Qısqanclıq niyyəti ilə arvadı Aynur Mamalıyevanın qarın nahiyəsinə bıçaqla zərər yetirdiyi üçün qəsdən sağlamlığına ağır zərər vurmaya görə təqsirləndirilən Ərşad Mamalıyevin işinə baxılarkən müəyyən olunur ki, qonşusunun işə qarışması nəticəsində Ərşad cinayət əməlini başa çatdıra bilməmiş, yalnız vaxtında xəstəxanaya çatdırıldığı
üçün Aynurun həyatını xilas etmək mümkün olmuşdur. Təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinə etiraz edən təqsirləndirilən şəxsin müdafiəçisi öz mövqeyini xəsarətin həyat üçün təhlükəli olmaması ilə əsaslandırır.
Diqqət sual: Məhkəmə nə etməlidir?
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment