Terrorçuluq anlayışı, tərkibi və tövsifedici əlamətləri. 214.1. Terrorçuluq, yəni ictimai
təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət
orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir
göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli
nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər
hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə
hədələmədir.\Obyekti İctimai təhlükəsizlik, hakimiyyət orqanlarının və
beynəlxalq təşkilatların normal fəaliyyəti habelə vətəndaşların həyatı və
sağlamlığı, həmşinin mülkiyyət münasibətləridir.
Obyektiv cəhəti dispozisiyada. Subyektiv
cəhətdən birbaşa qəsdlə törədilir. Subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxsdir.\Tövsifedici əlamətlər: 214.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə; 214.2.2. təkrar törədildikdə; 214.2.3. odlu silahdan və silah
qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə; 214.2.4.
ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda.
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment