Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq sülh və təhlükəsizliyin, insan hüquqlarının,
dövlətlərarası və beynəlxalq münasibətlərin pozulmasına səbəb olan bir sıra qlobal problemlərin, ilk növbədə beynəlxalq terrorizm, separatizm, dini ekstremizm, sürətlə silahlanma kimi problemlərin müzakirəsi və bu problemlərə qarşı mübarizə zərurəti getdikcə daha geniş təhlükəli xarakter almağa başlamışdır. BMT Nizamnaməsində beynəlxalq cinayətkarlığın ən qatı növlərindən biri kimi məhkum edilən beynəlxalq terrorizm hal-hazırda dünyada ən aktual məsələlərdən biri olub, aşağıdakı səbəblərlə xarakterizə edilə bilər. Birincisi, aından göründüyü kimi, problem beynəlxalq təhlükə halındadır və beynəlxalq aləmdə bütün səylər bu problemin həllinə yönəlmişdir. Hətta dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT beynəlxalq terrorizmə qarşı getdikcə daha ciddi mübarizə aparır.
ABŞ-da 11 senyabr 2001-ci il faciəsindən sonra BMT Baş Məclisinin sessiyalarında BMT-in 6-cı komitəsinin hazırladığı “Beynəlxalq terrorizm haqqında hesabat” mütəmadi müzakirə edilir və müvafiq qərarlar qəbul edilir. Həmçinin BMT çərçivəsində beynəlxalq terrorizmlə mübarizə haqqında bir neçə Konvensiya və deklorosiya imzalanmış, qətnamələr qəbul edilmişdir. Məsələn, 9 dekabr 1999-cu il tarixli “Maliyyə terrorizminə qarşı mübarızə haqqında” beynəlxalq Konvensiyanı, habelə 1269 (1999-cu il), 1368 (2000-ci il), 1373 (2001-ci il), saylı BMT TŞ-ın qətnamələrini nümunə kimi göstərmək olar.
Terrorizmlə mübarizədə BMT ilə yanaşı digər beynəlxalq və regional təşkilatlardan İnterpol, ATƏT, NATO, MDB, ADT, Ərəb Dövlətləri Liqası və s. təşkilatların adını göstərmək olar ki, bunlar da BMT kimi öz nizamnamələrində beynəlxalq cinayətkarlığın bütün növlərinə, o cümlədən də terririzmə qarşı mübarizəni hədəf seçmişlər.
Beynəlxalq terrorizmə qarşı mübarizəni aktual edən ikinci məsələinsan hüquqlarını müdafiəsi ilə bağlıdır. Məlum olduğu kimi insan hüquqlarının qorunması müxtəlif beynəlxalq konvensiyalarda müəyyən olumuşdur. Məsələn, BMT Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş “İnsan hüquqları haqqında ümumi bəyannamə”, BMT Baş Məclisinin 1966-ci il dekabrın 16-da təsdiq etdiyi beynəlxalq paktlar buna misal ola bilər. Ancaq terror aktını həyata keçirənlər üçün insan hüquqlarını hansı konvensiya və necə qotunması heç bir əhəmiyyət kəsb etmir.
Problemin araşdırılmasında əsas məqsəd, bir tərəfdən beynəlxalq terrorizmin beynəlxalq problem kimi prioritet təşkil etməsinin, ikinci bir tərəfdən isə terrorizmdən əziyyət çəkən dövlətlərin antiterrorizm soyasətinin gündəliyə gətirilməsinin mahiyyətinin üzə çıxarılmasıdır. Dövlətlərarası əməkdaşlıq dəyişdikcə, beynəlxalq terrorizmin öz inteqrasiyasi, mərkəzləşməsi prosesi gedir.
Məlum olduğu kimi, terrorizmə qarşı mübarizə beynəlxalq və milli səviyyədə aparılır. Beynəlxalq terrorizm müasir beynəlxalq koordinatlar sisteminin mövcudluğu və inkişafı üçün ən qorxulu təhlükə məınbəyi kimi çıxış edir. Terrorizm sivil dünyanı hədəf götürmüş qlobal cinayətkarlığın ən dəhşətli təzahürüdür.
XXI əsrin ilk ili nəinki köhnə təhlükələrin aradan qaldırıldığını, əksinə dünya üçün yeni keyfiyyətdə kriminal hədələrin meydana gəldiyini göstərdi. Beynəlxalq terrorizm adlı ümumbəşəri təhlükənin ünvanladığı məkan ABŞ (Nyu-York və Vaşinqton), faciənin qeydə alındığı zaman isə 11 sentyabr 2001-ci il tarixi ilə hüdudlandı. Terror aktları nəticəsində ABŞ 1941-ci il 7 dekabr tarixli Pörl-Harborda Yaponiyanın zərbələrinə tuşlanarkən məruz qaldığı itkilərdən təxminən iki dəfə çox tələfata məruz qalmışdır.
Qeyd edək ki, ABŞ terrorizmlə mübarizəyə gündə 30 milyon dollar və yaxud ayda təxminən 1 milyard dollar xərcləmək məcburiyyətindədir. Müasir terrorizm dağınıq və xaotik fəaliyyəti ilə yox, planlı, məkrli, məskunlaşmış və transmilli məzmuna malik xarakteristikası ilə seçilir.
Müasir terrorizm üçün aşağıdakılar səciyyəvidir :
- terror aktlarının kəmiyyət artımı, onların xüsusi amansızlıqla icrası;
- bu aksiyaların nəticələrinin iri miqyası;
- ayrı-ayrı dövlətlərin öz geosiyasi təsir dairəsini genişləndirmək üçün terrorçu qruplaına himayədarlıq etməsi;
- terrorçuların peşəkarlığı və xüsusi hazırlıq səviyyəsinin getdikcə güclənməsi;
- terrorçu qruplaşmaların beynəlmiləl xarakteri;
- mümkün tətbiqi məqsədilə terrorçuların kütləvi qırğın silahı (KQS) əldə etməyə cəhd göstərməsi;
- daha təhlükəli terrorçu qruplaşmaların texniki təchizatının yüksək səviyyəsi;
- ölkədaxili və beynəlxalq terrorizm arasında sərhədlərin aradan qalxması;
- beynəlxalq terrorçu təşkilatlar arasında sıx əlaqələrin qurulması;
- beynəlxalq terrorçu təşkilatların liderlərinin öz mübarizələrini milli-azadlıq hərəkatı adı altında pərdələməyə cəhd göstərməsi;
- terrorizmin yeni növlərinin meydana gəlməsi;
- terrirozmin separatçılıqla bağlılığı və s.
Son dövrlər böyük dövlətlərin, ilk növbədə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş səkkiz böyük dövlətinin – ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın terrorizmə qarşı birgə mübarizəsi, beynəlxalq terrorizmin qarşısının alınmasında və ləğv edilməsində əhəmiyyəti böyükdür. Böyük Yeddilərin ilk görüşü 1975-ci il 15-17 noyabr tarixində Fransanın Rambuye şəhərində keçirilmişdir. Daha çox iqtisadi problemlərin aradan qaldırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi məsələlərinin müzakirə olunduğu bu görüşlərdə həmçinin dünyanın siyasi problemləri də müzakirə obyekti olmuşdur.
XX yüzilliyin 70-ci illərinin sonlarında terrorizm beynəlxalq münasibətlərdə öz həllini gözləyən problem kimi ortaya çıxdıqdan sonra artıq Böyük Yeddilər qruounun görüş və məsləhətləşmələrində də terrorizm problemləri müzakirələrə yol açmışdır. Bu elə vaxt idi ki, terror hədəfləri sırasına artıqdiplomatik təmsilçiliklər və beynəlxalq toxunulmazlıq hüququ olan şəxslər, mülki aviasiya, mülki obyektlər və s. daxil olmuşdu. Böyük Yeddilərin kollektiv antiterrozim siyasətini həyata keçirməsinin və problemə öz münasibətini bildirməsinin əsası 1980-ci il 22-23 iyun tarixləri arasında İtaliyanın Venesiya şəhərində keçirilən altıncı görüşdə qoyulmuşdur. Bu görüşdə iqtisadi bəyannamə və və diplomatik şəxslərin girov götürülməsi ilə bağlı bəyanat qəbul edilmişdir. Bəyanatada deyilirdi ki, diplomatik və konsulluq əmkdaşlarına yönəldilmiş terror aktlarından, o cümlədən onların girov götürülmələrindən dərin narahatçılıq keçirən dövlət və hökümət başçıları bu cür aktlarla mübarizə aparmaq qərarına gəldiklərini bəyan edirlər.
Böyük Yeddilər bütün dövlətləri girov götürmələrə qarşı Beynəlxalq Konvensiyaya, həmçinin 1973-cü2 ildə imzalanmış beynəlxalq himayə altında olan şəxslərə qarşı yönəldilmiş cinayətlərin ləğv edilməsi və cəzalandırılması haqqında Konvensiyaya əməl etməyə çağırmışdır. Dövlət və hökümət başçıları beynəlxalq hüquq normalarına zidd olan diplomatik və konsulluq əməkdaşlarının girov götürülməsi hallarını pisləmişdir. Dövlət və hökümət başçıları hesab etmişlər ki, bütün dövlətlər bu cür halların qarşısının alınmaslı məqsədilə müvafiq tədbirlər görməlidirlər. Bəyanatda həmçinin o da vurğulanır ki, ölkədə fəaliyyət göstərən diplomatik və konsulluq missiyaları belə terror aktı ilə üzləşərsə onlara dərhal kömək göstərilməlidir. Bəyanatı imzalayan dövlətlər beynəlxalq hüquq qarşısında öhdəlik götürən dövlətrləin terrorizmə qarşı mübarizədən boyun qaçırması hallarını pisləyirlər.
1981-ci il iyulun 20-21-də Kanadanın paytaxtı Ottavada Böyük Yeddilərin 7-ci görüşünün sonunda terrorizm haqqında bəyanat qəbul edilmişdir. Bəyanatda dövlət və hökümət başçıları son zamanlar beynəlxalq terrorizmə, terror təşkilatlarına maddi və hərbi dəstəyin artırılmasından, terrorçu qruplara sığınacaq verilməsindən, terrorçular üçün təlim düşərgələrinin yaradılmasından, həmçinin hava gəmilərinin, diplomatik missiya və konsulluq əməkdaşlarının girov götürülməsindən dərin narahatçılıq keçirdiklərini bəyan etmişlər. Görüş iştirakçıları beynəlxalq təhlükə halına gəldiyinə görə ona qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ön plana çəkirdilər.
Bəyanatda həmçinin mart ayında Pakistan Hava Yolları şirkətinə məxsus təyyarəni girov götürən terrorçulara Əfqanıstanın dəstək verməsi ilə bu dövlətin Haaqa Konvensiyasını pozduğu göstərilmişdi.
Böyük Yeddilər Əfqanıstanın bu konvensiyanı pozduğuna görə digər dövlətləri Əfqanıstanla hava əlaqələrini kəsməyə çağırmışlar. 1978-ci ildə Bonn, 1980-ci ildə Venesiya və 1981-ci ildə Ottava bəyanatının qəbul edildiyi dövrdən indiyədək keçmiş dövr ərzində müasir terrorizm növlərinin, o cümlədən terror aktlarını narkotik maddələr ticarəti ilə sıx əlaqələrinin meydana çıxdığını əks etdirirdi. Böyük Yeddilər bir çox dövlətlərin terrorizmə dəstək vermədsi hallarını pisləmiş və dövlətlərin terrorizmə kömək edərkən diplomatik imtiyazlardan istifadə etməsi hallarına qarşı çıxmışlar. Bəyannaməni imzalayan dövlətlər aşağıdakıları öhdəliyə götürürdülər :
- polis və təhlükəsizlik orqanları, həmçinin digər səlahiyyətli orqanlar arasında sıx əməkdaşlıq, kəşfiyyat, texniki və informasiya mübadiləsinin genişlənməsi.
- Hər bir dövlətin milli qanunvericiliyində olan və terrorçular tətəfindən istifadə edilməsi ehtimal olunan qanun boşluqlarının aradan qaldırılması;
- Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyaya məxsus iqamətgahların və diplomatik toxunulmazlıq hüququna malik digər tikililərin zəbt edilməsi zamanı güc tətbiq etmək;
- Hər hansı dövlətin terrorizmə yardım edən dövlətlərlə silah ticarətinin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görmək;
- Beynəlxalq terrorçuların və diplomatik statusa malik, lakin terrorizmlə əlaqəsi olan şəxslərin ölkədən çıxarılması sahəsində əməkdaşlığı və məsləhətləşmələri gücləndirmək;
Qeyd etmək lazımdır ki, beynəlxalq terrorizm qloballaşan dünyada qlobal təhlükə mənbəyi kimi çıxış edir ki, 11 sentyabr 2001-ci il terror aktları bu həqiqəti bir daha təsdiqlədi. Digər həqiqət bu ümumbəşəri bəlaya qarşı ardıcıl, dinamik, çoxtərəfli və qətiyyətli mübarizənin təşkili və aparılması zərurəti ilə bağlıdır. Antiterror mübarizənin təşkili zəruri beynəlxalq-hüquqi bazanın yaradılması vəzifəsi ilə sıx bağlıdırş bu istiqamətdə artıq müəyyən addımlar atılmış, belə ki, BMT-nin himayəsi altında 1997-ci ildə bimba terrorizminə qarşı, 1999-cu ildə isə maliyyə terrorizminə qarşı mübarizə haqqında beynəlxalq konvensiyalar qəbul olunmuşdir.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə qəbul etdiyi 1269 saylı qətnamədə terrorizm əleyhinə mübarizədə istinad edilə biləcək mühüm sənədlər sırasındadır. BMT TŞ-nın 2001-ci il 28 sentyabr tarixli 1373 saylı qətnaməsi dünya birliyi tərəfindən müsbət qarşılanmışdır. Qətnamə milli, regional və universal səviyyədə BMTnin himayəsi altında beynəlxalq terrorizmə qarşı kompleks tədbirlərin həyat keçirilməsini nəzərdə tutur.
Bu tədbirlərin yerinə yetirilməsi mütləq xarakter daşıyır, onlara riayət olunmaması isə BMT TŞ-nın sanksiyaları ilə müşayiət oluna bilər. Sözügedən praktik tədbitlər aşağıdakıları ehtiva edir :
- terror aktlarının maliyyələşdirilməsinin qarşısısının alınması;
- terrorizmi müdafiə məqsədilə istənilən ölkənin ərazisində qəsdən vəsaitlərin verilməsi və toplanmasına görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi;
- terrorçu fəaliyyətlə bağlı fiziki şəxs və təşkilatların vəsait, maliyyə aktivləri və iqtisadi resurslarının dərhal nəzarətə alınması;
- terrorçuların “alınması” və onların silahla təchiz olunması kimi fəaliyyət sahəsi ilə məşğul olan dövlətlərə qarşı sərt mövqenin tutulması;
- terrorçuların və terror qruplaşmaların hərəkət azadlığının qarşısını almaq üçün sərhəd nəzarəti tədbirlərinin gücləndirilməsi;
- terror aktlarının qarşısını almaq məqsədilə bütün dövlətlər arasında əməkdaşlığın və informasiya mübadiləsinin həyata keçirilməsi, belə aksiyaların keçirilməsində günahkar olanlara qarşı cəza tədbirlərinin qəbul edilməsi.
Bütün dövlətlərin tezliklə müvafiq beynəlxalq konvensiyalara və protokollara, o cümlədən 9 dekabr 1999-cu il tarixli maliyyə terrorizminə qarşı mübarizə haqqında beynəlxalq konvensiyaya qoşulması, habelə 1269 (1999-cu il), 1368 (2001), 1373 (2001) saylı BMT TŞ-nın qətnamələrini yerinə yetirməsi. Beynəlxalq terririzm vaxtdan-vaxta zahiri dəyəşikliyə də məruz qalmağı bacarır. Belə ki, əvvəllər müxtəlif ideologiyalar adı altında həyata keçirilən terror aktları günümüzdə şəklini dəyişdirərək din pərdəsinə bürünmüşdür. Əfqanıstandakı Əl-Qaidə təşkilatı din adı altında fəaliyyət göstərən təşkilatlara misal ola bilər. Bu təşkilat iddia edir ki, müsəlmanlar Qərb dövlətlərinin istilası altındadır və bu vəziyyətdən xilas olmaq üçün terror ən yaxşı vasitədir. Məlumdur ki, bütün müsəlmanlar bu mövzuda həmrəy deyil. İstilanın olduğunu qəbul etməyənlər və qəbul etdiyi halda terroru mübarizə metodu görməyənlər də çoxdur.
Terror bir mübarizə üsulu olaraq İslam fəlsəfəsinə yad olduğu üçün bu yolu qəbul edənlər müsəlmanlar arasında o qədər də çox deyil. Lakin azlıq təşkil edən qrup əlindəki maddi imkanlardan istifadə edərək ehtiyac içində boğulan, dini və bəşəri elmlər sahəsində kifayət qədər biliyi olmayan gəncləri öz təsiri altına sala bilir. Müsəlman ölkələrində belə faciəli mənzərənin ortaya çıxmaması üçün əvvəlcədən bəzi tədbirlər görülməlidir. Məsələn, sosial və iqtisadi cəhətdən geriliyə son qoymaq, insanların dini və dünyəvi savadlanmasına nail olmaq, dünya xalqları arasında mədəni dəyərlərin artırılmasına çalışaraq, kin və düşmənçiliyi aradan qaldırmaq və s.
Terrorizmlə mübarizədə bunlarla yanaşı, inzibati üsullardan da istifadə edilməsi zəruridir. Kifayət qədər ciddi səbəblərin olub-olmamasından asılı olmayaraq, hər dövrdə müxtəlif mövzuları sui-istifadə edərək terrorizmi alət etmək istəyənlər tapılır. Belə halların qarşısını almaq üçün dini imkanlardan geniş istifadə olunmalıdır. Terrorizmin maliyyə qaynaqları, təbliğat mexanizmi, silah gücü, daxili və xarici əlaqələrin müəyyənləşdirilməsi, lazım gəldikdə isə güc tətbiq edilərək zərərsizləşdirilməlidir.
Beynəlxalq terrorizmlə mübarizədə qarşıya çıxan ən böyük problemlərdən biri terror anlayışının hüquqi izahıdır. Beynəlxalq miqyaslı hər hansı bir hadisənin səbəbkarı olan şəxs və ya şəxslərin bir dövlətdə qəhrəman digər dövlətdə isə terrorçu kimi qələmə verilməsi mümkündür. Bu da öz növbəsində terrorizmlə bağlı beynəlxalq hüquqi normativlərin yaranmasına əngəl törədir. Terrorizmin hamılıqla qəbul edilən müştərək izahı yoxdur. Dövlətlərin terrorizmlə bağlı mövqelərindəki fərqi 1936-1981-ci illər arasında bu anlayışa 109 fərqli izahın verilməsiylə göstərmək olar. Hətta eyni dövrlərin müxtəlif vaxtlarda fərqli izahlarına da rast gəlmək mümkündür. ABŞ-ın rəsmi sənədlərində terrorizmə münasibətdə bir neçə fərqli yanaşma mövcuddur. Meqaterrorizm, super terrorizm, kütləvi qırğın silahlı terrorizm və son vaxtlarda siə dağıdıcı terrorizm anlayışı bunlara misal ola bilər.
Terror anlayışına müxtəli yanaşma özünü BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, habelə digər regional qurumların sənədlərində də özünü aydın şəkildə göstərir. Problemə fərqli mövqeləri nəzərə çatdırmaq üçünQərb müəlliflərindən B.Cenkinsonun terrorizmə verdiyi tərifə baxaq :
“Beynəlxalq terror, qəbul edilmiş və qüvvədə olan beynəlxalq normativlər, diplomatik qaydalar və müharibə qaydalarını pozaraq həyata keçirilən, mövcud sistemə qarşı yönəldilmiş və qəddarlığa əsaslanan davranışlardır”.
Məlum olduğu kimi terrorizmin ləğv edilməsi məqsədilə aparılan mübarizədə terrorizmin maliyyələşdirilməsinin qarşısısnın alınması antiterrorizm siyasətində başlıca məsələdir. Mövcud tədqiqatlarda terrorizmin qaynaqlarını üç qrupa bölürlər.
1. Dövlətlər tərəfindən həyata keçirilən terror siyasəti – dövlət terrorizmi. 2003-cü il körfəz böhranı ərəfəsində BMT və ABŞ Dövlət Departamentini açıqlamalarına görə, terroru dəstəkləyən dövlətlərin sırasına İraq, İran, Suriya, Sudan, Çin, Şimali Koreya, Kuba və Liviya daxildir.
2. Terror təşkilatlarının özünü maliyyələşdirməsi. Bu təşkilatlar beynəlxalq cinayətkarlığa aid edilən narkobiznes, qeyri-qanuni silah ticarəti, insan alveri, girovgötürmə, qaçaqmalçılıq, saxta pul dövriyyəsi, müxtəlif xarakterli ianə və s. istifadə etməklə külli miqdarda kapital əldə edir və bunu məqsədyönlü terrorizmə sərf edirlər.
3. Birbaşa terrorla məşğul olmayan, lakin terror əməliyyatlarının həyata keçirilməsində maraqlı olan təşkilat, qrup və s. maliyyələşdirdiyi terrorçu təşkilatlar. Belə maliyyə dəstəyi daha çox daxili etnosiyasi münaqişələrdə özünü göstərir. Müasir dünya diplomatiyasında buna çoxsaylı nümunələr göstərmək olar.
Başa vurduğumuz yüzillikdə terrorizmin çiçəklənməsinə dünyada baş verən qloobal siyasi proseslər və ərazi münaqişələri də əhəmiyyətli şəkildə təsir etmişdir. Buna tipik nümunə kimi, üfüqləri hələ də görünməyən Fələstin problemini göstərmək olar. Məlum olduğu kimi, 1947-ci il noyabrın 29-da BMT Baş Məclisi Fələstin torpaqlarının 2 dövlətə - ərəb və yəhudi dövlətlərinə bölünməsi, Qüds şəhərinə isə özünüidarə hüququnun verilməsi haqqında 181/II saylı qətnamə qəbul etmişdi. Lakin 1948-49 və 1967-ci il müharibələrində İsrail Fələstin ərazisinin bir hissəsini zəbt etdikdən sonra Fələstinin azadlığı üçün sivil yollarla mübarizə aparan Fələstin Azadlıq Təşkilatı ilə yanaşı bir neçə terrorçu təşkilat da yarandı. Bunlara Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhəni, Həməsi, Hizbullahı, Fələstin İslami-Cihad təşkilatını vəs. göstərmək olar.
Antiterror mübarizəsində böyük dövlətlərin fəaliyyətinə ayrıca toxunmaq lazımdır. Müasir dünya siyasətini müəyyənləşdirən bu dövlətlərin terrorizmə qarşı mübarizədə iştirakı antiterrror əməliyyatlarına xüsusi dəstək verir. 2001-ci il 11 sentyabr terror aktlarından sonra dünya birdən-birə vahid mərkəzdən idarə olunan beynəlxalq terrorizmin gücü qarşısında aciz qaldığını hiss etdi və ona qarşı mübarızədə iki xətt götürüldü : beynəlxalq terrorizmə qarşı hüquqi bazanın yaradılması, praktiki fəaliyyətin ümumplanet miqyası alması.
Ümumplanet miqyasında həyata keçirilən bu mübarizə istiqamətində dövlətlər mühüm rol oynayırlar. Rusiya Federasiyasında “Terrorizmlə mübarizə haqqında” 1998-ci il 25 iyul tarixli qanun qəbul edilib. 2001-ci ilin yanvar ayında siə Rusiya “bomba terrorizmi ilə mübarizə haqqında” beynəlxalq konvensiyanı imzalamışdır. Rusiya artıq BMT-nin 12 antiterror konvensiyasının 10-un iştirkaçısına çevrilmişdir.
Böyük Britaniyanın “Terrorizmlə mübarizə haqqında” qəbul etdiyi qanunda şəxslər və təşkilatlara qarşı təkcə Böyük Britaniyada yox, onun hüdudları xaricində də törətdikləri terror aktlarına qarşı da mübarizə aparəılması nəzərdə tutulmuşdu.
2001-ci il 11 sentyabr terror aktından sonra Avropa İttifaqı beynəlxalq terrorizmlə mübarizə proqramı hazırlamış, sənəd 2001-ci il oktyabrın 19-da Avropa İttifaqının dövlət və hökumət başçılarının sammitində təsdiqlənmişdi. Proqram antiterror cəbhəsində qüvvələrin səfərbərliyə alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq terrorizmə qarşı mübarizənin hüquqi tənzimlənməsi istiqamətində
Azərbaycan Respublikası da mühüm addımlar atmışdır. Belə ki, ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan Avropa Şurasının “Ekstardisiya haqqında” 1957-ci il tarixli konvensiyanı və onun iki əlavə protokolunu, “Terrorizmlə mübarizə haqqında” 1977-ci il konvensiyasını, “Cinayət fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərin təmizə çıxarılması, açkar edilməsi, alınması və müsadirə edilməsi haqqında” 1972-ci il konvensiyası və digər çox mühüm konvensiyalara qoşulmuşdur.
Antiterror kompaniyasının təşkilatçısı kimi çıxış edən ABŞ çoxsaylı proqramların reallaşdırılması üçün konkret işlər görür. Keçən yüzilliyin 80-ci illərinin sonu – 90-cı illərinijnh əvvələrində qəbul edilmiş Vaşinqton, Kartoxen və Monaqya protokolları təkcə beynəlxalq münasibətlərdə güc tətbiq edilməsinə qarşı yox, həm də terrorçuluğa qarşı istiqamətləndirilmişdir. ABŞ Dövlət Departamentinin qəbul etdiyi “Terrorizmə sədd” və “Terrorizmlə mübarizədə yardım proqramı” adını almış sənədlər terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədən tutmuş, məqsədli kadr hazırlığınadək bir çox məsələlərə aydınlıq gətirmişdir. Hər iki proqram terrorizmlə bağlı informasiyaya görə böyük miqdarda pul mükafatlarının verilməsini də nəzərdə tuturdu.
ABŞ konqresinin ayrı-ayrı sənədləri, xüsusilə “Terrorizmlə mübarizə və ölüm hökmü”, “Beynəlxalq cinayətkarlığa nəzarət aktı”, “Nam-Luqer-Domeniç proqramı” (müəlliflərin adları ilə) və s. sənədlərdə beynəlxalq terrorizimə qarşı mübarizənin konkret sahələri, yolları və vəzifələri müəyyənləşdirilirdi.
ABŞ konqresinin faciədən on gün sonra – 21 sentyabr tarixində qəbul etdiyi “Hava nəqliyyatının təhlükəsizliy və sabitlik sistemi” aktı terror aktları nəticəsində ziyan çəkmiş aviokompaniyalara kompensasiyaların ayrılması, 18 sentyabr və 25 oktyabr 2001-ci tarixli qanunları isə terrorizmə qarşı mübarizənin konkret istiqamətlərini əks etdirirdi.
Müasir sosialoji tədqiqatlar, psixoloji analiz və müşahidələr göstərir ki, terrorizmə qarşı mübarizədə hüquqi sənədlərin qəbulu, terrorçunun fiziki cəhətdən məhv edilməsi, terrorçu təşkilatların aşkarlanması və ləğv edilməsi terrorizmin aradan qaldırılması üçün kifayət deyildir. Bunun üçün terroru doğuran şərait aradan qaldırılmalıdır. Belə şərait isə çoxsaylı faktorlarla-yoxsulluqla, milli və dini ayrı-seçkiliklə, ərazi uğrunda mübarizə və s. faktorlarla sıx bağlıdır. Qloballaşma şəraitində sərvəti nvə yoxsulluğun qütbləşməsi, varlı “Şimalla” yoxsul “Cənub” arasında münasibətlərin qarşıdurma səviyyəsinə yüksəlməsini şərtləndirəcək amillər sırasındadır. Keçən yüzilliyin sonlarında Afrika qitəsində yoxsulluq elə həddə çatmışdır ki, 1985-ci ildə BMT bu qitəni fəlakət zonası elan etmiş və 20 illik dövr üçün qitənin ərzaq və sosial problemlərinin qaydaya salınmasına 12 milyard dollar vəsait ayırmağı planlaşdırmışdır. Yoxsulluq amili inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında başlıca fərqə çevrildiyinə görə, terrorizmin güclənməsinə, terroçu təşkilatların yaranmasına və fəaliyyətinin genişlənməsinə cidii təsir göstərməkdədir.
Beynəlxalq terrorizmi doğuran faktorların içərisində təcavüzkar və qatı etnik separatizm xüsusilə təhlükəlidir. Separatçı liderlərin gətirdikləri arqumentlərin “rəngarəngliyinə” baxmayaraq dünya birliyinin üzvü olan hər hansı dövlətin yurisdiksiyasından zorla qoparılan hissə bütün hallarda tam nəzarətsiz qalır və beynəlxalq cinayətkarlığın başlıca məkanlarından birinə çevrilir ki, bunu Ermənistan – Azərbaycan ,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı faktlar əyani şəkildə göstərir. Bu gün beynəlxalq təhlükəsizliyə başlıca təhlükə mənbəyinə çevrilən və “növ müxtəlifliyi” ilə səciyyələnən beynəlxalq terrorizm dünya dövlətlərindən planetin ümumi bəlasına çevrilmiş bu təhlükəyə qarşı birləşməyi tələb edir.
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment