başqa magistrlərin qərarları presedent kimi çıxış edirdi. Orta əsrlərdə presedent hüququn
mənbəyi kimi daha çox İngiltərədə işlənməyə başlanmışdır. Normandiya lideri I Vilyam 1066-
cı ildə İngiltərəni zəbt edəndən sonra krallığın səyyar məhkəmələrini yaratdı ki, onlar işləri
yerində həll edib, qərar verirdilər. Həmin qərarlar anoloji işlərə baxılarkən əsas götürülürdü və
eyni məzmunlu qərarlar qəbul olunurdu. Beləliklə, presedentlər vahid bir sistem kimi
formalaşmağa başladı ki, anqlosakson hüquq sistemində hüququn mənbəyi kimi qəbul olundu.
Hüquq məkanında presedent anlayışı, məhz anqlosakson hüquq sisteminə aid olunan
hüquq mənbəyi kimi başa düşülürdü. Son dövrlərə qədər kontinental hüquq sisteminə aid olan
dövlətlərdə, o cümlədən ölkəmizdə məhkəmə presedentinə istinad edilməsinə yol verilmirdi.
Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi haqqında" 2006-cı il 19 yanvar tarixli fərmanından sonra
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi önə çəkildi. Bu, yeni
bir təkamül prosesinin başlanğıcı oldu.
Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Konvensiyanın
46-cı maddəsinə müvafiq olaraq, Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul
edəcəyi qərarlar qəti olmaqla, bütün dövlət orqanları, o cümlədən, məhkəmələr üçün
məcburidir. Həmin maddənin tələbinin pozulmaması üçün dövlətdə müvafiq mexanizm olmalı,
milli məhkəmələr tərəfindən Avropa Məhkəməsinin presedent hüququna müraciət edilməlidir.
Konvensiyanın yaratdığı hüquq qaydasının konseptuallığı bir çox hallarda onunla izah olunur
ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları iştirakçı dövlətlərin Ali və
Konstitusiya məhkəmələrinin qərarlarında nəzərə alınır, bu da həmin qərarların birbaşa
dövlətin daxili hüququna öz təsirini göstərir.
Bəşər sivilizasiyanın ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının
qəbul etdiyi ən qiymətli nailiyyətdir. İnsan hüquqlarına ehtiram, insan hüquqlarının müdafiəsi
sivil dünyaya qovuşmağın əsas yoludur. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən
Azərbaycanda hakimiyyətə gələndən sonra, insan hüquqları dövlətin strategiyasının əsas
istiqaməti olmuşdur. Həmin vaxtlar iqtisadi çətinlik və qeyri-sabit durumun mövcud olmasına
baxmayaraq, ümummilli liderimiz bəşəri dəyərləri dövlətimizin əsas siyasi xətti kimi bəyan
edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ölkəmizin inkişaf yolu kimi
müəyyənləşdirmişdi. Dünyada çox az Konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir
hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası
Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquqlarına həsr edilib. 1998-ci ildə ölüm
hökmünə monitorinq qoyuldu, daha sonra bu cəza növü ölkəmizdə tamamilə ləğv edildi. Onu
da qeyd edək ki, Konstitusiyamızın tələblərinə uyğun olaraq qəbul olunan milli
qanunvericiliyimiz ən müasir tələblərə cavab verir.
Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2006-cı
il tarixli fərmanı ilə ölkəmizdə öyrənilməsi və tətbiqinə başlamış presedent hüququ ötən iki il
ərzində öz tərəqqisini tapmışdır. Bunun üçün qısa müddət ərzində lazımi tədbirlər görülmüş və
ən başlıcası Azərbaycan Respublikası Ali Məhkəməsinin Ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa
Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin
tətbiqi haqqında" qərarı bu işin ardıcıl və keyfiyyət aparılmasına geniş imkanlar açmışdır. Odur
ki, Ali Məhkəmənin Prezident fərmanının icrası ilə bağlı bu qərarı əhəmiyyətli və vaxtında
qəbul edilmiş qərar kimi qiymətləndirilir. Çünki, pozulmuş hüquqların bərpası sonda
məhkəmələrdə bərpa olunur, odur ki, məhz məhkəmələr tərəfindən presedentlərin öyrənilməsi
zəruri hesab edilmişdir. Artıq Avropa presedentlərinin öyrənilməsinə bütün hüquqşünaslar, ilk
növbədə hakimlər maraq və həvəs göstərirlər ki, bu da məhkəmələrdə insan hüquq və əsas
azadlıqlarının müdafiəsində yeni Avropa modelinin tətbiqinə daha geniş imkanlar yaradır.
Əminliklə demək olar ki, artıq ölkəmizdə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent
hüququnun öyrənilməsinə mühüm diqqət yetirilir. Əsası ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulmuş insan hüquqları sahəsində məqsədyönlü islahatlar möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və bu islahatlar
sayəsində Azərbaycan yeni-yeni nailiyyətlərə qovuşur.
Hakimiyyətin bir qolu olan məhkəmə hakimiyyətinin rolu və əhəmiyyəti, nüfuzu
cəmiyyətdə çox vacib sayılır. Məhkəmə-Hüquq Şurasının səyi ilə məhkəmələrin fəaliyyəti
Avropa tələblərinə uyğunlaşdırılır. Odur ki, bu gün iftixar hissi ilə demək olar ki, məhkəmə
hakimiyyəti xalqın etibarını qazanmışdır. Məhz yüksək səviyyəli, hazırlıqlı hakim korpusunun
mövcudluğu nəticəsində, ədalətli qərarların qəbul olunmasına nail olunur.
Xüsusən, qeyd olunmalıdır ki, hakimliyə namizədlər üçün keçirilən təlim kurslarında
Avropa Məhkəməsinin strukturu, iş təcrübəsi və presedent hüququ barədə geniş məlumat
verilir, milli məhkəmələrin fəaliyyətində beynəlxalq hüquq normalarının, xüsusilə, insan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası tələblərinin nəzərə
alınmasının zəruriliyi barədə dəyərli tövsiyələr verilir. Bunun üçün Avropadan ən təcrübəli
ekspertlər dəvət edilir, onlar bu kurslarda mühazirələr oxuyurlar, president hüququnun tətbiqi
təcrübəsindən danışırlar.
Natiq ABBASOV
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment