq olur). Amma bu icraat növlərinin formal olaraq və protokollashdırma [texniki] baxımdan birləşdirilməsi məsləhət görülmür.

Sual 2: İPM-in 40.1 və 40.3-cü maddələrinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirləri bir-birindən nə ilə fərqlənir?

Cavab: İPM-in 40.1-ci maddəsi yükləyici inzibati aktın icrasının dayandırılması haqqındadır və ona görə də mübahisələndirmə haqqında iddiaya dair müvəqqəti xarakterli müdafiə tədbiridir; bu cür tədbir ancaq o zaman ola bilər ki, əsas iş üzrə iddia artıq mübahisələndirmə haqqında iddiadır və ya olacaqdır (bax: İPM-in 40.2-ci maddəsi). Onun necə yoxlanması qaydası İPM-in 41 və 42-ci maddələrindən irəli gəlir. İPM-in 40.3-cü maddəsi bunun əksinə olaraq müvəqqəti icra tədbiridir; bu icraat İPM-in 43-cü maddəsinə əsasən formalaşdırılır və o iddia növlərinə aiddir ki, onlar mübahisələndirmə deyil, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia növləri olsunlar və ya ola bilərlər (müəyyən etmə və ya tanınma haqqında iddialar demək olar ki, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilmir).

Sual 3: İPM-in 40.1-ci maddəsinə əsasən „məhkəmə“ dedikdə „kim“ nəzərdə tutulur?

Cavab: Burada əsas iş üzrə olan məhkəmə, yəni əsas iş üzrə iddianın baxıldığı və ya baxılacağı məhkəmə nəzərdə tutulur (müq. et: İPM-in 44.1-ci maddəsi). Bu işin şikayət instansiyasında olmasından asılı olaraq apellyasiya məhkəməsi və ya birinci instansiyada olmasından asılı olaraq birinci instansiya məhkəmə ola bilər. Bu cür halda sədrlik edən hakimin təkbaşına qərar qəbul etmək səlahiyyəti olması sualına birmənalı cavab yoxdur; İPM-in 44.3-cü maddəsi istisna qaydası olduğu üçün ümumiləşdirilə bilməz..

Sual 4: İPM-in 40.1-ci maddəsinə əsasən ərizə daxil olduqda, iş təcililik tələb etdikdə və inzibati qaydada şikayət hələ də, araşdırılma mərhələsinə olduqda və ona görə də İPM-in 40.4-cü maddəsinə əsasən qərar qəbul etmək üçün gözləmək lazım olduğu halda necə hərəkət edilməlidir?

Cavab: Dəqiqliklə baxıldıqda çox tez, yəni İPM-in 40.4-ci maddəsində nəzərdə tutulmuş müddətdən əvvəl verilmiş ərizələr mümkünsüzdür və buna görə də mümkünsüzlüyü səbəbindən rədd edilməlidir. İş təcili olduğu halda amma bu barədə düşünülə bilər ki, ərizəçiyə (müvəqqəti xarakterli müdafiə icraatında iddiaçıdan və cavabdehdən deyil, ərizəçidən və müqabil [qarşı] tərəf olur) inzibati şikayətdən imtina etmək məsləhət görülsün; onda məhkəmə təcili ərizə barəsində mahiyyəti üzrə qərar qəbul edə bilər. Amma elə şikayət instansiyası özü icranı dayandıra bilər; o şikayəti hətta vəzifə borcu qaydasında yoxlaya bilər (bax: İİQ-ın 76.2-ci maddəsi). Bu artıq maraqlı şəxsin öz işidir ki, o, hansı seçimdən daha çox faydalana bilər.


İPM-in 41-ci maddəsi

Sual 1: Yükləyici inzibati aktın icra edilməsi və ya icrasının dayandırılması dedikdə nə başa düşülür?

Cavab: İİQ-ın 76.1-ci maddəsinə əsasən nə inzibati şikayət, nə də mübahisələndirmə haqqında iddia inzibati aktın icrasını dayandırmır. İnzibati aktın icrasının inzibati orqan (İİQ-ın 76.3-cü maddəsi) və ya məhkəmə (İPM-in 41.2-ci maddəsi) tərəfindən dayandırılması, hələ o demək deyildir ki, hüquqi vəziyyəti elə qəbul etmək lazımdır ki, elə bil heç bir inzibati akt qəbul edilməmiş olub; sadəcə olaraq inzibati aktın icrası daha yolverilən olmur, yəni inzibati akt vasitəsilə maraqlə şəxsə münasibətdə zərərli nəticələr çıxarıla bilməz (müq. et: İİQ-ın 81-ci və növbəti maddələri).

Sual 2: İPM-in 41.2-ci maddəsinə əsasən iddianı uğurlu olması barədə proqnoz verilməsi hakimi iddia icraatı üçün qərəzli edirmi?

Cavab: bax: bununla bağlı İPM-in 19-cu maddəsinə dair 1-ci sual.

Sual 3: İPM-in 41.2-ci maddəsi 2-ci cümləsinə əsasən iddianın uğurlu olması proqnozu verə bilinmədiyi halda maraqların götür-qoyu necə edilir?

Cavab: Almaniyanın Federal Konstitusiya Məhkəməsi bununla bağlı çox ağıllı bir formula inkişaf etdirib: o, müvəqqəti xarakterli müdafiənin uğurlu olduğu (amma sonradan iddianın uğursuzluqla nəticələndiyi) vəziyyətlə, müvəqqəti xarakterli müdafiənin təmin olunmasından imtina olunduğu, amma sonradan müəyyənləşdiyi haldakı iddia uğurla nəticələnməli olduğu haldakı vəziyyətlə müqayisə edir. Bu zaman həlledici məqam kimi çıxış edir ki, hansı vəziyyət daha qəbulediləndir.

Sual 4: İPM-in 41.5-ci maddəsi həm də İPM-in 40.3-cü maddəsinə əsasən olan müvəqqəti xarakterli müdafiəyə münasibətdə də tətbiq edilirmi?

Cavab: Xeyr, İPM-in 41.5-ci maddəsi ancaq inzibati aktların icrasının dayandırılmasına dair icraatda tətbiq edilir.

Sual 5: İcranın dayandırılması haqqında pozitiv qərar qəbul edildiyi halda kimin şikayət hüququ vardır?

Cavab: Müqabil [qarşı] tərəf müddəanın qrammatik təfsirinə əsasən şikayət qaldıra bilməz. İnzibati orqanlar da bunu belə qəbul edir. Üçüncü şəxslərin (məs: qonşusunun tikintiyə icazəsə qarşı başlamış olduğu müvəqqəti xarakterli müdafiə icraatı üzrə icraata cəlb edilmiş tikinti mülkiyyətçisi) hüquqlarının pozitiv qərar ilə pozulması başqa hal deməkdir (hüquqi müdafiə əsaslarından bu irəli gəlir). Bunu alman hüquq müstəvisi üçün Federal Konstitusiya məhkəməsi müəyyənləşdirib. Sonradan Almaniyada İPM-in 41.5-ci maddəsindən şikayətin verilməsi barədə müvafiq məhdudiyyət ləğv edilmişdir.

İPM-in 44-cü maddəsi

Sual 1: İPM-in 44.2-ci maddəsi şikayət institutuna münasibətdə hansı mövqedə dayanır?

Cavab: Müvəqqəti xarakterli müdafiə icraatı çərçivəsindən uduzan tərəfin istəyindən asılı olaraq seçimi vardır ki, ya şikayət vermək hüququndan istifadə etsin (onun buna hüququ olduğu halda, bax: İPM-in 41.5-ci maddəsi), ya da sonradan şəraitin dəyişməsi ilə bağlı qərarın dəyişdirilməsini tələb etsin; hər iki alternativ istisna edilmir.

Sual 2: „Şəraitin dəyişməsi“ dedikdə hansı hallar ola bilər?
Cavab: Bununla həm ilkin şəraitin dəyişməsi, həm də amma yeni bilgilərin əldə edilməsi nəzərdə tutula bilər, məs: yeni sənədlər və ya ekspert rəyi və ya sadəcə olaraq ilkin olaraq gəlinmiş nəticədən fərqli bir nəticəni əsaslandıran [haqq qazandıran] vaxtın keçməsi faktı özü başa düşülə bilər.

Sual 3: İPM-in 44.3-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa da sədrlik edən hakim təkbaşına fəaliyyət göstərə bilərmi?

Cavab: Bax: İPM-in 40-cı maddəsinə aid 3-cü sual.

Sual 4: Müvəqqəti xarakterli müdafiə icraatı çərçivəsində qəbul edilmiş qərarın daimi qərar olmaması necə təmin olunur?

Cavab: Burada həm vəzifə borcu qaydasında qərarı dəyişdirmək imkanı (bax: İPM-in 44.1-ci maddəsi), amma həm də İPM-in 44.4-cü maddəsində nəzərdə tutulmuş qüvvəsini itirmək qaydası işləyə bilər. Ərizəsi məs: müvəqqəti xarakterli müdafiə icraatı çərçivəsində (iddia qaldırılmamışdan əvvəl) inzibati aktın icrasının dayandırılmasına nail olmuşdursa, amma sonra daha heç bir mübahisələndirmə haqqında iddia qaldırmırsa, onda inzibati aktın icrasının dayandırılması İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi ilə qüvvədən düşür, çünki onda yükləyici inzibati akt qanuni qüvvəyə minir. Ərizəçi müvəqqəti müdafiə tədbiri [söhbət müvəqqəti icra tədbirindən gedir] ilə bağlı pozitiv qərara nail olmuş, sonradan isə işi əsas icraat çərçivəsində (məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə) aydınlaşdırmamışdırsa, onda qərar İPM-in 44.1-ci maddəsinə əsasən də dəyişdirilə bilər. Almaniyada MPM-in tətbiq edilməsi yolu ilə belə bir imkan da vardır ki, müvəqqəti xarakterli müdafiə tədbiri barəsindən qərara şərt kimi əlavə edilsin ki, müvafiq iddia qaldırılsın; ərizəçi bunu etmirsə, onda qərarın vəzifə borcu [ex officio] qaydasında ləğv edilməsi üçün əsas mövcud olur.

İPM-in 46-cı maddəsi

Sual 1: „Cavabdehin adı“ dedikdə nə başa düşülür?

Cavab: Cavabdeh inzibati orqan olduqda – ki, bu da demək olar ki, həmişə belə olur -, onda İPM-in 46.1.1-ci maddəsi ilə ancaq həmin inzibati orqanın dəqiq adı nəzərdə tutulur.

Sual 2: İPM-in 46.1-ci maddəsinə əsasən də müddətin müəyyənləşdirilməsindən sonra da minimal ilkin şərtlər yerinə yetirilməmikdə, bu nə ilə nəticələnir?

Cavab: Daha çox arqument bu istiqamətdə çıxış edir ki, iddia onda mümkünsüzdür. Bu halda araşdırılması mümkün olmayan „olmayan iddiadan“ bəhs edilmir, sadəcə İPM-in 35.3-cü maddəsinə əsasən hərəkət edilir.


İPM-in 47.2-ci maddəsi

Sual 1: İPM-in 47.2-ci maddəsinin tələblərinə baxmayaraq cavabdeh iddiaya münasibət bildirmədikdə, məhkəmə nə edir?

Cavab: Mütləq deyildir ki, cavabdeh özü bir ərizə müraciət etsin (bax: amma İPM-in 81.2-ci maddəsinə aid 1-ci sual), o həm də iddia tələbinə məzmun baxımından fikir bildirməyə də borclu deyildir; amma o məhkəməni lazimi faktların araşdırılması zamanı dəstəkləməlidir, məs: inzibati aktları təqdim etməklə (bax: həm də İPM-in 12.3, 48.2 və 60-cı maddələri). Özünü müdafiə etməməklə və ya məhkəmə mane olmaqla, o, özünə ziyan vurur (bax: İPM-in 12.4-cü maddəsi).

İPM-in 48-ci maddəsi

Sual 1: İPM-in 48.1-ci maddəsi hansı zaman mərhələsini nəzərdə tutur?

Cavab: İcraatı yönəltmək [irəlilətmək] vəzifəsi bütün proses gedişində qüvvədə olur. O, artıq iddianın daxil olması ilə başlayır, icraata qədər (yəni İPM-in 49-ci maddəsinə əsasən hazırlıq icraatına da) və şifahi icraata da rəhbər olur (bax: həm də İPM-in 64.1-ci maddəsi).
                                              
Sual 2: İPM-in 48.2-ci maddəsinə riayət edilmədiyi hal üçün hər hansı bir sanksiya nəzərdə tutulmuşdurmu?

Cavab: Burada iddiaçıya münasibətdə təhlükə mövcuddur ki, o, məhkəməyə araşdırmada yardımçı olmadıqda, məhkəmənin İPM-in 55.3-cü maddəsinə əsasən hərəkətini provokasiya etmiş olsun (icraatdan yayınma) və ya o, lazimi sənədləri təqdim etmədikdə iddianın rədd edilməsi riski ilə qarşılaşmış olur (bax: həm də İPM-in 12.4-cü maddəsi); cavabdeh ehtiyat etməlidir ki, məhkəmə İPM-in 12.4-cü maddəsinə əsasən sübut etmə yükünün dönüşü haqqında qərardad qəbul edə və iddianı təmin edə bilər.

Sual 3: İPM-in 48.1-ci maddəsi əsasında yardımçılıq etmək vəzifəsindən sonra xətaları aradan qaldırılmış iddia ərizəsi İPM-in 54-cü maddəsi anlamında iddianın dəyişdirilməsi kimi başa düşülə bilərmi?

Cavab: İddiaçı məhkəmənin göstərişi əsasında məhkəmə baxışına artıq təqdim etmiş olduğu düzgün olmayan iddia ərizəsini bir başqa iddia ilə əvəz edirsə, (məs: o, mübahisələndirmə haqqında iddiadan məcburetmə haqqında iddiaya və ya ondan öhdəliyin icrası haqqında iddiaya „keçirsə“), onda bu İPM-in 54-cü maddəsi anlamında iddianın dəyişdirilməsi deməkdir, hansı ki, hər bir halda (bax: məhkəmənin göstərişi) məntiqi olaraq həm də əhəmiyyətli dəyişilikdir. İPM-in 48.1-ci maddəsi bundan fərqli olaraq əhəmiyyətinə görə iddianın dəyişdirilməsindən daha „aşağıda“ dayanan ancaq aydınlaşdırmalar və ya başqa cür formulə edilmələr deməkdir. Baxışdan əvvəl  ərizələr „təqdim olunmamış“ kimi qəbul edilir (bax: İPM-in 63-cü maddəsinə dair 1-ci sual).

İPM-in 49-cu maddəsi

Sual 1: „Hazırlıq icraatı“ özü-ozlüyündə müstəqil icraat mərhələsidirmi?

Cavab: Formal mənada yox: burada qərarın qəbul edilməsindən əvvəlki dövrü əhatə edən prosesin şifahi məhkəmə gedişinə kimi (işin halından asılı olaraq İPM-in 16.2-ci maddəsinə əsasən yazılı icraata kimi) olan mərhələ başa düşülür. Burada sədrlik edən hakimin özünün icraatı yönəltmək və sadələşdirmək üçün lazım olduğu halda baxış və qərar olmadan yekunlaşdırma barədə səlahiyyətləri vardır.

Sual 2: İPM-in 49.1.5-ci maddəsi İPM-in 57.1-ci maddəsinə hansı münasibətdə dayanır?

Cavab: İPM-in 49.1.5-ci maddəsi sədrlik edən hakimi, İPM-in 57.1-ci maddəsi isə məhkəməni səlahiyyətləndirir ki, iştirakçıların şəxsən məhkəməyə gəlmələri barədə sərəncam versin. Bu ağlabatandır, çünki sədrlik edən hakim əvvəlcədən iştirakçıları müzakirəyə və iclasa dəvət edə bilər. Bu cür müzakirə vaxtı ağlabatan ola bilər; iştirakçılar müzakirədə artıq şifahi baxışa imtina da edə bilərlər (İPM-in 16.2-ci maddəsi). Bu halda baxışa ehtiyac qalmır. Müzakirənin hazırlıq icraatı mərhələsində aşkar olub olmaması [ictimaiyyət üçün açıq] məsələsi Almaniyada mübahisəlidir; məhkəmə təcrübəsi belə bir mövqedən çıxış edir ki, ancaq proses iştirakçıları bu müzakirədə iştirak edə bilərlər, çünki bu mərhələdə söhbət hələ prosessual anlamda “əsl” şifahi məhkəmə baxışından getmir.

Sual 3: Məhkəmə İPM-in 49.2-ci maddəsində nəzərdə tutulmuş məlumat vermə vəzifəsini pozduqda nə baş verir?

Cavab: O halda bu əhəmiyyətli icraat pozuntusu olar. Çünki bu halda hüquqi dinlənilmə prinsipi pozulmuş olur. Bu prinsip İPM-də (bax: orada) 11.2-ci maddədə icraatın əsasında qoyulmuşdur. Apellyasiya məhkəməsinin bu cür halda məhkəməni yekun qərarını ləğv edib etməyəcəyi İPM-in 87.7.1-ci maddəsi əsasında müəyyən edilir. Qəbul edilməsi mümkündür ki, dinlənilmənin pozulması apellyasiya icraatından “bərpa” edilə bilər.

İPM-in 50-ci maddəsi

Sual 1: „İcraatın təxirə salınması“ dedikdə nə nəzərdə tutulur və onun prosessual ilkin şərtləri və nəticələri nədir?

Cavab: Almaniyada icraatın təxirə salınması MPM-dən irəli gələn hüquq institutudur; o deməkdir ki, proses iştirakçıları razılaşa bilərlər ki, məhkəmə icraatı müvəqqəti olaraq davam etdirilməsin, yəni „təxirə salsın“. Bu halda müəyyən mənada aktlar məhkəmənin arxivinə yerləşdirilir. Amma icraat hər bir an yenidən başlana (vəzifə borcu qaydasında da) bilər. Məntiqidir ki, bu cür „təxirə salma“ institutundan o zaman istifadə edilsin ki, model icraat [yəni çoxsaylı oşxar digər işlər üçün əhəmiyyətli olan proses – bu halda həmin proses davam etdirilir digər oxşarlar isə dayandırılır] getsin, nə qədər davam edəcəyi məlum olmayan uzun barışıq haqqında danışıqlar gözlənilsin, iddiaçı ölsün və bilinməsindən ki, hüquqi varis icraatı davam etdirəcək ya yox, hüquqi şəxs iflasa uğramış elan edilsin və s.  Ola da bilər ki, bu cür təxirə salınmış icraat heç kəsin məhkəmə qərarının qəbul edilməsində marağı olmadığı üçün bir də yenidən başlanılmasın.

Sual 2: İPM-in 50-ci maddəsi ilə müəyyən olunmuş hallarda həmişə formal qərardad qəbul edilməlidirmi?

Cavab: Müddəanın mətni bu cür etməyə sövq edir. Amma ancaq o hallarda nəzərdə tutula bilər ki, o cür konstruksiyalar həqiqətən də hazırlıq icraatında baş versin (yəni məs: dayandırma, barışıq, təxirə salma, iddiadan imtina, iddianın qəbul edilməsi, mübahisənin aradan qalxması). Bu halda sədrlik edən hakim həm də mübahisənin məbləği və məhkəmə xərcləri (məs: İPM-in 110.6-cı maddəsinə əsasən) barədə də qərar qəbul edə bilər (İPM-in 50.0.4 və 50.0.5-ci maddələri).

Sual 3: Proses iştirakçılarına müstərək bəyanatla çıxış etməyi məsləhət görmək üçün nə zaman əsas yaranır (İPM-in 50.0.3-cü maddəsi)?

Cavab: Mübahisələndirmə haqqında iddia çərçivəsində mübahisələndirilən inzibati aktın daha heç bir hüquqi qüvvəsi yoxdursa, yəni iddiaçı daha onunla yüklü edilmirsə, (müq. et: İİQ-in 64.2-ci maddəsi) və ya məcburetmə haqqında iddia və ya digər iddia üzrə  elə bir hal baş vermişdir ki, prosesin davam etdirilməsi iddiaçı üçün mənasız və ya əhəmiyyətsiz olsun. (Bu halda işin hallarından asılı olaraq iddia ya mümkünsüz, ya da əsassız olacaqdır). Mübahisənin həll olunmuş elan edilməsini ancaq iddiaçı edə bilər, cavabdeh isə bununla razışa bilər (Nəticə: icraatın dayanrdırılması və İPM-in 110.6-cı maddəsinə əsasən prosessual xərclər barədə qərardad). Cavabdeh iddiaçının bəyanatı ilə razılaşmırsa (belə demək mümkünsə, mübahisəli həll), onda Almaniyada proses davam etdirilir və yekun məhkəmə qərarı ilə yeni mübahisə haqqında qərar verilir ki, hüquqi mübahisə həllini tapmışdır, ya yox. Əgər tapmışdırsa, onda cavabdeh uduzmuş tərəf kimi xərcləri daşıyan tərəf kimi çıxış edir, əgər tapmamışdırsa, onda iddiaçının xərcləri hesabına iddia rədd edilir. „Köhnə“ iddia ancaq o zaman bir rol oynayır ki, iddiaçı „köhnə“ iddia tələbini mübahisənin həllini tapmadığı hal üçün köməkçi qisimdə əlində saxlamış olsun. İPM mübahisəli həll konstruksiyasını elə Almaniyanın İnzibati Prosessual Məcəlləsi kimi çox səthi tənzimləyir.

İPM-in 51-ci maddəsi

Sual 1: Proses iştirakçılarının hərəkətsizliyi olduqda, bu nə ilə nəticələnir?

Cavab: Bununla bağlı bax: İPM-in 12-ci maddəsinə dair 3-cü sual və İPM-in 48-ci maddəsinə dair 2-ci sual.

İPM-in 52-ci maddəsi

Sual 1: Məhkəmənin ərizələrin mətninə bağlı olmaması dedikdə nə başa düşülür?

Cavab: Bununla ancaq o nəzərdə tutulur ki, ərizənin necə formulə edilməsi həlledici deyildir; məhkəmə prosessual ərizələri [vəsatətləri] iddia ərizəsi barəsində olduğu kimi təfsir edə bilər. Beləliklə məsələn iddiaçının axır ki, tikmək istədiyi barədə ərizəsi ancaq o deməkdir ki, inzibati orqanın üzərinə iddiaçıya tikintiyə icazə verilməsi barədə öhdəlik qoyulsun. Almaniyada bu halda yekun qərarda yazılır (əgər iddiaçı məhkəmənin göstərişinə baxmayaraq başqa cür formulə etməmişdirsə): „İddiaçı mahiyyətcə tələb edir ki, …“

İPM-in 53-cü maddəsi

Sual 1: Qarşılıqlı iddia üçün bir misal verin!

Cavab: Almaniyada inzibati prosesdə praktikada qarşılıqlı iddialara demək olar ki, rast gəlinmir. Bu ancaq publik-hüquqi müqavilələr ilə bağlı ola bilər, bu institut isə Azərbaycan Respublikası İİQ-u ilə tənzimlənməmişdir (amma həm də qadağan edilməmişdir). Burada ağıla gələn ancaq İPM-in 2.2.7-ci maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi məsələsidir ki, bu halda inzibati orqan cavab kimi qarşılıqlı iddia ilə çıxış edə bilər.

Sual 2: Mümkünsüz hesab edilən qarşılıqlı iddia ilə nə etmək lazımdır?

Cavab: O, məntiqi olaraq əsas işdən ayrılacaq (müq. et: İPM-in 56.2-ci maddəsi) və İPM-in 35.3-cü maddəsinə əsasən qərardad ilə mümkünsüz hesab ediləcəkdir.


İPM-in 54-cü maddəsi

Sual 1: İddianın dəyişdirilməsi nə zaman əhəmiyyətlidir (İPM-in 54.1-ci maddəsi)?

Cavab: Əsas ilkin şərt odur ki, iddia bütün mümkünlülük şərtlərini ödəmiş olsun, yəni işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilə bilsin. Bundan başqa dəyişdirilmiş iddia  hüquqi mübahisəni bütünlüklə həll etməyə kifayət edəcək qədər ağlabatan olmalıdır; bu o zaman belə olur ki, digər prosesə ehtiyac qalmasın.

Sual 2: Cavabdeh razı olduqda belə, amma yeni iddia yerində [uyğun] olmadıqda (məs: iddia mümkünsüzdür), necə hərəkət etmək lazımdır?

Cavab: Bir misal: İddiaçı A inzibati aktına qarşı iddia qaldırır və prosesdə cavabdehin razılığı ilə iddiaya, barəsində iddia müddətini ötürmüş baxmayaraq həm də B inzibati aktını daxil edir. Almaniyada belə fikir söylənilərdi ki, burada iddianın dəyişdirilməsi cavabdehin razılığı baxımından mümkün olduğu halda, dəyişdirilmiş iddia özü-özlüyündə mümkün olmur; buna görə də iddianın ikinci inzibati akta aid olan hissəsi ayrılar və mümkünsüz hesab edilərdi. Buna görə də iddianın dəyişdirilməsinin mümkün olması və dəyişdirilmiş iddianın mümkünlüyü arasında fərqləndirmə aparılmalıdır. İPM-in 54-cü maddəsi ikinci halı deyil, ancaq birinci halı tənzimləyir.

Sual 3: İPM-in 54-ce maddəsi əsasında iddiaçı təzə və ya əlavə bir cavabdehi prosesə daxil edə bilərmi?

Cavab: Almaniya məhkəmə presedenti yeni bir cavabdehin icraata daxil olmasını (və ya cavabdehin dəyişdirilməsini) „köhnə cavabdehə“ (əgər yeni cavabdeh əvvəlki cavabdehin yerinə keçməlidirsə) qarşı iddianın geri götürülməsi ilə bağlı olan iddianın dəyişdirilməsi kimi qəbul edir. İddia dəyişdirilməsi yerində verilən (yəni mümkün) kimi o zaman qəbul edilir ki, bunun edilməsi ilə hüquqi mübahisə barəsində qərar verilmə asanlaşdırılsın və ya ümumiyyətlə mümkün olsun.

Sual 4: İPM-in 48.1-ci maddəsinə əsasən sədr öz vəzifələri çərçivəsində həm də İPM-in 54-ci maddəsi anlamında iddianın dəyişdirilməsinə təsir edə bilərmi?

Cavab: İPM-in 48.1-ci maddəsi aydın olaraq işin mahiyyətinə aid olan ərizələrdən bəhs etdiyi üçün və işin mahiyyətinə bağlılıq iddianın dəyişdirilməsinin ilkin şərti kimi çıxış etdiyi üçün bu hipotezaya qarşı heç və dayanmır.

İPM-in 55-ci maddəsi

Sual 1: İPM-in 55-ci maddəsi iddianın geri götürülməsini, iddiadan imtinanı, yoxsa hər ikisini tənzimləyir?

Cavab: Qanunun mətni ziddiyyətlidir: Maddənin başlığı iddiadan imtina adlanır, həmçinin İPM-in 55.1, 55.2 və 55.4-ci maddələri iddiadan imtinadan danışır, İPM-in 55.3-cü maddəsi ilə iddianın geri götürülməsi fiksiyasını tənzimləyir və İPM-in 55.5-ci maddəsi isə hər ikisini ehtiva edir. Qanunvericinin burada qəsdən fərqli anlayışlardan istifadə etməsi sual doğurur. Alman leksikonunda iddiadan imtina etmə institut olaraq iddianın geri götürülməsi institutundan daha uzağa gedir; iddiadan imtina heç bir başqa şərtə bağlı olmadan iddianı mümkünsüz edir, amma iddianın geri götürülməsi (müddətlərə riayət olunursa və digər mümkünlük şərtləri mövcuddursa) halından yeni iddianın verilməsi mümkündür. Burada gözlənilməlidir ki, qanunverici burada aydınlaşdırıcı iş aparsın; o vaxta kimi yəqin ki, bu iki analayışlara, daha doğrusu institutlara müvəqqəti olaraq İPM-in 55-ci maddəsi çərçivəsində baxılsın. (bax: həm də İPM-in 111.3-ci maddəsinə dair). Bu MPM-in iddianın geri götürülməsi ilə və İPM-in iddiadan imtina ilə bağlı tətbiq olunmasından daha yaxşı həll yolu kimi görünür, çünki İPM-in 55.5-ci maddəsi onsuz da hər iki insitutu yanaşı qoyur. Belə ki, onsuz da İPM bəzən (iddianın geri götürülməsinin adını çəkmədən) iddiadan imtina edilməsindən danışır məs: İPM-in 50.0.2 və in 111.3-ci maddələrində. Başqa bir həll yolunu da təqdim etmək olar ki, burada qəsdən olaraq iki fərsli institutdan bəhs edilir. Bu o demək olardı ki, yeni bir iddianın qaldırılmasına olan qadağa ancaq İPM-in 55.4-cü maddəsi üçün nəzərdə tutulmuşdur, amma iddianın geri götürülməsinə (geri götürülməsi fiksiyasına) münasibətdə qüvvədə deyildir. Amma qanunverici bunu arzulamışdırmı?

Sual 2: İPM-in 55.2-ci maddəsinin mənası nədir?

Cavab: Belə bir mövqedən çıxış edilir ki, ərizənin verilməsindən sonra (şifahi məhkəmə baxışında!) proses elə bir mərhələyə çatmış hesab edilir ki, iddiaçı cavabdehin razılığı olmadan prosesdən çıxa bilməz.

Sual 3: İddiadan imtina, işin hallarından asılı olaraq iddianın geri götürülməsi hazırlıq icraatı mərhələsində baş verdikdə, cavabdehin razılığı vacibdirmi?

Cavab: Hazırlıq icraatında hələ „əsl“ şifahi məhkəmə baxışı baş tutmamış olduğundan (bax: İPM-in 49-cü maddəsinə dair 2-ci sual), hələ İPM-in 55.2-ci maddəsi anlamında “iddia ərizəsinin verilməsindən” söhbət getmir. Eyni qayda İPM-in həm də 16.2-ci maddəsinə əsasən yazılı icraata münasibətdə də qüvvədədir.

Sual 4:  İPM-in 55.3-cü maddəsinə əsasən „icraatdan yayınma“nın ilkin şərtləri kimi nə çıxış edir?

Cavab: İlkin olaraq qanunun mətni tələb edir ki, məhkəmə icraaatda birgə iştirakı tələb etmiş olsun; problemlərdən qaçılması üçün məsləhət görülərdi ki, bu cür tələb sənədləşdirilsin [protokollaşdırılsın] və iddiaçıya sübut oluna biləcək qaydada təqdim edilsin. Almaniyada digər bir ilkin şərt kimi çıxış edir ki, iddiaçı həm də icraatdan yayınmağın prosessual nəticələri ilə bağlı, yəni İPM-in 55.3-ci maddəsi ilə bağlı təlimatlandırılsın. İPM-in 11.2-ci maddəsinin tələblərinə əsasən burada da bu cür təlimatlandırma məcburi olmalıdır. Yayınmanın özünə gəldikdə isə, bu anlayışa münasibətdə tələblər bir qədər sərt olmalıdır, çünki İPM-in 55.4-ci maddəsinə əsasən prosessual nəticələr kifayət qədər əhəmiyyətlidir. İclasa gəlməmə və ya məhkəməyə məcburi gəlmə haqqında məhkəmənin göstərişinə riayət etməmə hər bir halda kifayət edici deyildir; belə bir davamedici təəssürat olmalıdır ki, iddiaçı icraatın davam etdirilməsində maraqlı deyildir. Sənədləri təqdim etməklə və ya iddianı əsaslandırmaqla bağlı davam edən boyun qaçırmalar (bax: İPM-in 49.1.2 və 51.2-ci maddələri) işin hallarından asılı olaraq kifayətedici ola bilər.

Sual 5: İPM-in 55.3 və 55.5-ci maddələrinə əsasən məhkəmə icraatı qərardad ilə dayandırdıqda, iddiaçı isə iddia etdikdə ki, o məhkəmənin tələbini almamışdır və ya İPM-in 55.3-cü maddəsinin ilkin şərtləri onsuz da mövcud olmamışdır, bu halda nə etmək lazımdır?

Cavab: Bu mürəkkəb vəziyyətdir: İddianı yenidən qaldırmağın mənası yoxdur, çünki o, ya İPM-in 55.3-cü maddəsinə, ya da (ilkin şərtlərin olmadığı halda) elə İPM-in 45.5.1-ci maddəsinə əsasən mümkünsüz olacaq (köhnə iddianın artıq məhkəmə araşdırmasında olması əsası ilə). İPM-in 55.3-cü maddəsinin 2-ci maddəsinə əsasən qərardada qarşı şikayət verilməsi İPM-in 83.3.6-cı maddəsinə əsasən və ya İPM-in 55.5-cü maddəsinin 3-cü cümləsinə əsasən (bax: orada!) istisna edilir. Bu cür hallarda amma iddiaçıya hansısa bir hüquqi müdafiə vasitəsindən istifadə mümkün olmalıdır və məntiqi olar ki, bu sualı apellyasiya məhkəməsi deyil, birinci instansiya məhkəməsi özü aydınlaşdırsın. Almaniyada bu vəziyyətdən aşağıdakı kimi çıxmaq olur: iddiaçı iddianın geri götürülməsi fiksiyasını mübahisələndirdikdə, icraat sadəcə olaraq davam etdirilir. İPM-in 55.3-cü maddəsinin ilkin şərtləri doğrudan da mövcud olduqda, məhkəmə qərarı ilə müəyyən edilir ki, iddia geri götürülmüş hesab edilir. İPM-in 55.3-cü maddəsinin ilkin şərtləri mövcud olmadıqda isə, icraat əvvəl olduğu kimi davam etdirilməlidir; məhkəmə onda İPM-in 55.3-cü maddəsinə əsasən verilmiş qərardadını yanlış qərar olduğundan ləğv edir.

Sual 6: İPM-in 55.3-cü maddəsinin 2-ci cümləsinə və 55.5-ci maddəsinin 1-ci cümləsinə əsasən qəbul edilmiş qərardadlar eynidir [identikdir]?

Cavab: İPM-in 55.3-cü maddəsinin 2-ci cümləsinə əsasən qəbul edilmiş qərardad İPM-in 55.3-cü maddəsinin 1-ci cümləsinin ilkin şərtlərinin mövcud olduğunu  təsdiqləyən müəyyənedici (və deklarativ) bir qərardaddır. İPM-in 55.5-ci maddəsinin 2-ci cümləsinə əsasən qəbul edilmiş qərardad isə icraatı dayandıran və iddiadan imtinanın və ya iddianın geri götürülməsi haqqında fiksiyanın hüquqi nəticələrini müəyyənləşdirən sonrakı qərardaddır (yəni İPM-in 55.4-cü maddəsinə əsasən nəticə və İPM-in 111.3-cü maddəsinə əsasən xərclər baxımından nəticə). Bu qərardad birmənalı şəkildə mübahisələndirilə bilməyən qərardaddır (İPM-in 55.5-ci maddəsinin 3-cü cümləsi).

Sual 7: İPM-in 55.4-ci maddəsi həm də adi qaydada iddianın geri götürülməsinə aiddirmi?

Cavab: Bu İPM-in 55-ci maddəsinə aid 1-ci suala cavabdeh asılıdır. Əgər iddiadan imtina və iddianın geri götürülməsi eyni cür qəbul edilirsə, onda İPM-in 55.4-cü maddəsi təkcə iddianın geri götürülməsinə deyil, həm də İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş iddianın geri götürülməsi fiksiyasına da tətbiq ediləcək.

Sual 8: İddia ərizəsinin daxil olmasından dərhal sonra iddia geri götürülərsə, onda məhkəmə icraatına MPM tətbiq edilə bilərmi (iddianın iddiaçıya qaytarılması)?

Cavab: Burada təmsil edilən yanaşmaya əsasən İPM-in iddianın geri götürülməsinə və iddiadan imtina barəsindən tənzimləməsi tamdır. Ona görə də əlavə olaraq İPM-in 1.2-ci maddəsi əsasında əlavə olaraq MPM-in müddəalarının tətbiqinə yer qalmır.

Sual 9: Mübahisələndirmə haqqında və məcburetmə haqqında iddialarda İPM-in 55.4-cü maddəsinin praktiki olaraq heç bir rol oynamaması haqqında fikir düzgündürmü?

Cavab: Bu düzgündür. Bu iddia növləri üçün İPM-in 38-ci maddəsinə əsasən müəyyən edilmiş iddia müddəti bir qayda olaraq ona gətirib çıxarır ki, yeni bir iddianın qaldırılması onsuz da mümkünsüz olur. Öhdəliyin icrası haqqında və müəyyən etmə haqqında iddialarda amma İPM-in 55.4-cü maddəsi çox vacib ola bilər.

İPM-in 56-cı maddəsi

Sual 1: İki oxşar işi ancaq məhkəmə baxışı mərhələsində birləşdirib qərarın qəbul edilməsi zamanı ayırmaq olarmı?

Cavab: Həqiqətən də faktiki olacaq birgə olaraq araşdırma [baxış] aparıb (yəni iki işi eyni saata salıb baxmaq) olar. Bu heç də o demək deyildir ki, qərar da onlar üçün ümumi çıxarılmalıdır.

Sual 2: İPM-in 56.1-ci maddəsi o deməkdir ki, bağlı işlər üzrə qərarlar eyni olmalıdır?
 
Cavab: Baxmayaraq ki, qanun qərarların „vahidliyindən“ danışır, bu amma hələ o demək deyildir ki, qəbul edilən qərarlar məzmunca eyni olmalıdır. Bu artıq o səbəbdən mümkün deyildir ki, icraatların birləşdirilməsi haqqında qərardad qəbul olunduğu vaxt hələ icraatın necə yekunlaşacağı barədə dəqiq bilinə bilməz.

Sual 3: İPM-in 56.2-ci maddəsi həm də müxtəlif „prosessual həll qaydalarına aid“ icraatlara da aiddirmi?

Cavab: Bu müddəa məhkəməyə imkan verir ki, inzibati hüquqi həll yoluna aid olmayan icraatı ayırsın; bu həm də icraatın müvafiq səlahiyyətli məhkəməyə göndərilməsi üçün əsasdır.

İPM-in 57-ci maddəsi

Sual 1: Məhkəmə kimdən şəxsən iclasa gəlməni tələb edə bilər?

Cavab: Prosesin iştirakçıları İPM-in 27-ci maddəsində müəyyən edilmişdirlər; iclasa şəxsən gəlmə tələbi amma icraata cəlb edilənlərə də yönəldilə bilər. Ekspertlər və şahidlərə İPM-in 57-ci maddəsi tətbiq edilmir.

Sual 2: İclasa gəlməni tələb etmə üçün hansı qərardadlar qəbul edilməlidir?

Cavab: Göstəriş özü, həm də cərimənin müəyyən edilməsi (İPM-in 57.3-cü maddəsi) qərardad vasitəsilə reallaşdırılır; xəbərdarlıq xüsusi qərardadla həyata keçirilmir, amma məqsədə müvafiq olaraq iclasa gəlməni tələb edən göstərişə əlavə edilə bilər.

Sual 3: İPM-in 57.3-cü maddəsi üzrə cəriməni kim ödəyir, inzibati orqan yoxsa orqanın rəhbəri?

Cavab: Burada adressat inzibati orqanın rəhbəri deyil, inzibati orqanın özüdür.

Sual 4: Məcburiyyət tədbirlərinə qarşı hüquqi müdafiə vasitələrinə münasibətdə MPM tətbiq edilirmi?

Cavab: MPM cərimənin aşağı salınması barədə qaydalar nəzərdə tutur. İPM isə ancaq ümumi müddəalara görə apellyasiya şikayətinin verilməsini nəzərdə tutur. İPM-in 1.2-ci maddəsi əsasında MPM-in tətbiqinin mümkün olması barədə suala cavab açıq qalır; bu bu düşünülə bilən olardı.


İPM-in 58-ci maddəsi

Sual 1: İPM-in 58.1 və 59.1-ci maddələri bir-birinə hansı münasibətdə dayanırlar?

Cavab: İPM-in 58.1-ci maddəsi açıq baxışda (təbii olaraq iddiaçı və cavabdeh iştirak edə bildiyi bir baxışda) sübutların araşdırılmasına dair əsas qaydanı müəyyən edir. İPM-in 59.1-ci maddəsi iştirakçıların xüsusi hüquqları barəsində xüsusi müddəa kimi bu qaydaya əlavədir, məs: ilkin [əvvəlcədən] məlumata olan hüquq.

Sual 2: İnzibati orqan tərəfindən həyata keçirilmiş sübutların araşdırılmasının məhkəmə üçün hansı əhəmiyyəti var?

Cavab: Məhkəmə onu təkrar edə və tamamlaya bilər (bax: İPM-in 58.6-cı maddəsi); amma o, həmin sübutu inandırıcı hesab etdiyi halda onu özününkü kimi qəbul da edə bilər (məs: artıq inzibati orqan tərəfindən alınmış ekspert rəyini özü qiymətləndirə bilər). İnzibati orqanın özü də, obyektiv araşdırmağa borcludur, bax: İİQ-in 24.1 və 24.3-cü maddələri. Almaniyada bu cür inzibati orqanın ekspert rəylərindən məhkəmədə istifadə edildikdə, buraada söhbət məhkəmə qaydasında sübutların araşdırılmasından deyil, (sadəcə) “iştirakçıların ixtisaslaşdırılmış məruzəsindən” gedir.

Sual 3: Aktların və ya iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin hər cür araşdırılması sübutların araşdırılmasıdırmı?

Cavab: Almaniyada xeyr. Elə İPM 58.2-ci maddəsində də sübut növləri sadalanır (bu sübut növlərinə Almaniyada rəsmi məlumatlar da daxildir). İnzibati aktın məhkəmə tərəfindən oxunması hələ sənəd olan sübut növü demək deyildir. Çünki sübut kimi ancaq xüsusi ixtisaslaşdırılmış və spefik məlumat təminetmə tədbiri başa düşülür. Mülkiyyət şəhadətnaməsinin və ya daşınmaz əmlak qeydiyyatı kitabından və ya reyestrdən çıxarış işə əlavə edilməsi ancaq o halda sənəd olan sübut növü kimi qəbul edilə bilər ki, sənədin predmeti mübahisəli olsun və məhz bunun üçün sənədin təqdim olunması vacib olsun.

Sual 4: Proses iştirakçılarının şifahi baxışda dindirilməsi və dinlənilməsi eyni qaydada qəbul edilməlidirmi?

Cavab: Burada aktların əlvə edilməsi halında olan qayda qüvvədədir: Sübutların araşdırılması xüsusi ixtisaslaşdırılmış forma olduqda, yəni iştirakçılar formal olaraq və ancaq xüsusi mübahisəli hallar barədə və nəticə üçün əhəmiyyətli olan faktlar barəsindən suallara dair dindirildikdə mövcuddur. Detallar barəsində İPM-in 1.2-ci maddəsi əsasında MPM qüvvədədir.

Sual 5: İPM-in 58.4 və 58.5-ci maddələrində nəzərdə tutulmuş hallarda da sübutların araşdırılması İPM-in 58.1-ci maddəsində nəzərdə tutulduğu kimi şifahi məhkəmə baxışı çərçivəsində baş verir?

Cavab: İPM-in 58.1-ci maddəsi əsas müddəadır. Bu o deməkdir ki, təkbaşına hakim tərəfindən və ya başqa bir məhkəmə tərəfidən sübutların araşdırılması baş verdiyi hallarda praktiki olaraq iki şifahi məhkəmə baxışı baş tutur.

Sual 5: Digər aidiyyətin məhkəməsindən [inzibati məhkəmələr deyil] İPM-in 58.5-ci maddəsi əsasında sübutların araşdırılmasını həyata keçirməyi xahiş etmək olar?

Cavab: İPM-in 58.5-ci maddəsi bunu qadağan etmir; amma bu halda həmin məhkəmə İPM-in müddəalarını tətbiq etməlidir. Almaniyada MPM-in uyğun olaraq tətbiq olunması ilə hətta xarici məhkəmədən də sübutların araşdırılmasını xahiş etmək olar.

İPM-in 59-cu maddəsi

Sual 1: İPM-in 59.1-ci maddəsinə nəzərdə tutulmuş 3 günlük müddət İPM-in 62.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddətə hansı münasibətdə dayanır?

Cavab: İPM-in 59.1-ci maddəsi nəzərdə tutur ki, prosesin iştirakçılarının əvvəlcədən sübutların predmeti ilə bağlı məlumat almaq hüququ vardır. İPM-in 62.1-ci maddəsi isə ümumi dəvət olunma müddətini nəzərdə tutur. Deməli əgər dəvət barədə bildirişə həm də hansı sübutların araşdırılacağı barədə qeyd də əlavə olunmuşdursa, onda hər iki müddətə riayət edilmiş sayılır. Çünki 3 günlük müddət 10 günlük dəvət müddətinin və baxışın müddətinin içində ehtiva olunmuş olur.

İPM-in 60-cı maddəsi

Sual 1: „Qapalı“ iclas dedikdə nə nəzərdə tutulur?

Cavab: Bu iclas növü İPM-in 17.4-ci maddəsinin uyğun olaraq tətbiq edilməsindən, yəni ictimaiyyətin icraata buraxılmasının istisna edilməsi haqqında qaydadan irəli gəlir.

İPM-in 62-ci maddəsi

Sual 1: İPM-in 62.2-ci maddəsi və İPM-in 59.1-ci maddəsində nəzərdə tutulmuş 2 müddət növü bir-birinə hansı münasibətdədirlər?

Cavab: Bax: İPM-in 59-cu maddəsinə dair 1-ci sual.

Sual 2: İPM-in 62.3-cü maddəsinin pozulması nə ilə nəticələnir?

Cavab: Məhkəmə bildirişində İPM-in 62.3-cü maddəsinə əsasən qeyd yoxdursa, onda məhkəmə həmin iclasda qərar çıxara bilməz; yəni yenidən baxış keçirilməlidir.


İPM-in 63-cü maddəsi

Sual 1: İş üzrə vəsatətlər ancaq şifahi baxış çərçivəsindən verilə bilər, yoxsa əvvəlcədən də təqdim edilə bilər (İPM-in 62.3-cü maddəsi)?

Cavab: Sual həm də İPM-in 55.2-ci maddəsi tətbiq olunması ilə bağlı da əhəmiyyətlidir: Vəsatətlərin təqdim olunduğu yer ilkin olaraq şifahi baxışdır; bundan əvvəl söhbət (hələ) bəyanatlardan gedir. Lakin İPM-in 16.2-ci maddəsi anlamında şifahi baxışdan imtina edildikdə başqa qayda mövcud olur; onda vəsatət imtina edildiyi vaxtdan qüvvədə olur.
İPM-in 64-cü maddəsi

Sual 1: Sədrlik edən hakimin əhəmiyyyətli məsələlərin müzakirəsi ilə bağlı vəzifəsi haraya qədərdir?

Cavab: İPM-in 64.1-ci maddəsi İPM-in 48.1-ci maddəsini tamamlayır və İPM-in 11.2-ci maddəsinin təsiri altında təfsir və tətbiq edilməlidir. Şifahi baxışda məhkəmə qayğısına qalır ki, işə aid və (mümkün qədər) uyğun vəsatətlər verilsin. Sədrlik edən hakim rahat olaraq işarə də verə bilər ki, bu cür vəziyyətdə iddianın uğurlu olacağını gözləmək olmaz; işarənin verilməsində o, nə qədər uzağa gedə bilər məsələsi isə onun şəxsi istəyinə qalır. Almaniyada məhkəmənin müəyyən məsələlərə dair öz hüquqi mövqeyini (ən azından) ifadə etməsi normal hallarda baş vermir. İPM-in 11.2 və İPM-in 68.2-ci maddələrinə görə məhkəmə hər bir halda öz qərarını prosesin iştirakçıları barəsindən mövqelərini bildirməyə imkanı olmadığı və onların prosesin gedişatında hesablaşmalı olmadığı faktlar və hüquqi mövqelər əsasında (yəni onlar üçün sürpriz olanlarla) əsaslandıra bilməz.

Sual 2: İPM-in 64.4-cü maddəsində nəzərdə tutulmuş hallar hansılardır?

Cavab: Ola bilər ki, şifahi baxışdan sonra məsləhətləşmə [məşvərət] zamanı müəyyən edilsin ki, daha bir əhəmiyyətli sual aydınlaşdırılmalıdır və ya qərar elə bir məsələyə əsaslanmalıdır ki, həmin məsələ barəsindən prosesin iştirakçılarından heç biri mövqeyini bildirməmişdir və ya bildirməyə imkanı olmamışdır. Onda işin hallarının obyektiv araşdırılması prinsipi, daha doğrusu dinlənilməyə olan hüquq tələb edir ki, şifahi baxış davam etdirilsin.


İPM-in 65-ci maddəsi

Sual 1: Almaniyada protokollar proses iştirakçılarına göndərilirmi?

Cavab: Ancaq müvafiq vəsatət olduqda. Bu o vaxt ağlabatan ola bilər ki, MPM-in uyğun olaraq tətbiq edilməsi əsasında protokolun tamamlanması və ya düzəldilməsi haqqında ərizə verilmiş olsun.

Sual 2: Hakimin özü protokollaşdıran şəxs [katib] kimi çıxış edə bilər?

Cavab: Almaniyada çox vaxt bu elə belə olur. Çünki çox vaxt elə birinci instansiyada da elə işə məhkəmə tərkibi qaydasında baxılır; onda çox vaxt elə „3-cü adam“, yəni məruzəçi hakim və sədrlik edən hakim deyil, digəri protokollaşdıran olur. Bu baxışdan əvvəl razılaşdırılır. Almaniyanın MPM-i həm də diktofonlardan istifadəyə icazə verir. Bir qayda olaraq proses iştirakçıları tərəfindən [səsyazan] alətlərin bir daha səsləndirilməsindan və ya protokolun ucadan oxunmasından imtina edilir. Bu barədə amma hər bir halda soruşulmalıdır [məsləhət alınmalıdır].

Sual 3: İPM-in 19-cu maddəsinə əsasən hakimə etiraz edilməsi protokollaşdırmaya daxil edilirmi?

Cavab: Etiraz barədə ərizə vacib prosessual hərəkətdir (müq. et: İPM-in 19.2-ci maddəsi) və ona görə də protokollaşdırılmalıdır. Almaniyada bu MPM-in uyğun olaraq tətbiq edilməsi müddəasından irəli gəlir.


İPM-in 66-cı maddəsi

Sual 1: İPM-in 66.1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulmuş sərəncam hüququnun məhdudlaşdırılması dedikdə nə başa düşülür?

Cavab: Prinsipcə prosesin iştirakçıları mübahisənin predmeti barədə sərəncam verə bilərlər (dispozisiya maksiması), bax: İPM-in 15.2-ci maddəsi. Amma elə hallar ola bilər ki, ictimai maraqlar bunu qadağan etsin; bu məsələn normativ aktların yoxlanması və ya barışıq sazişinin hansısa inzibati orqanın səlahiyyətli olmadığı məsələyə aid olduqda və ya barışıq sazişinin məzmunu qanunun imperativ normalarına zidd olduqda ola bilər.

Sual 2: İcraata cəlb edilən barışıq sazişindən birgə iştirak etməlidirmi, yəni ona razılığını bildirməlidirmi?

Cavab: Almaniyada bu məsələ mübahisəlidir; qonşuluq münasibətlərinə olan iddia haqqında konstruksiya düşünülərsə, iddiaçı (qonşu) və inzibati orqan cəlb edilənin (tikinti aparanın) hesabına barışıq sazişi bağlamaq istəyirlər. Bu halda məhkəmə icraata cəlb edilmiş şəxsin razılığı olmadan protokollaşdırmadan imtina etməsi mübahisəlidir, çünki İPM-in 62.2-ci maddəsi burada ictimai maraqları önə çəkir.

Sual 3: İPM-in 66.1-ci maddəsinə əsasən hüquqi təbiətinə görə barışıq sazişi nədir?

Cavab: Almaniyada qəbul edilir ki, bu cür barışıq sazişlərinin ikili təbiəti var: onlar həm prosessual hərəkətlər, həm də publik-hüquqi müqavilələrdir, yəni publik hüquqi xarakteri olan müqavilələrdir. Çünki bu cür müqavilə razılaşdmasının predmeti publik-hüquqi predmetdir. Azərbaycan Respublikasının İİQ-u bu cür müqavilələri inzibati idarəçiliyin hərəkət formalarından biri kimi tənzimləməməsinə baxmayaraq, bu cür hərəkət formalarını qadağan da etmir. Almaniyada da əvvəllər bu hüquq institutu məlum deyildi, ancaq sonradan yavaş-yavaş inkişaf etdirildi.

Sual 4: Barışıq sazişi prosesdə mübahisənin predmeti olmayan bir predmeti tənzimləyə bilərmi?

Cavab: Almaniyada bu mümkündür; Barışıq sazişinin predmeti və prosessual mübahisə predmeti bir-biri ilə üst-üstə düşməli deyildir. Amma ağlabatan olar ki, inzibati prosessual barışıq sazişində proses iştirakçıları arasında olan digər (hətta publik hüquqi olmayan) mübahisəli məsələri də həll edilsin. Bu halda onda barışıq sazişinin „dəyəri“ mübahisə dəyərindən daha çox olur.

Sual 5: Məhkəmə nə zaman İPM-in 66.2-ci maddəsinə əsasən barışıq sazişinin protokallaşdırılmasından imtina edə bilər?

Cavab: Birinci növbədə proses iştirakçılarının İPM-in 66.1-ci maddəsi anlamında sərəncam vermək hüququ olmadıqda (bax: yuxarıda İPM-in 66-cı maddəsinə dair 1-ci sual), bundan başqa amma həm də iş üzrə qərarın qəbul edilməsində ictimai maraq olduqda, yəni mübahisənin təkrar olunması təhlükəsi olduqda, və ya icraat ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanıldıqda imtina edə bilər.

Sual 6: Protokollaşdırmanın həyata keçirilməməsinə baxmayaraq proses iştirakçıları məhkəmədənkənar razılaşmaya gələrlərsə, bəs onda?

Cavab: Onda olar hüquqi mübahisəni qarşılıqlı qaydada həll edilmiş elan edə bilərlər (İPM-in 15.2 və 110.6-cı maddələri) və beləcə məhkəmənin iradəsinin əksinə olaraq icraatı yekunlaşdıra bilərlər. Əslində bu cür məhkəmədənkənar barışıq sazişi publik-hüquqi müqavilə deməkdir ki, artıq qeyd olunmuşdur ki, o, Azərbaycan Respublikası İİQ ilə tənzimlənmir. Amma nəyə görə bu cür məhkəmədənkənar barışıq sazişi etibarsız və ya mümkünsüz olmaldır?

Sual 7: Bəs məhkəmə qaydasında təsdiqlənmiş barışıq sazişi sonradan səhv və ya aldadılma əsasında və ya digər səbəblərdən mübahisələndirildikdə, nə baş verir?

Cavab: Burada İPM-in 66.4-cü maddəsi əsasında qərardadın apellyasiya qaydasında mübahisələndirilməsi haqqında düşünmək olardı. Amma bu çox yəqin ki, yolverilən olmazdı (bax: aşağıda 10-cu sual). Buna görə burada (Almaniyada olduğu kimi) iddianın geri götürülməsinə dair mübahisə olduğu halında olduğu kimi İPM-in 55.3-cü maddəsi ilə hərəkət olunmalıdır: icraat yeni mübahisə predmeti əsasında davam etdirilir ki, mübahisəyə son qoyulmuşdurmu, yəni prosessual hərəkət (burada: barışıq sazişinin imzalanması) qanuna uyğun [etibarlı] olmuşdurmu. Bax: İPM-in 55-ci maddəsinə dair 5-ci sual.

Sual 8: İnzibati orqan barışıq sazişinə gedərkən də, qanunun müddəalarından kənara çıxa bilməz, yəni o, burada da qanunçuluq prinsipinə tabedir (İİQ-ın 10 və 11-ci maddələri)?

Cavab: Diskresion səlahiyyətlər dairəsində prinsipcə barışıq sazişləri problemsiz bağlanıla bilər; qanuna bağlı [qanuna tabe] idarəçilik sahəsi ilə isə fərqləndirmə aparmaq lazımdır: hansısa qanuni şərtin olması məsələsi tərəflər arasında mübahisələdirsə, onda bu halda iştirakçıların qarşılıqlı olaraq güzəştə getməsi yolu ilə bir qayda olaraq barışıq sazişi yolveriləndir. Ancaq inzibati orqanın açıq-aşkar qanuna zidd barışıq sazişi təklif etməsi halında bu qayda tətbiq edilə bilməz.

Sual 9: İPM-in 66.2-ci maddəsi bu cür halda (8-ci sualdakı) protokollaşdırmadan imtina etməyə icazə verirmi?

Cavab: Müddəanın mətnindən çıxış edilərsə birbaşa deyil; amma İPM-in 66.2-ci maddəsinin 1-ci cümləsini rahat olaraq belə təfsir etmək olar ki, publik normaların müdafiəsi bu cür hallarda qanuna zidd bir barışıq sazişini istisna edir.

Sual 10: İPM-in 66.4-cü maddəsi əsasında qəbul edilmiş qərardad mübahisələndirlə bilərmi?

Cavab: Qanunun mətnindən çıxış edilərsə, bu qərardad ancaq müəyyənedici xarakterlidir (yəni tənzimləyici deyildir). O, İPM-in 55.3-cü maddəsinin 2-ci cümləsinə əsasən demək olar ki, mübahisələndirilə bilməz. Amma İPM-in 66.4-cü maddəsi əsasında qəbul edilən qərardadların İPM-in 83.3 və xüsusilə 83.3.6-cı maddələrində adları çəkilməmişdir. Buna görə də sual açıq qalır.

Sual 11: Barışıq sazişi məhkəmə xərcləri barəsindən qayda da nəzərdə tutlmalıdır?

Cavab: Xeyr, bax: İPM-in 113-cü maddəsi. Barışıq sazişləri çox vaxt xərclər hissəsinin ucbatından baş tutmadığı üçün, bu müddəa düzgün düşünülmüş müddəadır.

Sual 12: Ləğv edilmə haqqında şərt nəzərdə tutan barışıq sazişləri yolveriləndirmi?

Cavab: Bu cür barışıq sazişləri nəinki yolverilən, həm də ağlabatandır (məs: inzibati orqanın nümayəndəsi ilkin olaraq öz rəhbərliyindən soruşmaldıır ki, bu cür barışıq sazişini bağlaya bilərmi). Ona görə də iştirakçıların hər ikisinə belə bir hüquq verilməlidir (iştirakçılardan birinin bu cür hüquqdan imtina etməsi halını çıxmaq şərtilə) və sazişin ləğv ediləcəyi zaman iştirakçılara İPM-in 16.2-ci maddəsi əsasında (sonrakı) şifahi məhkəmə baxışından imtina etmək imkanı verilməlidir.

Sual 13: İPM-in 16.2-ci maddəsi əsasında baş tutan yazılı icraatda da barışıq sazişləri imzalan bilərmi?

Cavab: İştirakçılar yazılı icraatda qarşılıqlı olaraq razıdırlarsa, onda onlar ya müvafiq məhkəmədənkənar barışıq sazişini bağlaya və hüquqi mübahisəni həll olunmuş elan edə bilərlər ya da məhkəməni yönəldə bilərlər ki, o, İPM-in 66.3-ci maddəsi əsasında müvafiq məhkəmə qaydasında barışıq sazişi təklifini etsin.


İPM-in 67-ci maddəsi

Sual 1: Müddəa ancaq iddiaçının razı salınması üçün yoxsa tamamilə ümumi inzibati aktın qəbul edilməsinə icazə verir?

Cavab: İcraat zamanı qəbul edilən inzibati aktın neqativ ola bilməsi ehtimalı elə İPM-in 67.4-cü maddəsindən irəli gəlir. Ümumiyyətlə cavabdehin həmişə yeni inzibati akt qəbul etməyə səlahiyyəti vardır; bu İnzibati İcraat haqqında Qanundan irəli gəlir (İİQ-ın 67-ci və sonrakı maddələri).

Sual 2: İPM-in 67-ci maddəsi mübahisələndirmə və məcburetmə haqqında iddia növlərindən başqa iddia növlərinə də münasibətdə tətbiq olunurmu?

Cavab: İnzibati orqan iddia tələbinə uyğunlaşmaq üçün təkcə yeni inzibati akt qəbul etməkdən deyil, həm də „qanunda nəzərdə tutulmuş digər tədbirləri“ həyata keçirməkdən yararlana bilər. Buradan irəli gəlir ki, bu müddəa həm də öhdəliyin icrası haqqında iddiaya və s. münasibətdə də tətbiq oluna bilər.

Sual 3: İnzibati orqan mübahisələndirmə haqqında iddia çərçivəsində inzibati aktı digər biri ilə, daha az yükləyici inzibati aktla əvəz etdikdə, necə hərəkət etmək lazımdır?

Cavab: Texniki olaraq burada əvvəlki iddia predmetinin yeni birisi ilə „əvəz olunması“ ilə İPM-in 54.1-ci maddəsi anlamında iddianın dəyişdirilməsindən gedir; iddiaçı ona görə də mövqeyini aydın ifadə etməlidir ki, o, köhnəsinin yerinə keçmiş yeni qəbul edilmiş inzibati aktı da mübahisələndirmək istəyirmi. Əgər o, bunu edirsə, onda iddianın dəyişdirilməsi həm də düzgün seçilmiş konstruksiyadır və bu halda İPM-in 67.4-cü maddəsi əsasında məhkəmə baxışı davam etdirilir. İddiaçı amma yeni inzibati qəbul və hüquqi mübahisəni həll edilmiş də elan edə bilər. O, yen iinzibati aktı prosesə cəlb etsə, onda o, alman məhkəmə təcrübəsinə əsasən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti çərçivəsindən etməli deyildir; proses artıq getdiyi üçün bu cür „əvəzedici“ inzibati akt qanuni qüvvəyə minmir.

Sual 4: Məhkəmə nə vaxt İPM-in 67.2-ci maddəsi əsasında hərəkət edir?

Cavab: O vaxt ki, açıq aşkar görünür ki, inzibati orqan iddia tələbinə (məs: məcburetmə haqqında iddiada) tam və ya ən azından hissəvi olaraq uyğunlaşmaq istəyir, onda məhkəmə bunu İPM-in 67.2-ci maddəsi əsasında yönəldə bilər. Yəni müddəa təkcə inzibati orqanın İPM-in 67.1-ci maddəsi özü öz təşəbbüsü ilə hərəkət etmək istədiyi halda qüvvədə olmur.

Sual 5: İPM-in 67.3-cü maddəsi iddiaçıdan mübahisənin həll edilməsi bəyanatını verməyi tələb edir?

Cavab: Qanunun mətnindən çıxış edilərsə, xeyr; burada qanunla müəyyən edilmiş ümumi imkana münasibətdə hüquqi mübahisəni müvafiq həll edilmə haqqında bəyanatla yekunlaşdırmaq haqqında „lex specialis“-dən bəhs edilir.

Sual 6: Əgər iddiaçı hesab edirsə ki, İPM-in 67.3-ci maddəsinin ilkin şərtləri mövcud deyil, o, qərardada qarşı şikayət qaldıra bilərmi?

Cavab: Bu açıq sualdır. İPM-in 67.3-cü maddəsi əsasında qəbul edilmiş qərardadların İPM-in 83.3-cü maddəsində adları çəkilməmişdir. Ona görə mövqeyi belə əsaslandırmaq olardı ki, şikayət ümumi müddəalar (İPM-in 83.1-ci maddəsi) əsasında mümkündür. Digər tərəfdən İPM-in 67.3-ci maddəsinə əsasən qəbul edilmiş qərardadın heç bir konstitutiv [hüquq münasibəti yaratmaq və ya dəyişmək qabiliyyəti olan] təsiri yoxdur; o, ancaq deklarativ qaydada nəyisə (burada mübahisənin həll edilməsini) müəyyən [təsdiq] edir. Es dürfte ähnlich wie bei Beschlüssen nach Burada İPM-in 55.5-ci və İPM-in 66.4-cü maddələrinə əsasən olan qərardadlarda olduğu hallardakı kimi olmalıdır.

Sual 7: İnzibati orqan icraatın gedişində inzibati (ancaq) əsaslandırmasını dəyişə və ya tamamlaya bilərmi?

Cavab: Bu məsələ ələlxüsus diskresion səlahiyyət olan aktların əsaslandırması düzgün olmadıqda və ya qanunla müəyyən edilmiş şərtlərə (bax: dazu İPM-in 70-ci maddəsi) cavab vermədikdə əhəmiyyətlidir. Qəbul edilməsi mümkündür ki, inzibati orqan – əgər məhkəmə şifahi baxışda bu cür qüsurun olduğuna istinad edirsə, — sonradan yeni və ya daha ətraflı əsaslandırmanı icraata təqdim etsin. Bu elə yeni inzibati aktın qəbul edilməsi ilə (eyni nəticə, amma yeni əsaslandırma), amma bəlkə də elə əsasların „əlavə edilməsi“ ilə baş verə bilər. Almaniyada qanunla tənzimlənmişdir ki, inzibati orqan prosesdə yeni əsasları əlavə edə bilər, Azərbaycanda isə yox. Buradan belə bir nəticə çıxarmaq olar ki, inzibati orqan bu cür hallarda yeni bir inzibati akt qəbul etməlidir. Yeni inzibati aktı iddiaçı  onda İPM-in 54-ci maddəsi əsasında iddianın dəyişdirilməsi vasitəsilə yeni icraatın predmeti edə bilər. Amma bu halda a maiori ad minus [böyükdən kiçiyə - deduksiya metodu]  vasitəsi ilə də nəticə çıxara bilər: Əgər inzibati orqan yeni inzibati akt qəbul edə bilərsə, onda o, elə əsaslandırmanı da dəyişdirməkdə haqlıdır.


İPM-in 68-ci maddəsi

Sual 1: İPM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş qayda həm də hüquqi mövqelərə münasibətdə qüvvədirmi?

Cavab: Qanunun mətnindən çıxış edilərsə, onda burada adı çəkilən dinlənilmə hüququnun təmin edilməsi prinsipi ancaq faktlara və sübutlara şamil edilir; bu prinsip – ən azından Almaniyada – amma iştirakçılların prosesin gedişi boyunca hesablaşmalı olmadıqları hüquqi mövqelərə də münasibətdə tətbiq olunur. Bax: həm də İPM-in 11.2-ci maddəsi haqqında!

Sual 2: İPM-in 68.3-cü maddəsi hansı şifahi baxış iclası barəsindədir?

Cavab: Bir neçə şifahi baxış iclasında sonuncu şifahi məhkəmə baxışı iclasında iştirak nəzərdə tutulur ki, belə bir mövqedən çıxış etmək olar ki, məhkəmə həmin iclasda da əvvəlki iclaslar barəsində kifayət qədər məlumatlıdır (və ya məlumatlandırılır).


İPM-in 69-ci maddəsi

Sual 1: İPM-in 69.7-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilmədikdə (məs: xəstə olma səbəblərindən), bununla bağlı sanksiya mövcuddurmu?

Cavab:  Burada söhbət bir qayda olaraq yekun qərarın düzgünlüyünə heç bir təsir göstərməyən icraat qüsurundan gedir. Almaniyada növbəti instansiya tərəfindən bu cür qərarlar ancaq o zaman ləğv edilir ki, ötürülmüş müddət o qədər uzun olsun ki, məhkəmənin artıq şifahi iclas barəsində aktual təəssüratı olmaması fikri qəbul edilsin.


İPM-in 70-ci maddəsi

Sual 1: İPM-in 70.1-ci maddəsində nəzərdə tutulmuş „iddiaçının hüquqlarını pozduğu hallarda” əlavəsi ilə nə nəzərdə tutulur?

Cavab: Burada inzibati aktın (yəqin ki) qanuna zidd olduğu, amma bununla iddiaçının hüquqi vəziyyətinə heç cür təsir etmədiyi hallardan söhbət gedir. Bu zaman qoyulan sual İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş iddianın mümkünlüyü ilə bağlı qoyulan sual ilə oxşardır: orada iddiaçı hüquq pozuntusunu anlaşılan formada göstərməlidir, burada İPM-in 70.1-ci maddəsində isə həəmin hüquq pozuntusu həqiqətən də mövcud olmaldır. Almaniyada əsas hallar kimi tikintiyə icazənin qanunun müddəalarını pozduğu, amma qonşunu hüquqi vəziyyəti ilə heç bir əlaqəsi olmayan pozuntulara dair qonşuluq iddiaları hallarıdır. Bu iddialar „qonşunun hüquqlarının müdafiəsi“ məqsədinə xidmət etmir.

Sual 2: Yükləyici inzibati aktların qanunla müəyyən edilmiş ilkin şərtləri necə yoxlanılır?

Cavab: İnzibati aktın maddi və formal ilkin şərtləri arasında fərqləndirmə aparılmalıdır. Yükləyici inzibati aktın maddi hüquqi şərti kimi hər bir halda onun lazimi qanuni əsasının olması, həmin əsasın ilkin şərtlərinin mövcud olması (bax: İİQ-nın 11.2 və 58.1-ci maddələri) və həm də İİQ-ın 12-ci maddəsindən 17-ci maddəyə qədər olan prinsiplərinin pozulmamasıdır. Başqa sözlə deyilərsə: səlahiyyətverici normanın dispozitiv hissəsinə [faktiki hallar barədə normanın tərkibi] və sanksiya hissəsinə [normanın hüquqi nəticəni müəyyən edən hissəsi] riayət edilməsidir. Bundan başqa amma həm də icratın nəticəsinə təsir edə biləcək heç bir icraat pozuntusu baş verməməlidir: deməli inzibati icraat (İİQ əsasında), ələlxüsus dinlənilmə hüququnun təmin edilməsi, forma (İİQ-ın 57, 59-cu maddələri) və inzibati aktın əsaslandırılması (İİQ-ın 61-ci maddəsi) ilə bağlı şərtlə yoxlanılmalıdır (İİQ-ın 58.2-ci maddənə əsasən aydıqlıq tələbi Almaniyada formal deyil, maddi hüquqi ilkin şərtlərə aid edilir).

Sual 3: Əgər icraat pozuntusu vardırsa, o nə zaman mübahisələndirmə haqqında iddianın uğurla nəticələnməsinə, yəni inzibati aktın ləğv edilməsinə gətirib çıxarır?

Cavab: İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsin əsasən pozuntu inzibati orqanın qərarına təsir etmiş olmaldıır. Bunu bir qayda olaraq pozitiv şəkildə müəyyən etmək demək olar ki, mümkün deyildir. Ona görə də konkret hallardan asılı olaraq belə bir nəticəyə gəlmək kifayət etməlidir ki, pozuntu nəticəyə təsir edə bilərdi və ya sərt olaraq qanunun mətnini rəbhər tutmaq olar və səbəbli əlaqənin sübuta yetirilməsini tələb etmək olar. Bu suala məhkəmələr cavab verməli olacaqlar.

Sual 4: İPM-in 70.1-ci maddəsi diskresion səlahiyyət olan hallarda necə yoxlanılır?

Cavab: Diskresion səlahiyyət həyata keçirilən inzibati aktlarda məhkəmə hüquqi nəticə hissəsini bağlı [qanuna tabe] səlahiyyətlərə münasibətdə olduğu kimi sərt yoxlamanı həyata keçirə bilmir. Məhkəmə ancaq diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı qüsurun olub olmamasını yoxlayır (yəni İİQ-ın 16.2-ci maddəsindən irəli gələn prosesin iştirakçısının diskresion səlahiyyətin qüsursuz həyata keçirilməsinə olan hüququnun pozulmasını yoxlayır). Bu həm də mübahisələndirmə haqqında iddialara aid olan İPM-in 74-cü maddəsindən irəli gəlir. Diskresion səlahiyyətin qüsursuz həyata keçirilməsinin (yazılmamış) ilkin şərti kimi ilkin olaraq o çıxış edir ki, inzibati orqan ümumiyyətlə başa düşmüş olsun ki, o, İİQ-ın 14.1-ci maddəsi anlamında diskresion fəaliyyəti həyata keçirir; əgər belə deyils, onda qəbul edilmiş qərar heç bir digər yoxlama olmadan diskresion səlahiyyətin yoxluğu əsası ilə ləğv edilə bilər. İnzibati orqan öz diskresion səlahiyyətinin olduğunu başa düşmüşdürsə [görmüşdürsə], onda konkret diskresion səlahiyyətlərin əsasları yoxlanılır. Bunun üçün həmin əsaslar qərarda göstərilməlidir (bax: İİQ-ın 61.3-cü maddəsi). Ancaq adı çəkilmiş əsaslar məhkəmə qaydasında yoxlamanın əsasında dayanır! (əsasların sonradan əlavə olunması məsələsinə dair, bax: yuxarıda İPM-in 67-ci maddəsinə dair 7-ci sual). Əsaslar qanunun məqsədinə istiqamətlənməlidir (İPM-in 74-cü maddəsi və İİQ-ın 14.2-ci maddəsi), yəni məzmunca əsaslandırılmış olmalı, mütənasiblik prinsipinə (İİQ-ın 17-ci maddəsi) və inzibati icraatın digər ümumi prinsiplərinə (ələlxüsus İİQ-ın 12 və 13-cü maddələri) riayət etməlidir və inzibati orqan toqquşan maraqları (iddiaçının marağı bir tərəfdən və inzibati orqanın marağı digər tərəfdən) qəbul edilə bilən və ağlabatan şəkildə götür-qoy etməlidir. Həmçinin diskresion səlahiyyətin sərhədləri aşılmamalıdır (İPM-in 74-cü maddəsi).

Məhkəmə diksresion səlahiyyəti ilə bağlı aktların bu cür yoxlanma qaydasına məhdudlaşdırılmışdır; o, özünün əsaslandırması ilə qərara müdaxilə edə bilməz və ya diskresion səlahiyyəti inzibati orqanının yerinə həyata keçirə bilməz. Əksinə inzibati orqan tərəfindən olan qərar imkanlarından edilən seçimə — əgər yuxarıda göstərilən məhdudiyyətlərə inzibati orqan tərəfindən riayət olunubsa – hörmətlə yanaşmalıdır. Hakim inzibati orqan vəzifəli şəxsi deyildir!

Sual 5: Almaniyada normal mübahisələndirmə iddialarında qərarın nəticə hissəsi necə səslənir?

Cavab: „X inzibati orqanının … tarixli (və Y inzibati orqanının şikayət qaydasında qəbul etdiyi … qərar) inzibati aktı ləğv edilir. İddiaçı icraatın xərclərini daşıyır.“

Sual 6: Bəz inzibati ancaq qismən qanuna ziddirsə?

Cavab: məs: „X inzibati orqanının … tarixli inzibati aktı, iddiaçının üzərinə 200 manatdan yüksək cərimə təyin edən hissədə, ləğv edilir; digər hissələrdə iddia rədd edilir.“ Xərclər haqqında qərar proporsiyalara uyğun olaraq (İPM-in 111.1-ci maddəsi).

Sual 7: İPM-in 70.3-cü maddəsi hansı halları tənzimləyir?

Cavab: İnzibati aktın ləğv olunması istəyi ilə yanaşı vurulmuş zərərin əvəzinin ödənilməsi də tələb edilə bilər (bax: İPM-in 2.2.7-ci maddəsi) – amma inzibati aktın icrasının dönüşü haqqında tələb bura daxil deyildir, çünki bu hal İPM-in 71-ci maddəsində xüsusi olaraq tənzimlənmişdir. İPM-in 70.3-cü maddəsində söhbət icraata qənaət barəsində (Pilləli iddia başlığı altında); iddiaçı ləğv etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsini gözləməli deyil ki, ancaq ondan sonra bir daha prosesi davam etdirsin. Amma öhdəliyin icrası haqqında iddianın verilməsi üçün (iddiaların birləşdirilməsi çərçivəsindən qaldırılmış) mümkünlük [yolverilənlik] şərtlərinin, ələlxüsus inzibati orqana əvvəlcədən ərizənin verilməsi şərti, mövcud olmalıdır.

Sual 8: İPM-in 70.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin səlahiyyəti hansı hallara aiddir?

Cavab: Qanunun redaktəsi daha çox  məcburetmə haqqında iddianın olmasını fikirləşməyə yönəldir (iddiaçı inzibati aktın dəyişdirilməsini  istəyir). Amma maddənin başlığından belə çıxır ki, burada iddiaçının pula yönəlmiş inzibati aktın ləğv edilməsini tələb etməsi ilə bağlı olan mübahisələndirmə haqqında iddia nəzərdə tutulmuşdur. İPM-in 70.3-cü maddəsinin həm də mübahisələndirmə haqqında iddilara müvafiq olaraq tətbiq olunması (məs: iddiaçı tələb edir ki, (ancaq) inzibati orqan tərəfindən təyin edilmiş rüsüm azaldılsın) sualı açıqdır, amma qanunun mətninə əsasən tamamilə düşünülə [mümkün] bilən bir məsələdir.

Sual 9: İnzibati orqan müsbət mübahisələndirmə haqqında məhkəmə qərarından sonra yenidən oxşar inzibati akt qəbul edir. Hüquqi nəticə?

Cavab: Məhkəmə qərarının hüquqi qüvvəsi (bax: İPM-in 78-ci maddəsi) bunu qadağan edir, bu o deməkdir ki, iddiaçının yeni (amma mütləq qaldırılan) iddiası əsasında təkrar məhkəmə yoxlaması olmadan inzibati akt ləğv ediləcək. Başqa cür ancaq o halda ola bilər ki, inzibati orqan irəli sürsün ki (və ya məhkəməyə məlum olsun ki), işin halları və hüquqi vəziyyət həmin arada əhəmiyyətli dərəcədə dəyişib; onda məhkəmə qərarının hüquqi qüvvəsi oxşar qərarın qəbul edilməsinə mane olmur.

Sual 10: Mübahisələndirmə haqqında iddialarda da İPM-in 73.3.2-ci maddəsi anlamında inzibati orqanın qiymətləndirmə azadlığı ilə problemlər ola bilərmi?

Cavab: Bəli, əgər səlahiyyətverici normanın dispozisiya hissəsində inzibati orqanın bu cür mülahizəsinə yol verən anlayış verilmişdirsə, mümkündür (bax: bu dair İPM-in 73-cü maddəsinə dair 5-ci sual). Bu halda inzibati orqanın tədbiri diskresion səlahiyyətdə olduğu kimi ancaq faktiki əsaslar və inandırıcılıq [anlaşılanlıq] nöqteyi nəzərindən yoxlanılır.

Sual 11: Mübahisələndirmə haqqında iddialarda yoxlama sxemi necədir?

Cavab: Bax: İPM-in 32-ci maddəsinə dair 3-cü sual!


İPM-in 71-ci maddəsi

Sual 1: İPM-in 71.1-ci maddəsi İPM-in 32-ci maddəsinə hansı münasibətdədir?

Cavab: İPM-in 71.1-ci maddəsi İPM-in 32.1-ci maddəsinin 2-ci cümləsindən nəzərdə tutulmuş prosessual imkana istinad edir; icranın nəticələrinin aradan qaldırılması haqqında ərizə barəsində qərar qəbul edilməsinə imkan olmalıdır.

Sual 2: İPM-in 71.1-ci maddəsinə əsasən qərarı hansı formadan qəbul edilir?

Cavab: Maddənin başlığı mübahisələndirmə haqqında iddia haqqında məhkəmə qərarında qərardaddan bəhs edir. Müvəqqəti xarakterli məhkəmə müdafiəsinin icraatı çərçivəsində, ələlxüsus İPM-in 41-ci maddəsinə sasən icranın dayandırılması haqqında ərizə, (Almaniyadan fərqli olaraq) eyni zamanda artıq həyata keçirilmiş icranın nəticələrinin geriyə dönüşü imkanını nəzərdə tutmadığından iddiaçının burada İPM-in 71.1-ci maddəsinə əsasən əlavə ərizəni verməkdən başqa yolu yoxdur.

Sual 3: İPM-in 71.1-ci maddəsinə əsasən qəbul edilmiş qərardada qarşı şikayət verilməsi mümkündürmü?

Cavab: İPM-in 81-ci və ondan sonrakı maddələrin ümumi qaydalarına əsasən bu mümkündür. Bu o demək olardı ki, icra nəticələrinin aradan qaldırlıması ayrılıqda şikayət icraatının predmeti ola bilər (eyni zamanda mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarına qarşı hüquqi müdafiədən istifadə olmadan. Amma niyə də yox?

Sual 4: İPM-in 71.3-ci maddəsi inzibati orqana əvvəlcədən müvafiq ərizə ilə müraciət etmək şərtini nə zərdə tutur?

Cavab: Qanunun mətni imkan verir ki, ilk olaraq məhkəmə icraatında icranın dönüşü tələbindən vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə „keçilsin“. Bu həm də düzgündür, çünki iddiaçı əvvəlcədən bilmir ki, icranın dönüşü nə vaxt və ümumiyyətlə mümkündürmü.


İPM-in 72-ci maddəsi

Sual 1: İPM-in 72-ci maddəsi İPM-in 36.2-ci maddəsinə hansı münasibətdədir?

Cavab: Bununla bağlı bax: İPM-in 36-cı maddəsinə dair 5-ci sual: İPM-in 72-ci maddəsi ancaq icraat zamanı inzibati aktın hüquqi qüvvəsinin ləğv edilməsini nəzərdə tutur. meint nur das Außerkrafttreten des Verwaltungsakts während des Verfahrens. Texniki olaraq burada iddianın dəyişdirilməsinin bir növündən bəhs edilir (mübahisələndirmə haqqında iddiadan xüsusi müəyyən etmə haqqında iddiaya keçmə).

Sual 2: İPM-in 72-ci maddəsi həm də İPM-in 67.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallar üçün də qüvvədədirmi?

Cavab:  İPM-in 72-ci maddəsi inzibati aktın etibarsız sayılmasından danışır;  bu inzibati aktın ləğv olunması və ya İPM-in 67.3-ci maddəsi anlamında „mübahisənin olmamasının müəyyən edilməsi“ qaydasında da baş verə bilər. Ona görə də İPM-in 67.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda inzibati aktın qanunsuzluğunun tanınması haqqında iddianın inzibati orqanın İPM-in 67.3-cü maddəsi əsasında iddiaçının tələblərini təmin etdiyi halda da yolverilən olması məsələsinin müzakirəyə ehtiyacı vardır. Onda həm də xüsusi olaraq qanunsuzluğuun müəyyən edilməsinə maraq olmalıdır.

Sual 3: İPM-in 72-ci maddəsi həm də məcburetmə haqqında iddialara da tətbiq olunurmu?

Cavab: Almaniyada analoji müddəa mübahisələndirmə haqqında iddiaya dair yerləşdirilməsinə baxmayaraq müvafiq olaraq məcburetmə haqqında iddialara da tətbiq olunur. Qərar müsbət olduqda, onda müəyyən edilir ki, iddiaçının inzibati aktın qəbul edilməsinə hüququ var idi və ya imtina haqqında qərar qanuna zidd idi.

Sual 4: İPM-in 72-ci maddəsinə əsasən iddia üzrə qərarın nəticə hissəsi necə səslənir?

Cavab: Müəyyən edilir ki, X inzibati orqanının … tarixli inzibati aktı qanuna zidd olmuşdur. Bundan sonra cavabdeh barəsində xərclər haqqında qərar.

Sual 5: Müəyyənetməyə olan marağı nə ilə əsaslandırmaq olar?

Cavab: Almaniyada qəsdən, sonradan vurulmuş ziyanın əvəzini tələb etməyi (Azərbaycan üçün bu məsələ mübahisəlidir, çünki vurulmuş ziyanın əvəzinin ödənilməsi məsələsinə onsuz da eyni məhkəmə baxır və xüsusi olaraq əvvəlcədən müəyyən etməyə əslindən ehtiyac qalmır) mümkünləşdirmək, təkrarlanma təhlükəsinin qarşısını almaq və ya belə demək mümkünsə „rehabilitasiya maraqları“ üçün (konstitusion və ya insan hüquqları və ya nüfuza xələl yetirilməsi məsələlərində) bu edilir.

Sual 6: İPM-in 72-ci maddəsi illə bağlı məhkəmə hansı formada qərar qəbul edir?

Cavab: O, qərarını hələ qüvvədə olan inzibati akta qarşı qaldırılmış mübahisələndirmə haqqında iddiada olduğu kimi yekun məhkəmə qərarı formsında qəbul edir.


İPM-in 73-cü maddəsi

Sual 1: İmtina haqqında qərarı məhkəmə nə dərəcədə yoxlamalıdır?

Cavab: Bununla bağlı bax: İPM-in 33-cü maddəsinə dair 1-ci sual!

Sual 2: Uğurla nəticələnən məcburetmə haqqında iddiada məhkəmə qərarının nəticəvi hissəsi necə səslənir?

Cavab: 1. Cavabdehin … tarixli imtina haqqında qərarı (və əgər varsa, onunla bağlı qəbul edilmiş şikayət instansiyası qərarı) ləğv edilir. 2. Cavabdeh iddiaçı tərəfindən tələb edilmiş inzibati aktı (barəsində dəqiq məlumat!) qəbul etməlidir. 3. Cavabdeh icraatın xəcrlərini daşıyır.

Sual 3: Bəs İPM-in 73.2-ci maddəsinə əsasən məhkəmənin mövqeyini nəzərə almağa məcbur edən məhkəmə qərarının nəticə hissəsi?

Cavab: 1. Yuxarıda olduğu kimi imtina haqqında qərarın ləğv edilməsi. 2. Cavabdehin üzərinə öhdəlik qoyulur ki, iddiaçının … barəsində ərizəsi barəsində məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla yenidən qərar qəbul etsin. 3. Xərclərin bölüşdürülməsi və ya xərclər bütünlüklə cavabdeh barəsində (bax: İPM-in 111.1 və ya 111.2-ci maddəsi). Burada ondan asılıdır ki, iddiaçı hansı iddiya ərizəsini irəli sürmüşdür (bax: sual 4).

Sual 4: İddiaçı əvvəlcədən inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması yerinə məhkəməni hüquqi mövqeyini ifadə etməyə dair iddia irəli sürə bilərmi (İPM-in 73.1-ci maddəsi)?

Cavab: O, bunu edə bilər və bunun ələlxüsus o zaman mənası olar ki, məsələ diskresion səlahiyyət barəsindən olsun və iddiaçı bilir ki, qərarın qəbul edilməsi üçün bir neçə qanuna uyğun imkanı açıqdır (yəni iddianın təmin edilməsi üçün heç bir diksresion səlahiyyət heç səviyyəsinə endirilməsi halı mövcud deyildir). Məhkəmə onda İPM-in 74-ci maddəsinə əsasən diksresion səlahiyyəti yoxlayır. Bunun müsbət tərəfi ondadır ki, iddiaçı xərclərin bölüşdürülməsi haqqında qərardan qorxmalı deyildir (bax: yuxarıda 3-cü sual).

Sual 5: İPM-in 73.3.2.-ci maddəsində hansı hallar nəzərdə tutulmuşdur (inzibati orqanın öz qiymətləndirməsinə azadlığı olduğu hallar)?

Cavab: Bir qayda olaraq qanunda nəzərdə tutulmuş tərkib aydın formulə edilir və məhkəmə tərəfindən belə deyilməsi mümkünsə, sözbəsöz yoxlanılır; diskresion səlahiyyətlər (bax: İPM-in 73.2.1.-ci maddəsi) ancaq normanın dispozisiya ilə bağlı deyil, sanksiya [hüquqi nəticə] (bax: İPM-in 70-ci maddəsi maddəsinə dair 2-ci sual) hissə ilə də bağlı olur. Nadir hallarda amma məhkəmə qəbul etməlidir ki, inzibati orqan normanın dispozisiyası [tərkibə dair] hissəsi ilə bağlı qiymətləndirmə azadlığına da malikdir, hansına ki məhkəmə müdaxilə edə bilməz. Bu ələlxüsus imtahanla bağlı qərarlarda, qiymətləndirmələrdə və s. baş verir; məhkəmə axı hüquqi yoxlama qaydasında imtahanı özü keçirə bilməz. Almaniyada buraya həm də pluralistik birgə təşkil edilmiş qremiyanın kompleks qərarlar və çox dar sərhədlərdə inzibati orqanlar tərəfindən verilmiş proznoz qərarlara dair hallar qrupu daxildir. Hansısa hüquqi anlayışı təfsir etməyin və ya tətbiq etməyin çətin olması (necə ki məs: vəzifəli şəxslər hüququnda „xüsusi uyğunluq“ və ya „olmayan uyğunluq“ anlayışları) Almaniyada inzibati orqanın qiymətləndirmə azadlığının olmasını hələ əsaslandırmır. Mübahisələndirmə haqqında iddialarda da qiymətləndirmə azadlığı problemi ortaya çıxa bilər, məs: əgər kiminsə sürücük vəsiqəsi çox pis sürmə qabiliyyətinə görə alınırsa, və ya kimsə pis qiytmətlərinə görə universitetin xaric edilir və ya vəzifəli şəxs işdən azad edilir.

Sual 6: İPM-in 73.3.3-cü maddəsində hansı hallar nəzərdə tutulur?

Cavab: Bir qisim hallar İPM-in 33.4-cü maddəsində (bax: orada) nəzərdə tutulmuş hallardır. Daha sonra amma həm də məhkəmənin müəyyən mənada inzibati orqanın işini görməli olduğu, lakin bunun üçün təchizatı və qurğuları olmadığı bütün hallar nəzərdə tutulur. Əgər, məs: tikintiyə icazə verilməsi həmin torpaq sahəsində tikinti aparılmasına yararlı olmaması əsası ilə rədd edilmişdirsə və proses gedişində müəyyən edilmişdirsə ki, torpaq sahəsi hüquqi baxımdan tamamilə tikintiyə yararlıdır, onda məhkəmə məcburetmə iddiası çərçivəsində tikintiyə icazəni, məs: çoxmərtəbəli binanın tikintisi üçün lazım olan bütün icazələri, bütün texniki yoxlamalar da, daxil olmaqla hamısını özü etməlidir. Onda o, İPM-in 73.3.3-cü maddəsinə əsasən işi həll edilmək üçün məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati orqanın üzərinə göndərə bilər (İPM-in 73.2-ci maddəsinə əsasən məhkəmənin mövqeyini nəzərə almağa məcbur edən məhkəmə qərarı).

Sual 7: İPM-in 73.2-ci maddəsinə əsasən məhkəmə özünün əsas hüquqi mövqeyini necə və harada ifadə edir?

Cavab: Qərarın əsaslarında və o qədər konkret ki, inzibati orqan həqiqətən bilsin ki, o nəyi edə bilər, nəyi yox.

Sual 8: İPM-in 73.1 və 73.2-ci maddələrinə əsasən məcburetmə haqqında və məhkəmənin hüquqi mövqeyini nəzərə almağa məcbur etmə haqqında məhkəmə qərarları necə icra olunur?

Cavab: İcra hüquqi qüvvəyə minmədən sonra hayata keçirilir (bax: İPM-in 79-cu maddəsi); bunun üçün İPM 120-ci maddədə cərimə nəzərdə tutur (bax: orada).

Sual 9: Məcburetmə haqqında iddianın yoxlanması sxemi necədir?

Cavab: Bax: İPM-in 33-cü maddəsinə dair 3-cü sual!

İPM-in 74-cü maddəsi

Sual 1: Bu müddəa mübahisələndirmə və məcburetmə haqqında iddilara tətbiq olunurmu?

Cavab: Bəli, çünki diskresion səlahiyyətin yoxlanması həm mübahisələndirmə haqqında iddia ilə bağlı (bax: İPM-in 70-ci maddəsinə dair 5-ci sual),  həm də məcburetmə haqqında iddia ilə bağlı (bax: İPM-in 33-cü maddəsi ilə bağlı 1-ci sual) ola bilər.

Sual 2: İPM-in 74-cü maddəsində „həmçinin“ sözü necə başa düşülməlidir?

Cavab: Burada nəzərdə tutulur ki, iddiaçının diskresion səlahiyyət çərçivəsindən qəbul edilmiş akt ilə hüquqları pozulmuşdursa (mübahisələndirmə haqqında iddia) və ya irəli sürülmüş tələbə malikdirsə (məcburetmə haqqında iddia), onda məhkəmə təkcə diskresion səlahiyyət müəyyən edən qanun müddəasının hüquqi nəticə ilə bağlı hissədə deyil, həm də təbii ki, müddəanın tərkib ilə bağlı [dispozisiyası ilə bağlı] hissənin ilkin şərtlərini yoxlaya bilər.


İPM-in 75-ci maddəsi

Sual 1: İPM-in 75.2-ci maddəsinin özünəməxsus əhəmiyyəti vardırmı?

Cavab: Əslində İPM-in 69.7-ci maddəsində eynisi dayanır (bax: orada).

Sual 2: İPM-in 75.4-cü maddəsinin 2-ci cümləsində hansı məhkəmə nəzərdə tutulmuşdur?

Cavab: Qanunun mətni müəyyən edir ki, şikayət müddəti axımında ilkin məhkəmə səlahiyyətli məhkəmədir. Amma ola bilər ki, artıq şikayət apellyasiya məhkəməsində olsun; onda şikayətin geri götürülməsi barəsində bəyanat ona da, digər hallarda ancaq ilkin məhkəməyə  təqdim edilməlidir. Bu həm də İPM-in 86.4-cü maddəsindən irəli gəlir.


İPM-in 76-cı maddəsi

Sual 1: İPM-in 76-cı maddəsinə əsasən düzəlişlərin edilməsi məhkəmənin vəzifə borcu qaydasında [ex officio] yoxsa ərizə əsasında edilir?

Cavab: Kifayət qədər arqument bu istiqamətdə çıxış edir ki, hər ikisi mümkün olmalıdır. Maddənin adının düzəlişlərin edilməsi üçün ərizənin verilməsini istisna etdiyini demək mübahisəli görünür. İPM-in 77-ci maddəsi (Başlıq: Ərizə əsasında düşəlişlərin aparılması) başqa bir tərkibi tənzimləyir (işin halları ilə bağlı hissədə düzəlişlərin edilməsi), İPM-in 76-cı maddəsi isə məhkəmə qərarının bütün hissələrinin mətnində olan səhvlərə aiddir.

Sual 2: Aşkar yanlışlıqlar və ya səhvlər dedikdə nə başa düşülür?

Cavab: Məhkəmə qərarının oxunması zamanı hər bir oxucunun birbaşa nəzərinə çarpmalıdır ki, nə isə səhvdir. Məzmun səhvləri, məs: hüququn səhv tətbiq edilməsi heç də bununla ehtiva edilmir.

Sual 3: İştirakçılar surətləri geriyə göndərmirlərsə, bəs onda necə?

Cavab: Qanun bunun üçün heç bir sanksiya nəzərdə tutmur; deməli bununla yaşamaq lazımdır ki, iştirakçılardan kiminsə düzgün olmayan məhkəmə qərarı mətni vardır.


İPM-in 77-ci maddəsi

Sual 1: İPM-in 77-ci maddəsi ilə hansı hallar nəzərdə tutulmuşdur?

Cavab: Burada ancaq məhkəmə qərarının təsviri hissəsində olan səhvlərdən və yanlışlıqlardan gedir (bax: İPM-in 69.1.2.-ci maddəsi) və bu yanlışlıqlar İPM-in 76-cı maddəsində olduğu kimi „aşkar“ olmalı deyil.

Sual 2: İPM-in 77.2-ci maddəsinə əsasən verilən qərardad şifahi məhkəmə baxışı olmadan da qəbul edilə bilərmi?

Cavab: Burada İPM-in 76.2-ci maddəsinin 2-ci cümləsinin uyğun olaraq tətbiq edilməsi mümkündür. Həm də qərardadların bir qayda olaraq əvvəlcədən heç bir şifahi məhkəmə baxışı olmadan qəbul edilməsini də göz önünə almaq lazımdır, bax: İPM-in 16.3-cü maddəsi.

Sual 3: Sədr hakim iştirak etmək iqtidarında olmadıqda və digər hakimlər arasında və 1:1 olduqda, necə hərəkət edilir?

Cavab:  Qanun burada hansısa bir həll yolunu təklif etmir. Sədrin nümayəndəsinin burada birgə qərar vermək qabiliyyətinin olub-olmaması sual altındadır. Müddəa o cür dəyişdirilməlidir ki, prinsipcə hakimin biri iştirak edə bilmədikdə, onun nümayəndəsi onun yerinə işləyə bilsin.


İPM-in 79-cu maddəsi

Sual 1: İPM „Məhkəmə qərarlarının icrası haqqında“ AR Qanununa hansı münasibətdə dayanır?

Cavab: Birinci növbədə İPM lex specialis [xüsusi qanun] kimi üstün tətbiq olunma qüvvəsinə malikdir, bax: İPM-in 116.1-ci maddəsi.
İPM-in 80-ci maddəsi

Sual 1: İPM-in 80.3-cü maddəsində dəqiq siyahı nəzərdə tutulmuşdurmu?

Cavab: Bu yəqin ki, belə deyildir. Belə ki, məs: məhkəmənin işə aid ərizələrə yardım etmə prinsipi əminliklə qərardad ilə bağlı icraata da (ələlxüsus İPM-in 40-cı və sonrakı maddələrinə əsasən müvəqqəti xarakterli müdafiə ilə bağlı) tətbiq edilir.

İPM-in 81-ci maddəsi

Sual 1: İPM-in 81.1-ci maddəsinin İPM-in 83.1-ci maddəsinə münasibəti necədir?

Cavab: İPM-in 81.1-ci maddəsinin 2-ci cümləsi bir tərəfdən müəyyən edir ki, İPM ilə istisna edilmədiyi hallarda bu cür qərarlara qarşı şikayət mümkündür, amma İPM-in 83.1-ci maddəsi isə „müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan“ danışır. Bu qeyri-müəyyəndir. Əsas qayda İPM-in 81.1-ci maddəsi olmalıdır; İPM-in 83.1-ci maddəsini müstəqil mübahisələndirilə bilməyən qərardadları misal qaydasında sadalayan (bax: orada) İPM-in 83.3-cü maddəsinə ancaq əks qayda kimi başa düşmək lazımdır. Yəni qərarın şikayət ilə mübahisələndirilməsi mümkün olmadığı yazılmadığı hallarda, şikayətin mümkün olması istiqamətində düşünmək olar. Birinci instansiyanın ancaq müəyyənedici və ya deklarativ qərardadlarında amma əlavə problemlər meydana çıxır. (bax: məs: yuxarıda İPM-in 55.3-cü maddəsinin 2-ci cümləsinə dair və İPM-in 66.4-cü maddəsinə dair).

Sual 2: İPM-in 81.2-ci maddəsini formal və maddi şikayət anlamında başa düşmək lazımdır?

Cavab: Bu ondan asılıdır ki, „tələblər“ necə təfsir edilir. Bununla əsl prosessual vəsatətlər başa düşülürsə, onda bu o demək olardı ki, ancaq o iştirakçılar (məs: prosesə cəlb edilmiş və ya cavabdeh) şikayət verə bilərlər ki, həmin iştikraçı o vəsatəti qaldırmış olsun (formal şikayət); əks halda kifayət edər ki, iştirakçılardan biri mübahisələndirilən qərar ilə maddi (yəni məzmunca) ziyan görsün. Almaniyada maddi ziyanın olması prinsipi kifayət edir.

Sual 3: Şikayətlər  barəsindən qərarlara dair şifahi məhkəmə baxışının olması zəruridirmi, yoxsa İPM-in 81.3-cü maddəsinə əsasən də İPM-in 16.3-cü maddəsi tətbiq edilə bilər?

Cavab: Bununla bağlı bax: İPM-in 87-ci maddəsinə dair 3-cü sual. İPM-in 81.3-cü maddəsi görünür ki, təkcə İPM-in 45-ci və sonrakı maddələrinə (birinci instansiya) deyil, həm də İPM-in 1-39-cu maddələrində olan ümumi icraat müddəalarına da göndəriş edir. Apellyasiya məhkəmə birinci instansiya kimi çıxış etdiyi halda (məs: müvəqqəti xarakterli məhkəmə müdafiəsi çərçivəsində, yəni „o, əsas iş üzrə məhkəmədirsə“, bax: İPM-in 40-cı maddəsinə dair 3-cü sual), müddəalar onsuz da birbaşa tətbiq edilir.

İPM-in 82-ci maddəsi

Sual 1: „Apellyasiya şikayəti həddində“ dedikdə nə başa düşülür?

Cavab: Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının mübahisə predmetinə, hətta o, düşündüyü halda ki, birinci instansiya məhkəməsi iş üzrə tam qərar verməmişdir (belə demək mümkünsə „proses qalıqları“ vardır) və ya mübahisə predmetini çox geniş nəzərdə tutmuşdur, ona bağlıdır. Bundan başqa apellyasiya məhkəməsi şikayət ərizəsinin hədlərindən kənara çıxmamalıdır (İPM-in 52-ci maddəsi İPM-in 81.3-cü maddəsi vasitəsilə təbtiq edilir). Amma diqqət edin: həm də apellyasiya instansiyasında iddianın dəyişdirilməsi və s. hələ mümkündür (bax: İPM-in 54-cü maddəsi İPM-in 81.3-cü maddəsi ilə əlaqədə).

Sual 2: Apellyasiya instansiyasında tamamilə yeni sübut vasitələri təqdim edilə bilərmi?

Cavab: Almaniyada xeyr. Amma İPM-in 82-ci maddəsi burada daha mərhəmətlidir. İPM-in 82-ci maddəsi İPM-in 12-ci maddəsinə uyğun gəlməyən yeni müddəalardan danışdığı üçün, işin hallarından asılı olaraq gecikdirilmiş və İPM-in 12.3 və 4-cü maddələrindən irəli gələn iştirakçıların yardım etmək vəzifəsinə uyğun gəlməyən sübut vasitələri  apellyasiya instansiyası tərəfindən rədd edilə bilər. Amma İPM burada həm də təzyiq göstərir, bax: İPM-in 85.3-cü maddəsi.

İPM-in 83-cü maddəsi
Sual 1: İPM-in 83.2-ci maddəsi nə nəzərdə tutur?

Cavab: Məhkəmə qərarının məzmun etibarilə nəticəsinə aid olmayan, ancaq onun əsaslandırılmasına və ya xərclər olan hissəyə aid olan apellyasiya şikayəti yolverilməzdir.

Sual 2: İPM-in 12.4-cü maddəsinin 2-ci cümləsinə əsasən qərar da „sübutlar barəsində qərardadlara“ aiddir?

Cavab: Bu təfsir məsələsidir. Amma qəbul edilə bilən bir məsələ olardı, çünki sübutetmə yükü barədə suallar elə „sübut barəsində“ suallardır.

Sual 3: İPM-in 83.3.6-cı maddəsində sadalama dəqiq siyahıdır?

Cavab: Burada artıq tənzimlənmiş məsələni təkrarlayan deklarativ müddəadan bəhs edilir. „İPM-in 55.4-cü maddəsi“ görünür ki, səhv istinaddır; burada yəqin ki,  İPM-in 55.3-cü maddəsinin 2-ci cümləsinə və ya (amma az yəqin ki) İPM-in 55.5-ci maddəsinin 1-ci cümləsinə əsasən qərardad nəzərdə tutulur, bax: həm də, İPM-in 83-cü maddəsinə dair 1-ci sual. Sadalamada, məs: İPM-in 115.2-ci maddəsinə əsasən qərardad yoxdur.

Sual 4: İPM-in 83.4-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda iki yoxsa bir icraatdan bəhs edilir?

Cavab: Almaniyada deyərdilər ki, mübahisələndirilə bilməyən qərardadlara qarşı iradlar yekun qərara qarşı hüquqi müdafiə vasitələri çərçivəsində edilməlidirlər. İPM-in 83.4-cü maddəsi qrammatik təfsirdə amma belə bir nəticəyə gəlməyə imkan verir ki, yekun məhkəmə qərarına qarşı şikayət ilə yanaşı mübahisələndirilə bilməyən qərardadlara qarşı da şikayət verilə bilər. Bu amma çox da praktik deyildir, ona görə də birinci alternativ daha üstündür.


İPM-in 84-ci maddəsi

Sual 1: Apellyasiya icraatında mövqelərini ümumiyyətlə ifadə etmədikdə belə, birinci instasiya proses iştirakçıları istisna edilmirlərmi?

Cavab: Bəli, bu belədir; icraat sadəcə həmin proses iştirakçıları ilə davam etdirilir. Apellyasiya instansiya tərəfindən dəvət olunmalar, yəni yeni proses iştirakçılarının cəlb olunmasına dair bax: İPM-in 28-ci maddəsinin 2-ci sualı. Bu xüsusi cəlb etmə ilə bağlı müddəa həm də apellyasiya məhkəməsi üçün qüvvədədir.

Sual 2: Apellyasiya səviyyəsində də proses iştirakçıları dəyişdirilə bilərmi?

Cavab: İddianın dəyişdirilməsi barəsində İPM-in 54-cü maddəsi apellyasiya məhkəməsinə münasibətdə qüvvədə olduğu üçün dəyişdirilmə, məs: cavabdehin dəyişdirilməsi həm də bu instansiya da da mümkündür.

İPM-in 85-ci maddəsi

Sual 1: İPM-in 85.2-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulan yazılı ərizələrdə söhbət yeni bir şikayətdən, yoxsa  sadəcə tamamlamadan gedir?

Cavab: Müddəanın mənası və məqsədi bu cür düşünməyə sövq edir ki, bu cür sonradan verilən əsaslandırmalar ancaq artıq yönəlmiş olan şikayətə əlavədirlər, yəni onu tamamlayırlar.

Sual 2: İPM-in 85.3-ci maddəsi sonradan sübut vasitələrinin və vəsatətlərinin irəli sürülməsini istisna edirmi?

Cavab: Bu cür düşünmək istiqamətində „bütün“ ifadəsi arqument kimi çıxış edir; bu baxımdan İPM-in 82-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş qayda nisbiləşdirilir.

Sual 3: İPM-in 85.1-ci maddəsinin 2-ci cümləsi qərardadların elan olunmasından danışır; bu İPM-in 23.1-ci maddəsinə necə uyğun gəlir?

Cavab: İPM-in 23.1-ci maddəsi daha xüsusi və dəqiq müddəadır; ona əsasən qərardadlar elan deyil, yazılı şəkildə təqdim edilir və müddətin axımının başlanması üçün də həmin tarix əsas götürülür.

İPM-in 86-cı maddəsi

Sual 1:Birinci instansiya məhkəməsi İPM-in 86.2-ci maddəsinə görə nə zaman və hansı müddətə hərəkət etməlidir?

Cavab: Birinci instansiya məhkəməsi İPM-in 86.3-cü maddəsinin (daxil olduğundan 5 gün müddətində) vaxt təzyiqi altındadır; o, dərhal hərəkət etməlidir. Əgər qüsurlar 5 gün ərzindən aradan qaldırılmırsa, onda qanun tələb edir ki, iş göndərilməlidir. Zəruri hallarda apellyasiya məhkəməsi formal çatışmazlıqları yoxlamalı və mümkün olduğu halda onların aradan qaldırılmasına yardım etməlidir.

Sual 2: İPM-in 86.3-cü maddəsinin 5 günlük müddəti bir neçə şikayətçi olduğu və ya ola bildiyi hallarda da imperativ qayda kimi qalır?

Cavab: Bu iddia qismən təmin edildiyi hallarda (bu halda iddiaçı və cavabdeh şikayətçi kimi çıxış edə bilərlər) və ya bir neçə iddiaçının olduğu hallarda ola bilər. Bunu birinci instansiya məhkəməsi artıq şikayətin verilməsi zamanı aktlardan görə bilər. Belə qəbul etmək olardı ki, aktlar ancaq bütün iştirakçıları üçün şikayət müddəti keçdiksən sonra apellyasiya məhkəməsinə göndərilə bilər; digər tərəfdən bu 30 gün davam edə bilər (İPM-in 85.1-ci maddəsi).  Deməli daha çox bu cür düşünmək olar ki, elə birinci şikayət verildiyi zamanı aktlar 5 gün ərzində təqdim edilməlidir; apellyasiya məhkəməsi sonra məntiqi olaraq qərar verənədək gözləyəcək ki, digər şikayətçilər də meydana çıxacaqmı (bax: həm də İPM-in 87.1-ci maddəsi).

Sual 3: İPM-in 86.4-cü maddəsinə sasaən şikayətin geri götürülməsin dair mübahisə olduğu zaman hansı qayda qüvvədə olur?

Cavab: Birinci instansiya məhkəməsinin şifahi baxış olmadan qəbul edilə bilən İPM-in 86.4-cü maddəsinə əsasən qərardadı təzədən mübahisələndirilə bilən olmalıdır (İPM-in 16.3-cü maddəsi), çünki onun barəsindən şikayəti istisna edən müddəa yoxdur. İPM-in 55.5-ci maddəsinin 3-cü cümləsi burada tətbiq olunmamalıdır.

Sual 4: İPM-in 86.4-cü maddəsinə əsasən qəbul edilmliş qərardad xərclər barəsində də qərar nəzərdə tuturmu?

Cavab: İPM-in 88.4-cü maddəsi ilə müqayisə əks nəticənin çıxarılmasına yol açır; əgər hələ heç bir xərc olmamışdırsa, onda xərclər barəsində qərara da ehtiyac qalmır.

İPM-in 87-ci maddəsi

Sual 1: Birinci instansiya məhkəməsi mümkünsüzlük üçün əsas gördüyü halda şikayəti rədd edə bilərmi?

Cavab: İPM-in 87.2 və 3-cü maddələri ancaq apellyasiya məhkəməsinə belə bir səlahiyyət verir ki, mümkünlülük şərtlərini yoxlasın. Birinci instansiya məhkəməsinin də belə bir səlahiyyəti tanınmır.

Sual 2: İPM-in 87.4-cü maddəsinə əsasən şikayətin mümkünlülüyü və həm də mümkünsüzlüyü barədə qərardad qəbul edilməlidirmi?

Cavab: Şikayətin mümkünsüzlüyü barəsində həmişə qərarad qəbul edilməlidir, bax: İPM-in 87.3-cü maddəsi və İPM-in 87.4-cü maddəsinin 2-ci cümləsi. İPM amma aydın olaraq həm də şikayətin mümkünlüyü halında da, xüsusi bir pozitiv qərardadın qəbul edilməsini nəzərdə tutur; hər bir halda İPM-in 87.4-cü maddəsinin 1-ci cümləsi belə başa düşülə bilər.

Sual 3: İPM-in 87.4-cü maddəsində əvvəlcədən şikayət baxış olmalıdırmı?

Cavab: İPM-in 16.3-cü maddəsi ümumi müddəa kimi həm də apellyasiya məhkəməsinə münasibətdə qüvvədədir. Məsələ ondan asılıdır ki, „işin mahiyyəti üzrə qərar qəbul edilmədikdə“ nə deməkdir (bax: həm də İPM-in 87.7.2-ci maddəsi). Almaniyada bu ifadə altında o cür qərarlar başa düşülür ki, qərar iddianın əsaslılığını yoxlama mərhələsinə çatmış olsun, yəni ancaq iddianın və ya şikayətin mümkünlük hissəsinə münasibət bildirmiş olmasın. Bu o demək olardı ki, İPM-in 87.4-cü maddəsinə əsasən verilən qərardadlarda şifahi məhkəmə baxışına ehtiyac yoxdur. İPM-in 87.5-ci maddəsi onda ancaq mümkün şikayətlərə aiddir (bax: həm də 4-cü sual).

Sual 4: İPM-in 87.5-ci maddəsi hansı halları nəzərdə tutur?

Cavab: Ya ancaq mümkün [yolverilən] şikayətləri, yəni mahiyyəti üzrə qərar qəbul edilən şikayətləri, ya da bütün şikayətləri. Onda İPM-in 87.5-ci maddəsi İPM-in 16.3-cü maddəsinə münasibətdə lex specialis olardı. Müddəanı sistematik yerləşdirdikdə, onda birinci həll yolu daha uyğun görünür.

Sual 5: İPM-in 87.6-cı maddəsini 2-ci cümləsi nəyi nəzərdə tutur?

Cavab: Apellyasiya məhkəməsi şikayət ərizəsinə bağlıdır (İPM-in 82-ci maddəsində olduğu kimi, bax: orada), yəni o, məhkəmə qərarını, məs: şikayətçinin ziyanına olaraq dəyişdirə bilməz.

Sual 6: İPM-in 87.7-ci maddəsinin 1-ci cümləsində „mahiyyəti üzrə“ dedikdə nə nəzərdə tutulur?

Cavab: Burada apellyasiya məhkəməsinin əsaslılıq üzrə yoxlaması məsələsi deyil, bir qayda olaraq onun özünün „yekun qərar verməsi“, yəni işi geri göndərmədən axıra kimi prosesi başa çatdırması nəzərdə tutulur.

Sual 7: Birinci instansiya məhkəməsi işin geri göndərilməsi zamanı nə dərəcədə apellyasiya instansiya məhkəməsinin mövqeyinə bağlıdır?

Cavab: İPM-in 87.9-cu maddəsi sistematik olaraq İPM-in 87.7.1 və 2-ci maddələrinə aiddir və İPM-in 73.2-ci maddəsinə əsasən inzibati orqanı məhkəmənin mövqeyini nəzərə almağa məcbur edən məhkəmə qərarında olduğu kimi bağlılığı təsvir edir. Bu o deməkdir ki, işin halları və hüquqi vəziyyət eyni cür olduğu hallarda birinci instansiya məhkəməsi yenidən qərar vermə zamanı apellyasiya məhkəməsinin mövqeyini qərarın əsasında qoymalıdır. Yayınmalar ancaq müvafiq dəyişiliklər olduğu halda mümkündür.

Sual 8: İPM-in 87.10-cu maddəsinə əsasən apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsi kimi səlahiyyətli olması hansı hallarda ola bilər?

Cavab: Belə bir hal barəsindn düşünmək olardı ki, inzibati orqan şikayət [apellyasiya] instansiyasının pozitiv məcburetmə haqqında qərarından sonra inzibati akt qəbul edir, amma bu inzibati akt məhkəmə qərarına (tam) uyğun gəlmir və ya bu vaxta kimi ortada olmamış üçüncü şəxs bu məhkəmə qərarı əsasında qəbul edilmiş inzibati akta qarşı iddia qaldırır. Burada „şikayət“ anlayışı amma hər bir halda çaşqınlıq yaradır; bəlkə burada iddia və ya İİQ-ın 71-ci və sonrakı maddələrinə əsasən inzibati şikayət nəzərdə tutulmuşdur? Hansı hüquqi müdafiə vasitəsi haqqında təlimatlandırmanın olması məsələsi də aydın deyildir; işin hallarından asılı olaraq bu onda İPM-in 87.10-cu maddəsinə də uyğun gəlir. Görünür ki, qanun istəyir ki, bu cür hallarda aşağı instansiyalar artıq apellyasiya məhkəsinin qarışdığ iş ilə daha məşğul olmasınlar.


İPM-in 88-ci maddəsi

Sual 1: İPM-in 88.3-cü maddəsində nəzərdə tutulmuş istisna həm də İPM-in 85.1-ci maddəsində nəzərdə tutulmuş şikayət müddəti ərzində şikayətin geri götürülməsi və yenidən verilməsi zamanı da qüvvədədirmi?

Cavab: Qanun istəyir ki, – İPM-in 55.4-cü maddəsində olduğu kimi – geri götürmə (və ya imtina?) zamanı prinsipcə eyni iş üzrə bir daha icraat olmasın.

Sual 2: Apellyasiya məhkəməsinin qərarının nəticə hissəsi apellyasiya şikayət deyil, iddianın özü geri götürüldükdə, necə səslənir?

Cavab: Almaniyada ikinci instansiya məhkəməsi elan edir ki, birinci instansiya məhkəməsinin qərarı qüvvədən düşür və icraatı iddianın geri götürülməsinə dair müddəaları tətbiq etməklə xərclər haqqında qərar qəbul etməklə dayandırır.


İPM-in 89-cu maddəsi

Sual 1: İPM-in 89-cu maddəsində hansı geri götürülmə müddəti nəzərdə tutulmuşdur?

Cavab: İPM-in 97-ci maddəsi ilə müqayisədə belə bir nəticəyə gəlmək olar ki, İPM-in 89-cu maddəsi şikayətin İPM-in 94.1-ci maddəsinə əsasən 30 günlük müddət ərzində geri götürüldüyü hallar ilə məhdudlaşır; bundan sonra İPM-in 97-ci maddəsi tətbiq edilir və kassasiya məhkəməsi İPM-in 97.4-cü maddəsinə əsasən qərardad qəbul edir.

İPM-in 110-cu maddəsi

Sual 1: Uduzan tərəf kimi cavabdeh İPM-in 110.1-ci maddəsinə əsasən iddiaçının ödəmiş olduğu məhkəmə rüsümlarını, hətta o, rüsümlardan azad olduğu halda belə ödəyirmi?

Cavab: Rüsumlardan azad olunmaq tərkibi yəqin ki, ancaq birbaşa olaraq cavabdehin üzərinə düşən rüsumlara aid edilir. İddiaçının ödəməli olduğu rüsümlara isə şamil edilmir. İddiaçı işi udduğu halda onları ödəmək lazımdır.

Sual 2: İPM-in 110.6-cı maddəsinə əsasən udma ehtimalını vermək mümkün olmadıqda və ya bunu vermək çox çətin olduqda, hansı qayda qüvvədə olur?

Cavab: Udma ehtimalı barədə sual açıq olduğu halda xərclərin yarıbayarı bölünməsi və ya İPM-in 113-cü maddəsində olduğu kimi xərcləri müstəqil şəkildə ödəmək barəsində düşünmək olar. Almaniyada „ədalətlilik“ əsasında qərar qəbul edilir, bununla bağlı məhkəmə təcrübəsində başqa meyar da işlənib hazırlanmışdır: kim həll yoluna könüllü olaraq təşəbbüs göstərmişdirsə, o, da xərcləri daşımalıdır.

İPM-in 111-ci maddəsi

Sual 1: İPM-in 111.3-cü maddəsi hüquqi müdafiə vasitəsinin geri götürülməsi məsələsini də tənzimləyirmi?

Cavab: Müddəa „iddiadan“ danışmasına baxmayaraq, qəbul edilə bilər ki, bununla geri götürülmə nəzərdə tutulur, əks halda geri götürmə ilə bağlı qayda mövcud olmazdı. Bu İPM-in 55-ci maddəsinin (bax: orada) təfsir edilməsində arqument kimi çıxış edir.


İPM-in 120-ci maddəsi

Sual 1: İPM-in 120-ci maddəsinə əsasən cəriməni kim ödəyir?

Cavab: Hər bir halda cərimə vəzifəli şəxs və ya inzibati orqanın rəhbəri hesabına deyil, inzibati orqanın büdcəsi hesabına ödənilir.


İPM-in 76, 77, 108.4 və 1.2-ci  maddələri ilə bağlı:

Sual: Fərz edək ki, məhkəmə qərarının nəticə hissəsində xərclər məsələsinin həlli (və ya xərclər məsələsinin bir hissəsinin həlli) səhvən unudulmuşdur. Belə olan halda məhkəmə qərara özü düzəliş edə bilərmi? Əgər edə bilərsə, o bunu hansı müddət ərzində etməlidir?

Cavab: İPM-in 76 və 77-ci maddələrində məhkəmə qərarına sonradan düzəlişlər edilməsi imkanı nəzərdə tutulmamışdır (əgər söhbət İPM-in 76.1-ci maddəsində nəzərdə tutulmuş mənada „aşkar yanlışlıq“dan getmirsə). Ona görə də sözügedən hallarda İPM-in 1.2-ci maddəsinə əsasən MPM-in müvafiq müddəalarının tətbiqi barədə düşünmək olar və bu müddəaların tətbiqi inzibati prosesin prinsipləri ilə ziddiyyət təşkil etməyəcək. Bu o deməkdir ki, məhkəmə qərarına sonradan düzəlişlər edilməsinə dair MPM-in müddətlə bağlı müvafiq müddəaları da şamil olunmalıdır. Lakin məhkəmə qərarına düzəlişlərin edilməsi hər bir halda onun qanuni qüvvəyə minməsinə qədər baş verə bilər (bax: İPM-in 78-ci maddəsi).

İPM-in 87.7.1-ci maddəsi ilə bağlı:  

Sual: İPM-in 87.7.1-ci maddəsi ilə əlaqədar birinci instansiya inzibati-iqtisadi məhkəmələri tərəfindən yol verilən prosessual pozuntular hansı əhəmiyyətə malikdir? Bu pozuntuların ağırlığı hansısa bir rol oynayırmı?

Cavab: Sözügedən müddəanın tətbiq oluna bilməsi üçün şərt qismində ciddi prosessual pozuntulara yol verilməsi və əlavə olaraq, əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması zərurətinin mövcud olması nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, adi prosessual pozuntu heç vaxt, ağır prosessual pozuntu isə heç də həmişə işin geri qaytarılması üçün kifayət etmir. Lakin İPM-də məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar nəzərdə tutulmuşdur (bax: İPM-in 92-ci maddəsi) və bu müddəanın analogiya qaydasında apellyasiya məhkəməsi instansiyasında icraata tətbiq oluna bilib-bilməməsi sualı yarana bilər. İPM-in 81.3-cü maddəsi bunu istisna edir. İPM-in 87.7.2-ci maddəsi isə xüsusi bir halı tənzimləyir. Buna müvafiq olaraq, birinci instansiya məhkəməsi (prosessual pozuntuya yol verərək) işin mahiyyəti üzrə qərar qəbul etməmiş, başqa sözlərlə desək, iddianı haqsız olaraq qeyri-mümkün qismdə rədd etmişdir (İPM-in 35.3-cü maddəsinə əsasən). Bu prosessual pozuntu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə göndərilməsi ilə nəticələnəcəkdir ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə qərar qəbul etməsinə ümumiyyətlə imkan yaradılsın.

Ayrıca bir prosessual pozuntu (birinci instansiya məhkəməsi İPM-in 35.3-cü maddəsinə zidd olaraq mümkün olmayan iddianı əsassız qismdə rədd etdikdə) ilə bağlı bax: İPM-in 35.3-cü maddəsi ilə bağlı suala.


İPM-in 87.7.1 və 92-ci maddələri ilə bağlı:

Sual: Məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar mövcuddurmu?

Cavab: İPM-də yalnız kassasiya qaydasında icraat zamanı məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslar nəzərdə tutulmuşdur  (bax: İPM-in 92-ci maddəsi) ki, bunlar da xüsusilə ağır prosessual pozuntulara yol verilən hallarda mövcud olur. Bu müddəanın analogiya qaydasında apellyasiya məhkəmələrində icraata şamil oluna bilinib-bilinməməsi sualının yaranması mümkün olsa da, İPM-in tükəndirici tənzimetmə nəzərdə tutan 81.3-cü maddəsi belə bir imkanı istisna edir. 

İPM-in 78 və 87-ci maddələri ilə bağlı:

Sual: Məhkəmənin özünün çıxardığı qərardadları yoxlaması üzrə formal icraat mövcuddurmu və/və ya məhkəmə öz qərarlarına sonradan dəyişiklik edə bilərmi?

Cavab: Məhkəmənin öz qərarlarını yoxlaması ilə bağlı xüsusi icraat (yəni apellyasiya şikayəti verildikdən sonra birinci instansiya məhkəməsinin özünün çıxarmış olduğu qərardadlara qarşı qərar qəbul etməsi üzrə icraat) Almaniya qanunvericiliyində aşkar surətdə təsbit edilmişdir. Azərbaycan Respublikasının İPM-i isə belə bir imkanı nəzərdə tutmur. Çox güman ki, məcəllədə belə bir formal (və məcburi xarakter daşıyan) aralıq icraatın nəzərdə tutulması arzu edilməmişdir. Bu baxımdan İPM-in 86 və 87-ci maddələrində əksini tapmış qaydalar tükəndirici hesab olunmalıdır. 

Məhkəmənin öz qərardadlarını (hətta bu qərardadlardan şikayət verilmədiyi hallarda da) dəyişə bilib-bilməməsi ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Almaniyanın məhkəmə təcrübəsinə əsasən qismən belə bir mövqedən çıxış edilir ki, məhkəmə hər bir halda tamamilə ağır və aşkar yanlışlıqlar (səhvlər) mövcud olan zaman müstəsna olaraq özü də, yəni xidməti vəzifəsinə görə qərarını dəyişə bilər. Lakin bu yalnız qərardadlara münasibətdə şamil olunan bir praktikadır. Dəyişmə haqqında belə bir qərardadın qəbul edilməsindən əvvəl proses iştirakçılarının mövqeyi mütləq öyrənilməlidir (bax: İPM-in 11.2-ci maddəsi).


İPM-in 62.3-cü maddəsi ilə bağlı:

Sual: İnzibati məhkəmə icraatında qiyabi məhkəmə qərarının çıxarılması mümkündürmü?

Cavab: Xeyr. Bununla bağlı MPM-in müvafiq müddəaları da tətbiq oluna bilməz, çünki onlar inzibati prosesin prinsiplərinə ziddir. İPM-in 62.3-cü maddəsində söhbət şifahi məhkəmə baxışına gəlməmiş proses iştirakçısının bir növ marağı olmamasına görə cəzalandırılmasından deyil, məzmun baxımından obyektiv münasib olan bir məhkəmə qərarının çıxarılmasından gedir.


İPM-in 8-ci maddəsi ilə bağlı:

Sual: Proses iştirakçıları məhkəmə aidiyyətini özləri müəyyənləşdirə bilərlərmi?

Cavab: İPM-in həm predmet (bax: İPM-in 2-ci maddəsi), həm də ərazi (bax: İPM-in 8-ci maddəsi)  baxımından məhkəmə aidiyyətini müəyyən edən qaydaları məcburi xarakterli müddəalardır. Ona görə də tərəflər məhkəmə aidiyyətini qarşılıqlı razılıq əsasında özləri müəyyən edə bilməzlər.

İPM-in 12.4 və 60-cı maddələri ilə bağlı:

Sual: Əgər cavabdeh məhkəmənin tələbinə baxmayaraq, işlə bağlı materialları təqdim etmirsə, məhkəmə bu halda inzibati orqana cərimə təyin edə bilərmi və belə hallarda icraat hansı qaydada həyata keçirilməlidir?

Cavab: İPM-də bu kimi halların nəticəsi kimi ilk növbədə sübutetmə vəzifəsinin dönüşü imkanı təsbit edilmişdir (bax: İPM-in 12.4-cü maddəsi). Bu arada təcrübədə sözügedən hallarda inzibati orqanın cərimələnməsi imkanından da istifadə edilir (bax: İnzibati Xətalar Məcəlləsinin 348-6-1-ci maddəsi). Həmin praktikaya uyğun olaraq, iş ümumi məhkəməyə göndərilir və həmin məhkəmənin hakimi müvafiq cəriməni təyin edir. Cərimənin təyin edilə bilməsi üçün şərt, inzibati məhkəmə tərəfindən formal protokolun tərtib edilməsidir. Həmin protokolda inzibati orqandan sənədləri təqdim etməsinin tələb olunması və onun bu tələbə reaksiya verməməsi qeyd olunmalıdır. Protokol inzibati məhkəmənin hakimi tərəfindən imzalanmalıdır. Ümid etmək lazımdır ki, bu cür hallarda ümumi məhkəmənin hakimi protokola riayət edərək inzibati orqanın işin araşdırılmasında məhkəməyə yardım etməməsi mövqeyindən çıxış edəcəkdir.


İPM-in 1.2 və 2.1-ci maddələri ilə bağlı:

Sual: MPM-in 30-cu maddəsi və məhkəmə aidiyyətinin birləşdirilməsi məsələləri arasındakı münasibət necə qiymətləndirilməlidir?

Cavab: MPM-in 30-cu maddəsinin əvvəlki redaksiyasına əsasən, bir-biri ilə əlaqədar olan tələblərdən bir qismi ümumi məhkəməyə, digər qismi isə iqtisad məhkəməsinə aid olardısa, tələblərə ümumi məhkəmədə baxılmalı idi. Başqa sözlərlə desək, sözügedən norma bu iki (yəni, mülki və iqtisadi) məhkəmə aidiyyətinin bir-birinə münasibətini tənzimləyirdi. Görünür, MPM-in 30-cu maddəsində „iqtisad məhkəməsi“ sözlərinin „inzibati-iqtisadi məhkəmə“ sözləri ilə əvəz edilməsi bu hüquqi tənzimetmədə nəyisə dəyişmək istəməyib. Başqa sözlərlə desək, müddəanın hazırki redaksiyasından hər hansı bir inzibati-hüquqi tələbin mülki-hüquqi tələblə predmet baxımından bağlılığı olan halda inzibati-hüquqi tələbə də ümumi məhkəmədə baxılmalı olması nəticəsi çıxarılmamalıdır. Bu icraatların fərqli aidiyyət səbəbindən ayrılması İPM-in 2.1-ci maddəsinin məhkəmə aidiyyəti ilə bağlı məcburi qaydasına da uyğun gəlir. Lakin eyni zamanda, bir-biri ilə birbaşa və ayrılmaz şəkildə bağlı olan belə tələblərin, yəni iddiaların mövcud olduğu hallarda işin ümumi məhkəmədə baxılmalı olmasına dair yanaşma haqqında da düşünmək olar.



İPM-in 130-cu maddəsi ilə bağlı:

Sual: İPM-ə yeni əlavə edilmiş 130-cu maddə üzrə („Seçki (referendumda iştirak) hüquqlarinin müdafiəsi ilə bağli işlər üzrə icraat“) mübahisələndirilə bilən məsələlərə (daimi) seçki komissiyalarının tərkibi ilə bağlı mübahisələr də aiddirmi?

Cavab: Sözügedən müddəada qısa müddətlərlə bağlı qaydaların təsbit edilməsi bir tərəfdən bu müddəanı yalnız „əsl“ seçki mübahisələrinə, yəni seçkilərin nəticələrinə dair mübahisələrə şamil olunan qismdə təfsir etməyə əsas verir. Digər tərəfdən, bu müddəada „səsvermə günü“ sözlərinin bir neçə dəfə işlədilməsi onu deməyə əsas verir ki, burada söhbət daha çox seçkilərdə iştiraka imkan yaradılması və ya bu iştirakın təmin edilməsi ilə bağlı (bununla əlaqədar həmçinin bax: Seçki Məcəlləsinin 112-ci maddəsi) yarana bilən mübahisələrdən gedir. Əgər bu cür yanaşma əsas götürülərsə (yeri gəlmişkən, bu vaxta qədər MPM-in 25-ci fəslinin predmetini təşkil etmiş bu normanın əvvəllər tətbiqi praktikası da belə bir təfsir yanaşmasını təsdiq edir), onda, prinsip etibarilə, (daimi) seçki komissiyalarının tərkibi ilə bağlı mübahisələr də İPM-ə yeni əlavə edilmiş 130-cu maddənin mənasında mübahisələndirilə bilən məsələ hesab edilə bilər.


İPM-in 1-ci maddəsi ilə bağlı:

Sual: Əgər dövlət mülki-hüququn subyekti qismində çıxış edirsə, o xüsusi hüquqi öhdəliklər daşıyırmı?

Cavab: Dövlət və onun inzibati orqanları öz məqsədlərinə nail olmaq üçün təkcə „İnzibati icraat haqqında“ qanuna əsasən publik-hüquqi (inzibati-hüquqi) qaydada deyil, həm də mülki-hüquqi formalarda hərəkət edə bilərlər. İkinci halda, dövlət mülki hüququn bütün digər subyektləri kimi fəaliyyət göstərir və həmin subyektlərə şamil olunan hüquqi qaydalar dövlətə də şamil olunur. Məlum olduğu kimi, mülki hüquqda müqavilə azadlığı prinsipi mövcuddur və orada publik hüquqda olduğu kimi, əlverişsiz müdaxilənin həyata keçirilməsi üçün qanuni əsasın (bax: „İnzibati icraat haqqında“ Qanunun 11.2-ci maddəsi) olması tələbi yoxdur. Lakin dövlətin bu öhdəliklərdən boyun qaçırması üçün mülki hüquqa əl atması təhlükəsinin mövcud olması səbəbindən Almaniyada bir prinsip təşəkkül tapıb ki, buna müvafiq olaraq dövlət mülki hüququn subyekti qismində çıxış etdiyi hallarda da əlavə hüquqi öhdəliklər daşıyır. Belə ki, dövlət, məsələn, alqı-satqı və ya enerji təchizatı müqavilələrinin bağlanması zamanı bərabərlik prinsipini poza, yaxud özbaşına şəkildə davrana bilməz. Bununla belə, sözügedən hüquq sahəsi üzrə mübahisələrə baxmaq səlahiyyəti əvvəlki kimi mülki məhkəmələrə aiddir.


İPM-in 87.7-ci maddəsi ilə bağlı:

Sual: İPM-in 87.7-ci maddəsinə əsasən iş inzibati-iqtisadi məhkəməyə göndərilərkən həmin məhkəmədə müvafiq işə baxmış hakimlər yenidən bu işə baxa bilərlərmi?

Cavab: İş ikinci və ya üçüncü instansiya məhkəməsi tərəfindən aşağı instansiya məhkəməsinə göndərilərkən kimin o işə baxacağı iş bölgüsü planına əsasən müəyyən edilir. Almaniyada bu cür planlarda, bir qayda olaraq, geri qaytarılmış işə əvvəlcə baxmış hakimin yenidən baxmalı olması nəzərdə tutulur.

İPM-in 86 və 87-ci maddələri ilə bağlı:

Sual: Apellyasiya şikayətlərinin formal tələblərə riayət edib-etməməsinin yoxlanılması zamanı birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi arasında iş bölgüsü necədir?

Cavab: Göstərilən maddələr iki məhkəmə arasındakı iş bölgüsünü dəqiq təsvir edir. Buna əsasən, apellyasiya məhkəməsi apellyasiyanın mümkünlük şərtlərini yoxlamalı, birinci instansiya məhkəməsi isə hazırlıq xarakterli tədbirləri görməlidir.


İPM-in 87.2-ci maddəsi ilə bağlı:

Sual: Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinə baxarkən müvafiq iddianın mümkünlüyünü də yoxlamalıdırmı?

Cavab: İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayır. Yəni, burada söhbət aşkar olaraq iddianın mümkünlüyünün yoxlanılmasından getmir. Lakin apellyasiya məhkəməsi ikinci instansiyası məhkəməsi qismində işə mahiyyəti üzrə özü baxdığı üçün (bax: İPM-in 87.7-ci maddəsinin 1-ci cümləsi) iddianın ümumiyyətlə mümkün olub-olmamasının yoxlanılması da daim məhkəmənin xidməti vəzifəsinə əsasən baxmalı olduğu məsələlərə aiddir. Məsələn, əgər birinci instansiyası məhkəməsi iddianın mümkün olmamasına baxmayaraq, onu təmin edibsə, onda cavabdehin apellyasiya şikayəti məsələnin mahiyyəti yoxlanılmamışdan da, məhz göstərilən səbəbdən əsaslı hesab ediləcəkdir. Apellyasiya instansiyası məhkəməsinin, bir qayda olaraq, mübahisə ilə bağlı işə „mahiyyəti üzrə“ baxaraq həll etməsinə dair müddəa onun iddianın mümkünlüyünü yoxlamamasını deyil, yalnız, bir qayda olaraq, özünün yekun qərar çıxarmasını bildirir. 


İPM-in 35.3-cü maddəsi ilə bağlı:

Sual: Belə bir halda (yəni, iddia mümkün sayılmadıqda) apellyasiya instansiya məhkəməsi tərəfindən işə İPM-in 35.3-cü maddəsinə əsasən baxılır?

Cavab: Əgər birinci instansiyası məhkəməsi iddianın mümkün olmamasına (və ya sonradan mümkün olmamasına) baxmayaraq, onu təmin edibsə, onda cavabdehin apellyasiya şikayəti əsasında məhkəmə qərarı ləğv olunmalı və iddia qeyri-mümkün qismdə rədd edilməlidir. Bu zaman apellyasiya məhkəməsinin qərarının İPM-in 35.3-cü maddəsinə əsasən, yəni qərardad formasında çıxarılacağı ilə bağlı çoxlu dəlillər gətirmək olar (apellyasiya instansiyası məhkəməsinin belə qərardadından İPM-in 90.1-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilər). Yox, əgər birinci instansiya məhkəməsi (qeyri-mümkün) iddianı əsaslandırılmamış qismdə rədd etmişdirsə, iddianın rədd edilməsi nəticə etibarilə düzgün olsa da, forma (İPM-in 35.3-cü maddəsi) və icraat baxımından düzgün olmayacaqdır. Belə bir vəziyyətdə apellyasiya instansiyası məhkəməsi necə hərəkət etməlidir? Bununla bağlı bir neçə variant təklif etmək olar. Apellyasiya məhkəməsi qərarı ləğv edə və bu zaman İPM-in 35.3-cü maddəsinə əsasən hərəkət edə bilər. Yaxud, iddianın rədd edilməsinin nəticə etibarilə düzgün olması səbəbindən iddiaçının apellyasiya şikayətini əsaslandırılmamış qismdə rədd etmək də olar. Hər halda Almaniyada yanaşma tərzi belədir. Lakin bununla yanaşı orada belə bir müddəa vardır ki, ona müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarı nəticə baxımından (əsaslandırmaya münasibətdə belə olmasa da) düzgün olduqda, ikinci instansiya məhkəməsi hüquqi müdafiə vasitəsini (apellyasiya şikayətini) rədd edir.



İPM-in 90.3 və 45.1-ci maddələri ilə bağlı:

Sual: İPM-in 95.1.1-ci maddəsində təsbit edilmiş şərtlərin yoxlanılması zamanı apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin imzalanmadığını müəyyən edərsə, nə etməlidir?


Cavab: İPM-in 90.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində icraatla bağlı müddəalar müvafiq qaydada kassasiya instansiyası məhkəməsindəki icraata da şamil olunur. Buraya həmçinin İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsinin yazılı şəkildə verilməli olması tələbi də aiddir. Almaniyada belə bir tələbdən ərizənin imzalanması zərurətinin irəli gəlməsi nəticəsi çıxarılır. Eyni zamanda, İPM-in 86.1.1-ci maddəsi də hüquqi müdafiə vasitələri üzrə icraatda şikayət ərizəsinin imzalanmalı olmasını nəzərdə tutur. Apellyasiya və kassasiya şikayətlərinə münasibətdə imzalanma tələbi ilə bağlı MPM-də də müvafiq müddəalar nəzərdə tutulmuşdur. 


İPM-in 37-ci maddəsi ilə bağlı:

Sual: Birinci instansiya məhkəməsi bir neçə tələbi yanlış olaraq bir iddiada birləşdirərək işə baxmış olduğu hallarda apellyasiya instansiya məhkəməsi hansı qaydada hərəkət etməlidir?

Cavab: Əgər İPM-in 37-ci maddəsinə əsasən bir neçə tələbin bir iddiada birləşdirilməsi mümkün olmazsa (bu məsələni hakim daim xidməti vəzifəsinə əsasən yoxlamalıdır!), bu heç də mütləq şəkildə apellyasiya instansiya məhkəməsində icraat zamanı „birləşdirilmiş“ iddiaların qeyri-mümkün hesab olunacağı demək deyil. Əksinə, bu kimi hallarda apellyasiya instansiya məhkəməsi özü həmin iddiaları ayırmalı və hər birinə ayrılıqda baxmalıdır.



İPM-in 57-ci və 62.3-cü maddələri ilə bağlı:

Sual: İPM-in 57-ci maddəsi ilə 62.3-cü maddəsi arasındakı münasibət necə qiymətləndirilməlidir (ləğv etmək, qərar qəbul etmək, cərimə məsələləri ilə bağlı)?

Cavab: Əslində bu iki müddəa biri-birini istisna edir. Çünki məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi yalnız o zaman tələb edir ki, qərarın çıxarılması ilə bağlı həmin şəxsin iştirakına mütləq ehtiyac olsun (hər halda Almaniyada sözügedən norma bu cür başa düşülür). Lakin buna baxmayaraq, məhkəmə proses iştirakçısının məhkəmə iclasına şəxsən gəlməsini məqsədəuyğun hesab etsə də, bunu mütləq qaydada zəruri saymadığı hallarda İPM-in 62.3-cü maddəsində nəzərdə tutulmuş xəbərdarlığın məhkəmə bildirişinə daxil edilməsi mümkündür. Əgər müvafiq şəxs bu halda məhkəmə iclasına gəlməzsə, məhkəmə işin mahiyyəti üzrə qərar qəbul edə bilər. Yaxşı olardı kı, bu məsələ məhkəmə bildirişində təqribən aşağıdakı şəkildə əks olunsun: Əgər müvafiq şəxs məhkəmə iclasına gəlməzsə, bu zaman İPM-in 57.3-cü maddəsinə əsasən cərimə təyin edilə (əgər əvvəlcədən bu barədə xəbərdarlıq edilmişdirsə), yaxud işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilə bilər.


İPM-in 31 və 90.3-cü maddələri ilə bağlı:

Sual: Kassasiya instansiya məhkəməsində şikayət üzrə icraat zamanı MPM-də olduğu kimi vəkil və ya nümayəndənin göstərdiyi yardıma görə xərclərin dövlət büdcəsindən ödənilməsi mümkündürmü (MPM-dən fərqli olaraq, İPM-də kassasiya instansiya məhkəməsində şikayət üzrə icraat zamanı vəkilin məcburi iştirakına dair norma nəzərdə tutulmamasına baxmayaraq)?

Cavab: Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I abzasına əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İPM-də məhkəmə xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi imkanı nəzərdə tutulmadığı üçün qoyulan sualla bağlı çox güman ki, MPM-in müddəaları tətbiq olunmalıdır. MPM-ə müvafiq olaraq, kassasiya məhkəməsi instansiyasında icraat zamanı məhkəmə xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi təsbit olunmuşdur. Lakin MPM-də nəzərdə tutulan qaydadan fərqli olaraq, inzibati məhkəmə icraatı üzrə kassasiya instansiyası məhkəməsində vəkilin iştirakı zəruri olmadığından MPM-də nəzərdə tutulmuş qaydanın müvafiq qaydada tətbiqi heç də məcburi xarakter daşımır.


İPM-in 30 və 37-ci maddələri ilə bağlı:

Sual: Cavabdeh qismində bir neçə tərəf çıxış etdikdə, İPM-in 30 və 37-ci maddələri arasındakı münasibət necə qiymətləndirilməlidir?

Cavab: İPM-in 30.1-ci maddəsinə əsasən cavabdeh qismində söhbətin yalnız „şəxslər“dən getdiyi hallarda bir neçə cavabdehin olmasına yol verilir (yəni, dövlət bu kimi hallarda iddiaçı qismində bir neçə fiziki şəxsə (prosessual həmiştirakçılar) qarşı çıxış edir). Həmçinin zəruri, yəni ayrılması mümkün olmayan hüquqi bağlılığa əsaslanan prosessual iştirakçılıq hallarında da sonda vahid qərar çıxarılmalı və icraatlar ayrılmamalıdır. Bu İPM-in 37-ci maddəsinə münasibətdə xüsusi bir haldır. Bunun əksinə olaraq, cavabdeh tərəfdə sadə prosessual iştirakçılığın (məsələn, müvafiq inzibati orqan rüsumun ödənilməsi ilə bağlı bir neçə vətəndaşa qarşı iddia qaldırdıqda) mövcud olduğu hallarda, söhbət hüquqi cəhətdən ayrı-ayrı icraatlardan gedir. Həmin icraatlarla bağlı qərar vahid qərar şəklində çıxarıla bilər (yəni burada məsələlərin vahid qərar çərçivəsində həll edilməli olmasına dair məcburiyyət yoxdur).


İPM-in 28, 81.2 və 84-cü maddələri ilə bağlı:

Sual: İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində mütləq cəlb edilməli olan (zəruri cəlbetmə), lakin cəlb edilməyən şəxs onun iştirakı olmadan qəbul edilmiş qərardan apellyasiya şikayəti verə bilərmi?

Cavab: Misal: Fərz edək ki, hər hansı bir tikinti icazəsindən şikayət vermiş qonşunun iddiası üzrə işə baxılan zaman tikintiyə icazə almış müvafiq şəxs icraata cəlb olunmur və məhkəmənin qərarı ilə tikinti icazəsi ləğv edilir. Tikintiyə icazə almış şəxs bu məhkəmə icraatında iştirak etmədiyi üçün çıxarılmış məhkəmə qərarından şıkayət edə bilməyəcək (bax: İPM-in 81.2 və 90.2-ci maddələri) və beləliklə, apellyasiya şikayəti qeyri-mümkün olacaq. Bu vəziyyəti düzəltmək üçün başqa imkanlar olmalıdır, çünki üçüncü şəxsin (göstərilən misalda bu tikintiyə icazə almış şəxsdir) iştirakı olmadan çıxarılmış qərar onun hüquqlarını pozur (burada məsələ məhkəmə qərarının konkret nəticə hissəsindən və iddianın növündən asılıdır). Hər bir halda İPM-in 28-ci maddəsinə müvafiq olaraq, məhkəmə qərarının qanuni qüvvəyə minməsinə qədər vəsatət vasitəsilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma imkanının mövcudluğunu sonradan tikintiyə icazə almış şəxsin nəzərinə çatdırmaq olar. Bu cür vəsatət birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Lakin birinci instansiya məhkəməsi üçüncü şəxsin cəlb edilməsini (haqsız olsa da) zəruri hesab etməsə und ona görə də məhkəmə qərarının ləğv edilməsi barədə qərardad qəbul etməsə, yaxud məhkəmə qərarı artıq qanuni qüvvəyə minərsə, həmin vəsatətin də heç bir köməyi olmayacaqdır. Almaniyada sözügedən məsələ ilə əlaqədar belə hesab edilir ki, zəruri cəlbetmə həyata keçirilmədən çıxarılan (iddianı təmin edən) məhkəmə qərarı cəlb edilməli olan üçüncü şəxsə münasibətdə etibarsızdır. Bununla da həmin şəxs, məsələn, inzibati orqana qarşı öz hüquqi vəziyyətinin dəyişilməz qalmasına dair müəyyənetmə haqqında iddia qaldıra bilərdi. Bu o deməkdir ki, göstərilən misalda tikintiyə icazə almış şəxs aldığı icazənin etibarlılığının müəyyən edilməsinə dair iddia qaldıra bilmək imkanına malik olmalıdır. Yəni, onun qonşusunun iddiası üzrə çıxarılmış qərarın praktiki baxımdan dəyəri və qüvvəsi yoxdur. 
Yadda saxla: Əslində göstərilən problem yalnız o zaman meydana çıxa bilər ki, söhbət cəlb edilməli olan bir şəxsdən getsin. Yox, əgər hər hansı bir inzibati orqan icraata cəlb edilməli olarsa (məsələn, aidiyyətlə əlaqədar), onun cəlb edilməməsi həmin inzibati orqanın subyektiv hüquqlarının pozulmasını deyil, icraat zamanı nöqsana yol verilmiş olmasını bildirəcəkdir. Çünki aidiyyət İPM-də nəzərdə tutulmuş mənada subyektiv hüquq demək deyil.


İPM-in 8-ci maddəsi ilə bağlı:
Sual: Əgər iddiaçının yaşayış yeri Azərbaycan Respublikasından kənarda olarsa, bu zaman hansı məhkəmə səlahiyyətli məhkəmə qismində çıxış edir?

Cavab: İPM-in 8-ci maddəsində bu hal tənzimlənməmişdir. Ona görə də belə hallarda inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsinin səlahiyyətli məhkəmə olması mövqeyindən çıxış edilməsi, başqa sözlərlə desək, İPM-in 8.1.3-cü maddəsinin sonuncu cümləsinın analogiya qaydasında tətbiqi məqsədəuyğun hesab olunardı.


İİHQ-nin 82-ci maddəsi ilə bağlı:

Sual: İİHQ-nin 82-ci maddəsində nəzərdə tutulmuş hallarda (icra məmurları tərəfindən icra) məhkəmə qərarı heç vaxt zəruri hesab olunmur?

Cavab: Qanunun mətnindən aşkar olaraq belə çıxır ki, sözügedən hallarda əlavə məhkəmə qərarının çıxarılmasına ehtiyac yoxdur. Lakin görünür ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu məsələyə başqa cür yanaşır və hər halda mülkiyyətə (torpaq mülkiyyətinə) müdaxilə hallarında (köhnə vergi hüququ ilə bağlı yaranan situasiyalarda) müvafiq olaraq mülki hüquqa uyğun olaraq çıxarılmış məhkəmə qərarının mövcud olmasını tələb edir. Belə məlum olur ki, bu ciddi tələb “normal” ödəmə tələblərinə və daşınar əmlakla bağlı icra tədbirlərinə şamil olunmur. Ona görə də qanunun mətninə uyğun olaraq, inzibati aktın özü icra məmuru tərəfindən həyata keçirilən icra üçün yetərlidir.


İPM-in 86.2-ci maddəsi ilə bağlı:

Sual: Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi formal xətaların aradan qaldırılması ilə bağlı yardım etmək vəzifəsi daşıyırmı?

Cavab: Qanunun özündən apellyasiya instansiya məhkəməsinin belə bir vəzifəsi irəli gəlmir, çünki İPM-in 86.2-ci maddəsi yalnız birinci instansiya məhkəməsini ehtiva edir. Lakin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması prinsipi apellyasiya instansiya məhkəməsinin də belə bir vəzifə daşıdığını güman etməyə əsas verir. Bunun üçün dəlil qismində İPM-in 81.3-cü maddəsinə əsasən həmin məcəllənin 13-cü maddəsinin apellyasiya instansiya məhkəmələrinə də şamil olunmasını göstərmək olar.


İPM-in 7 və 58-ci maddələri ilə bağlı:

Sual: Mülki məhkəmə icraatında olduğu kimi inzibati məhkəmə icraatında da mütəxəssis rəylərinin alınması zamanı icraat formal qaydada təxirə salınmalıdırmı?

Cavab: Bu məsələ ilə əlaqədar MPM tətbiq olunmayacaq, çünki sübutların araşdırılması ilə bağlı icraatın təxirə salınması mülki məhkəmə icraatında işə baxmaq üçün nəzərdə tutulmuş müddətlə (3 ay) bağlıdır. İnzibati məhkəmə icraatında işə baxmaq üçün müddətlər nəzərdə tutulmayıb və İPM-də təxirəsalma ilə bağlı əksini tapmış qaydalar tükəndirici xarakter daşıyır.


İPM-in 88-ci maddəsi ilə bağlı:

Sual: İPM-in 88-ci maddəsi əsasında çıxarılan qərardadın nəticə hissəsinin mətni necə olmalıdır?

Cavab: İPM-in 88.3-cü maddəsi yalnız məhkəmə xərcləri barədə qərardadın çıxarılmalı olmasını müəyyən edir. Həmin məcəllənin 111.3-cü maddəsinə əsasən bu xərcləri şikayətçi daşımalıdır. Lakin 111.3-cü maddədə söhbət şikayətin geri götürülməsindən deyil, şikayətdən imtinadan gedir. Bundan başqa, sözügedən hallarda apellyasiya instansiya məhkəməsində icraata xitam verilməlidir (lakin bu xitamvermə deklarativ xarakter daşıyır, çünki iddianın geri götürülməsi özlüyündə icraatı sona çatdırır).


İPM-in 81.3-cü maddəsi ilə bağlı:

Sual: Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat zamanı da iddianın geri götürülməsi və ya iddiadan imtina edilməsi, eləcə də barışıq sazişinin, yaxud hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatın bağlanması mümkündürmü?

Cavab: Əlbəttə, bu mümkündür və İPM-in 81.3-cü maddəsində əksini tapmış göndərişdən irəli gəlir. Bunu İPM-in 88-ci maddəsi də təsdiq edir. Belə hallarda apellyasiya instansiya məhkəməsi işə birinci instansiya məhkəməsi kimi baxır.
İPM-in 50.02-ci maddəsi ilə bağlı:

Sual: Cavabdehin iddianı qəbul etməsi barədə məhkəmə qərarları olurmu və onların nəticə hissəsi necə olur?

Cavab: Cavabdehin iddianı qəbul etməsi İPM-in 50.02-ci maddəsində və həmçinin 112-ci maddəsində xatırlanır. Bu o deməkdir ki, cavabdehin iddianı qəbul etməsi haqqında qərarın qəbulu, prinsip etibarilə, mümkündür. Lakin Almaniyanın məhkəmə təcrübəsinə əsasən cavabdeh mübahisənin predmetinə dair sərəncam vermək hüququna malik olmadığı hallarda (bununla bağlı barışıq sazişinə dair müvafiq qaydanın əks olunduğu qaydaya bax: İPM-in 66.1-ci maddəsi) sözügedən məsələ ilə əlaqədar məhdudiyyətlər mövcud olur. Cavabdehin iddianı qəbul etməsi barədə qərarların nəticə hissəsinə gəlincə isə, bununla bağlı MPM-in müddəalarına müraciət etmək lazımdır, çünki İPM-də bu məsələ barədə heç bir qayda nəzərdə tutulmayıb.


İİHQ-nin 2.0.2-ci maddəsi ilə bağlı:

Sual: Planlar, arayışlar, qeydə almalar, inzibati orqanların rəyləri və məlumatları nə zaman inzibati akt xarakterinə malik olur?

Cavabdeh: Bu, adları çəkilən sənədlərin müəyyən məsələni nizama salmaq xarakterinə malik olub-olmamalarından, yəni hüquqi vəziyyəti hansısa bir şəkildə dəyişdirib-dəyişdirməmələrindən asılıdır. Arayışlara münasibətdə belə bir hal o zaman mövcud olur ki, onlar üçüncü şəxslər üçün məcburi qüvvə daşısınlar. Planlar və qeydə almalar isə hüquqi vəziyyəti dəyişdikləri hallarda inzibati akt xarakterinə malik olurlar. Belə hüquqi aktların başqa bir inzibati orqanın daxilində məcburi qüvvəyə malik olması, inzibati aktın qəbulu üçün məcburi amil olmasa da, inzibati akt kimi qiymətləndirilmə baxımından meyar qismində çıxış edir. Bu kimi hallar məhz bir neçə inzibati orqan tərəfindən inzibati aktların qəbulu zamanı tez-tez baş verir. Lakin belə bir halın mövcudluğu (yəni, hüquqi aktın başqa bir inzibati orqanın daxilində məcburi qüvvəyə malik olması) hələ „xaricə münasibətdə“ qayda müəyyən edilməsi anlamına gəlmir. Bu həmçinin hüquqi aktın „xaricə münasibətdə“ kənar bir qəbuledicisinin olub-olmamasından asılıdır (bununla bağlı həmçinin bax: İPM-in 27.0.2-ci maddəsi).

İPM-in 27.0.2-ci maddəsi ilə bağlı:

Sual: Qərarın qəbulunda bir neçə inzibati orqan iştirak edibsə, cavabdeh qismində kim çıxış etməlidir?

Cavab: Səlahiyyətli inzibati orqanın „son qərarı“nın qəbulundan əvvəl üçüncü inzibati orqanların iştirakı ilə bağlı qəbul edilmiş daxili aktlar həmin üçüncü inzibati orqanların cavabdeh olmalarını bildirmir. Yalnız iddiaçıya münasibətdə xaricə yönəlik fəaliyyət göstərmiş və ya göstərməli olan inzibati orqan cavabdeh qismində çıxış edə bilər. İnzibati məhkəmə icraatı zamanı bu cür „üçüncü“ inzibati orqanların icraata cəlb edilməsi barədə də düşünmək olardı. Lakin Almaniyada bu imkandan o vaxt istifadə olunur ki, müvafiq inzibati orqanın öz hüquqları olsun (məsələn, özünün planlaşdırma səlahiyyəti olan bələdiyyə). Hər hansı bir üçüncü inzibati orqanın sadəcə inzibati qərarın qəbulunda iştirak etməsinə dair səlahiyyətinin olması alman nöqteyi-nəzərindən həmin orqanın inzibati məhkəmə icraatında iştirakını təmin etməyə əsas vermir. Bununla bağlı belə bir mövqedən çıxış edilir ki, inzibati məhkəmə icraatının gedişində üçüncü inzibati orqanla mövqelərin razılaşdırılması/uzlaşdırılması cavabdeh inzibati orqanın işidir. Ona görə də məhkəmədən bu kimi orqanları (sadə qaydada) icraata cəlb etməkdən artıq bir şey tələb edilə bilməz.

 İPM-in 36.1 və İİHQ-nin 65-ci maddələri ilə bağlı:

Sual:İnzibati aktın etibarsızlığının tanınması haqqında iddianın uğursuz olmuş mübahisələndirmə haqqında iddiadan sonra da qaldırılması mümkündürmü?


Cavab: Mübahisələndirmə haqqında iddia mümkün hesab edildiyi hallarda onun əsaslı olub-olmamasına münasibətdə mübahisələndirilən inzibati aktın qanuna zidd olub-olmaması (bax: İPM-in 70.1-ci maddəsi) yoxlanıldığı üçün belə bir iddianın rədd edilməsi ilə əslində hüquqi cəhətdən həmin inzibati aktın qanuni olması təsbit edilmiş olur. İİHQ-nin 65-ci maddəsində inzibati aktın etibarsızlığına dair sadalanmış bütün əsaslar eyni zamanda inzibati aktın qanunsuz olmasına səbəb olan əsaslardır. Burada söhbət hətta inzibati aktın etibarsızlığına aparıb çıxaran xüsusilə ağır qüsurlardan gedir. Bu o deməkdir ki, hər hansi bir inzibati aktın mübahisələndirilməsinə dair iddia rədd edildikdən sonra həmin inzibati aktın etibarsızlığının tanınması haqqında iddia artıq mübahisələndirmə haqqında iddiaya dair çıxarılmış məhkəmə qərarının hüquqi qüvvəsi baxımından uğurlu ola bilməz. Lakin İİHQ-nin 65-ci maddəsində qeyd olunan etibarsızlıq əsaslarından biri sonradan yaranmış olarsa (məsələn, İİHQ-nin 65.1.5-ci maddəsinə əsasən inzibati aktın icrasını qeyri-mümkün edən faktiki səbəb mübahisələndirmə haqqında iddia üzrə məhkəmə qərarının qəbulundan sonra meydana çıxarsa), bu zaman məsələyə ayrı cür yanaşıla bilər.  
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı

No comments:

Post a Comment