I fəsil
ÜMUMİ MÜDDƏALAR
Bu Qanun sığorta
işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə,
sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilir,
sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki
və hüquqi şəxslərin peşəkar fəaliyyətini (ekspert, aktuar, agentlik, broker və
produktor fəaliyyətini) sığorta müqavilələrindən irəli gələn münasibətlərini
tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.
Bu Qanun sosial
sığorta, o cümlədən icbari tibbi sığorta sahəsində yaranan münasibətlərə şamil
edilmir. [1]
Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər Azərbaycan Respublikasının
ərazisində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri ilə
bərabər əsaslarla sığortalanma hüququna malikdirlər. [2]
Maddə 1. Əsas
anlayışlar
Bu Qanunda
aşağıdakı əsas anlayışlardan istifadə edilir:
Sığorta -
sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində
münasibətlərdir;
Həyat sığortası -
sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə
görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat
sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə
sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə
sığortalıya qaytarılır.
Qeyri-həyat
sığortası - sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər
ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin
sığortasıdır.
Sığortalı -
sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta
müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış fiziki
şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən
başqa) və ya hüquqi şəxs;
Sığortaçı - yalnız
sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış,
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs
olan sığorta təşkilatıdır;
Sığorta riski - ehtimal
olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta
riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır;
Sığorta hadisəsi -
qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya
üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal;
Sığorta məbləği -
sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin
sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği;
Sığorta ödənişi -
sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə
dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait;
Sığorta haqqı -
sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya
verməli olduğu pul məbləği;
Sığorta tarifi -
sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən
edilən faiz dərəcəsi; [3]
Sığorta müqaviləsi
- sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı
sığorta hadisəsi zamanı sığortalıya ödənişi verməyi, sığortalı isə
müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;
Ümumi sığorta
daxili - yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin
təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət
verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında
qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır.
Frontinq sazişi -
frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta
şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komisyon
mükafatı almaqla həmin sığortaçıya risklərin tam həcmdə ötürülməsinə dair
razılaşmaqdır;
Sığorta
şəhadətnaməsi - sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin
olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir. [4]
Maddə 2. Sığorta
sistemi və sığorta haqqında qanunvericilik
1. Sığorta sistemi
müvafiq icra hakimiyyəti orqanından, sığortaçılardan, sığorta brokerləri,
agentləri və ekspertlərindən ibarətdir.
2. Sığorta
sahəsində qanunvericilik Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu
qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir. [5]
Maddə 3. Sığortaçının
müstəqilliyi
Dövlət hakimiyyəti
və bələdiyyə orqanları, qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət
funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla, sığortaçının
fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına sərəncam verə bilməzlər.
Maddə 4. Sığortaçının
öz fəaliyyəti barədə məlumat verməsi
1. Sığorta
müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə xüsusi razılıq və öz
maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə
hesabatı) və əvvəlki il üçün auditor rəyini, məlumatı təqdim etməlidir. [6]
2. Yanlış və ya
yarımçıq məlumat verməklə sığortalını çaşdıran sığortaçı qanunvericiliyə uyğun
olaraq məsuliyyət daşıyır.
Maddə 5. Sığorta
fəaliyyəti sahəsində qadağanlar
1. Sığorta
sahəsində aşağıdakılar qadağandır:
1.1. Xüsusi razılıq
olmadan sığorta fəaliyyəti;
1.2. Sığortaçının
sığorta xidmətləri bazarını inhisara alması, habelə sığorta fəaliyyətində
rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər və müqavilələr bağlaması;
1.3. Sığortaçının
bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması.
Maddə 6. Sığortaçının
adı
1. Sığortaçının
Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında "sığorta" sözü
və təşkilati-hüquqi forması göstərilməlidir. Sığortaçının adı həmçinin xarici
dildə tam və ya qısaldılmış formada yazıla bilər.
2. Sığortaçının
adında Azərbaycan Respublikasının rəmzlərindən və "Azərbaycan
Respublikası", "dövlət", "milli", "mərkəzi"
sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə olunur. Eyni addan
müxtəlif sığortaçıların istifadə etməsinə yol verilmir.
II fəsil
SIĞORTA İŞİNİN TƏŞKİLİ
Maddə 7. Sığortaçıların
təsisçiləri
Siyasi partiyalar,
ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları) istisna edilməklə,
bir və ya bir neçə hüquqi və ya fizik şəxs, bilavasitə sığorta fəaliyyətini
həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati hüquqi
formalarda sığortaçını təsis edə bilərlər. [7]
Maddə 8. Nizamnamə
kapitalı barəsində tələblər
1. Sığortaçının və
təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
2. Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallar istisna olmaqla,
sığortaçı nizamnamə kapitalını dövlət qeydiyyatına alınmazdan əvvəl tamamilə
ödəməlidir. [8]
3. Sığortaçının
nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul
vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,
dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və
dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə
edilə bilməz.
4. Nizamnamə
kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin
nizamnamə kapitalına nisbəti 25 faizdən çox ola bilməz.
5. Sığortaçının pul
şəklində ödənilmiş nizamnamə kapitalı beynəlxalq kredit reytinqlərindən müvafiq
icra hakimiyyəti orqanının göstərdiyi reytinqdən aşağı olmayan banklarda tam
həcmdə saxlanıla bilər.
6. Nizamnamə
kapitalına qoyulan əmlakın qiymətinin bazar qiymətinə üyğunluğuna müvafiq icra
hakimiyyəti orqanı nəzarət edir. [9]
Maddə 9. Hüquqi
şəxslərin nizamnamə kapitalında
sığortaçının iştirakı üçün
məhdudiyyət
Qanunvericilikdə
daha yuxarı faiz nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə və ya dolayısı
ilə hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirakı sığortaçının öz
vəsaitinin 20 faizindən artıq və bütün belə iştirakın məcmu məbləği onun öz
vəsaitinin 50 faizindən artıq ola bilməz. [10]
Maddə
10. Sığortaçının
nizamnaməsi
Sığortaçılar bu
Qanuna uyğun olaraq tərtib edilmiş nizamnamə əsasında fəaliyyət göstərirlər.
Nizamnamədə edilən
dəyişikliklər barəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə dövlət
qeydiyyatı orqanına ərizə ilə müraciət edilir və müvafiq icra hakimiyyəti
orqanına 15 gün müddətində məlumat verilir. Elan edilmiş nizamnamə kapitalının
dəyişməsi barədə məlumat həmin müddətdə müvafiq icra hakimiyyəti orqanına
verilir. [11]
Nizamnamədə
dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş
qaydada üçüncü şəxslər üçün qüvvəyə minir. [12]
Maddə
11. Sığortaçının
təşkilati strukturu
1. Sığortaçının
idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun
nizamnaməsi ilə müəyyən edilir.
2. Sığortaçının Azərbaycan
Respublikasında və xarici ölkələrdə filialları, şöbələri və nümayəndəlikləri
müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, qanunvericiliklə nəzərdə
tutulmuş qaydada açıla bilər.
3. Filiallar,
şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun
fəaliyyət göstərirlər.
4. Filialların,
şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.
Maddə
12. Sığortaçının
rəhbərlərinə qoyulan tələblər
1. Sığortaçının
rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:
1.1. Ali iqtisadi,
texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta
əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş
təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə
azı dörd il iş təcrübəsinin olması;
1.2. mülkiyyət
əleyhinə və iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət
qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi
əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması. [13]
Maddə
13. Xüsusi
razılıq
Sığortaçılar və
sığorta broker təşkilatları müvafiq sığorta növləri üzrə xüsusi razılıq
aldıqdan sonra fəaliyyətə başlaya bilərlər.
Sığorta fəaliyyəti
göstərmək üçün xüsusi razılığın verilməsi, onu verməkdən imtina edilməsi,
müvəqqəti dayandırılması və ləğv edilməsi qaydası və şərtləri qanunvericiliklə
müəyyən edilir.
Maddə
14. Təkrar
sığorta
1. Təkrar sığorta
sığortaçının sığortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə
yetirilməsi riskini başqa sığortaçıda (təkrar sığortaçıda) sığortalamasıdır.
2. Təkrar sığorta
müqaviləsini bağlamış sığortaçı sığorta müqaviləsinə uyğun olaraq sığortalı
qarşısında götürdüyü öhdəliklərə görə tam həcmdə məsuliyyət daşıyır.
Maddə
15. Şərikli
sığorta
1. Sığorta obyekti
bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu
müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və
vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
2. Yüksək risklərin
birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında
sığorta daxili yarada bilirlər.
3. Sığortalı
qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri
sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
Maddə
16. Ümumi
sığorta daxılı
1. Sığorta daxılı
həm könüllü, həm də qanunvericiliyə uyğun olaraq sığortaçıların arasında
bağlanan saziş əsasında yaradılır.
2. Saziş müəyyən
bir iri sığorta obyekti və ya sığorta növü üzrə yüksək risklərin sığortalanması
məqsədi ilə müəyyən müddətdə bağlana və ya müddətsiz ola bilər.
3. Daxıla qəbul
edilən risklərin və komissiyon mükafatının daxılın üzvlərinin arasında
bölüşdürülməsi nisbətləri sazişdə müəyyən edilir.
4. Daxıla qəbul
edilmiş risklər onun adından üzvü olan sığortaçı tərəfindən yenidən təkrar
sığortaya verildikdə, bu işdə bütün üzvlərin iştirakı, öhdəliklərinin və
komissiyon mükafatının bölüşdürülməsi qaydası daxılın üzvləri tərəfindən
müəyyən edilir.
5. Daxılın üzvü
olan sığortaçıların rəhbərlərindən (nümayəndələrindən) ibarət şura tərəfindən
idarə olunur və onun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. [14]
Maddə
17. Sığortaçılar
birliyi
1. Ölkədə sığorta
işinin iştirakı, sığortaçılar arasında əməkdaşlığın təmin edilməsi, onların
hüquq və mənafelərinin qorunması məqsədi ilə sığortaçıların birliyi (Birlik)
yaradılır.
3. Birliyin
orqanlarına seçkilərin keçirilməsi, idarə edilməsi, qərarların qəbul edilməsi
və üzvlük haqlarının verilməsi qaydası, üzvlərinin hüquq və vəzifələri
qanunvericiliyə uyğun olaraq üzvlərin ümumi yığıncağında qəbul etdikləri
nizamnamə ilə müəyyən edilir.
4. Birlik, sığorta
fəaliyyətinin inkişaf etdirilməsi üçün sığorta sahəsində tədqiqat və ixtisas
təşkilatları yarada, kurslar açsa, seminar, konfrans və digər elmi tədbirləri
təşkil edə, hüquqi şəxs olan sığorta büroları yarada bilər. Birlik
sığortaçıların beynəlxalq və Azərbaycan Respublikası assosiasiyalarının və
təşkilatlarının üzvü ola bilər.
Maddə
18. Sığorta
agenti
1. Sığorta agenti
(agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və
ya fiziki şəxs ola bilər. [16]
2. Sığorta
müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya
məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də
verilə bilər.
3. Agent müqavilə
ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik
fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta
müqaviləsini bağlaya bilər.
4. ikinci dərəcəli
agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya
hüquqi şəxsdir.
İkinci dərəcəli
agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti
verilmir.
5. Sığortaçının
idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul
işçiləri istədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta
agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.
6. Sığorta agentləri
aşağıdakı tələblərə cavab verməlidirlər:
6.1. minimum orta
məktəb təhsili;
6.2. fiziki şəxs
olan agentlərin mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində, habelə
dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və ya yerli özünüidarəetmə
orqanlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin törədilməsinə görə
məhkumluğun olmaması; [17]
6.3. fiziki şəxs
olan agentlərin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs olan
agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşdirilməsi.
7. Sığorta
agentlərinin fəaliyyəti qaydasının müəyyən edilməsini və onların uçota
alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə
19. Agentin
topladığı sığorta haqları
1. Agentlər bir
həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları
məbləğini çıxdıqdan sonra qalan hissəni ən geci növbəti həftənin son iş gününə
qədər sığortaçıya verməlidirlər. Hər gecikdirilmiş gün üçün sığortaçıya
komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödənilir.
2. Bu maddənin 1-ci
bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq edilir.
Xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya yol verilərsə,
sığortaçının onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüquqi
vardır. Bu bənddə nəzərdə tutulmuş əsaslarla müqaviləsi ləğv edilmiş agentlər
agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.
3. Agentlər sığorta
ödənişlərini verə bilməzlər.
Maddə
20. Sığorta
brokeri
1. Sığorta brokeri
(broker) sığorta müqaviləsində sığortalını təmsil edən, sığortaçının seçilməsi
zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün
hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata
keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
Təkrar sığorta
brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik
fəaliyyəti həyata keçirən brokerdir.
2. Broker
təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün
qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz
məsuliyyətini sığortalamalıdırlar.
3. Azərbaycan
Respublikasında brokerlər sığorta risklərini (24-cü maddənin 2-ci bəndində
nəzərdə tutulan sığortalar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında
olan sığortaçıların vasitəsi ilə xarici ölkələrdə sığorta və təkrar sığorta
etdirə bilərlər.
4. Mülkiyyətə
qarşı, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkum olunmuş
şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər.
5. Brokerlərin
fəaliyyətinin qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edir.
Maddə
21. Aktuari
və sığorta eksperti
1. Aktuari sığorta
qaydalarına, habelə investisiya, maliyyə, gemoqrafik və digər sahələrə aid
nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların
yaranmasının zəruriliyini nəzərə almaqla sığorta haqları və tarifləri
hesablayan və şərtlərini hazırlayan şəxsdir.
2. Sığorta eksperti
sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını, səbəblərini,
xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, yoxlama və ya araşdırmanı
həyata keçirən mütəxəssisdir.
3. Aktuari və
sığorta ekspertinin fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas
tələblərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə
22. Produktor
Produktor həm
sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin
şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini
hazırlamaqla kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir göstərə
biləcək amillərdən ona məlum olanlarını sığortaçıya bildirməsi şərti ilə
vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.
Maddə
23. Xarici
hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında sığorta fəaliyyəti
1. Xarici hüquqi və
fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq
ancaq birgə sığorta təşkilatlarını yaratmaq hüququ vardır. Bu təşkilatların
nizamnamə kapitalında xarici hüquqi və fiziki şəxslərin məcmu iştirak payı 49
faizdən artıq ola bilməz.
Azərbaycan
Respublikasında xarici sığortaçıların bilavasitə sığortaçı qismində fəaliyyəti
qadağandır.
2. Xarici sığorta
brokerləri Azərbaycan Respublikasında yerli broker təşkilatları yarada
bilərlər.
Azərbaycan
Respublikasının sığortaçıları öz üzərinə götürdükləri riskləri yerli və xarici
sığortaçılarda, o cümlədən yerli və xarici broker vasitəsilə təkrar sığortalaya
bilərlər. [19]
3. Xarici kapitalın
iştirakı ilə yaradılan birgə sığortaçıda və sığorta brokeri təşkilatlarında
rəhbər və ya onun müavinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır. [20]
Maddə
24. Azərbaycan
Respublikasında və xarici ölkələrdə edilə bilən sığortalar
1. Azərbaycan
Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının ərazisində olan sığorta obyektlərini (bu maddənin 2-ci bəndində
sadalananlar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında fəaliyyət
göstərən sığortaçılarda sığortalamalıdırlar.
2. Xarici ölkələrdə
aşağıdakı sığortalara yol verilir:
2.1. idxal-ixrac
edilən malların nəqliyyat sığortaları;
2.2. təyyarə,
vertolyot və dəmirlərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit
ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq
müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları;
2.3. gəmilərin sahiblərinin
məsuliyyətinin sığortaları;
2.4. həyat
sığortaları;
2.5. vətəndaşların
Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi
qəza, xəstəlik və mühərrik nəqliyyat vasitəsi sığortaları.
III fəsil
SIĞORTA MÜQAVİLƏSİ
Maddə
25. Sığorta
müqaviləsinin bağlanması
1. Sığorta
müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində
sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.
2. Sığorta
müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya
verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
3. Sığortaçı, agent
və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə
onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında,
reklam və elanlarda yalan, çaşdırıcı və ya aldadıcı məlumatı verməsi
qadağandır.
Maddə
26. Sığorta
müqaviləsinin məzmunu
1.1. sığortaçının
adı və ünvanı;
1.2. sığortalının
adı və ünvanı;
1.3. sığorta
obyekti və onun olduğu yer;
1.4. sığorta
riskləri;
1.6. sığorta
haqqının məbləği, onun verilməsinin qaydası və müddəti;
1.7. müqavilənin
qüvvədə olduğu müddət;
1.8. müqaviləyə
üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat
(sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri);
1.0. müqavilənin
dəyişdirilməsi və ona xitam verilməsi qaydası.
2. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, habelə tərəflərin razılığı
ilə müqavilədə başqa şərtlər də göstərilə bilər. [23]
Maddə
27. Sığorta
müqaviləsinin qüvvədə olduğu müddət
1. Müqavilə ilə və
ya qanunla başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi müqavilənin
bağlandığı gün saat 24-00-da qüvvəyə minir. [24]
2. Müqavilədə və ya
icbari sığorta haqqında qanunda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta
müqaviləsi sığorta hadisəsinin baş verdiyinə görə sığorta məbləğinin tam
verildiyi andan qüvvədən düşür.
Maddə
28. Sığorta
müqaviləsinə xitam verilməsi
1. Sığorta
müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
1.1. əmlak
sığortası obyekti sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə.
Bu halda sığortaçı
ilə sığortalı və ya əmlak sığortası obyekti xeyrinə özgəninkiləşdirilən şəxs
əsasında yeni sığorta müqaviləsi bağlanıla bilər.
1.2. müqavilənin
qüvvədə olduğu müddət bitdikdə;
1.3. sığortaçı
sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
1.4. sığortalı
sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
1.5. bu Qanunun
36-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxs ləğv
edildikdə və ya fiziki şəxs vəfat etdikdə;
1.6. məhkəmə
sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
1.7. sığorta
obyektinin mövcudluğu bitdikdə (yox olduqda);
1.8.
qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;
1.9.
qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
2. Sığorta
müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən
müqaviləyə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam
verilə bilər. Bu barədə tərəflər qanunla müəyyən edilən hallar istisna olmaqla azı
30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər. [25]
3. Sığorta
müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə,
sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün
sığorta haqlarını ona qaytarır, əgər bu tələb sığortaçının sığorta qaydalarını
pozması ilə bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.
Sığorta
müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o,
sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının
sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş
xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını
qaytarır.
Bu bəndin birinci
və ikinci abzaslarında nəzərdə tutulmuş hallarda sığorta haqlarının
qaytarılması qaydası sığorta qaydalarında göstərilir.
4. Sığortalının
ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə
müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını vəfat
etmiş sığortalının qanuni vərəsəsinə qaytarır.
Maddə
29. Sığorta
müqaviləsinin etibarsız sayılması
1. Mülki Məcəllə
ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, sığorta
müqaviləsi bağlandığı andan aşağıdakı hallarda etibarsız sayılır:
1.1. sığorta
obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak
olduqda;
1.2. sığorta
hadisəsindən sonra bağlandıqda;
1.3. sığortaçının
adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
1.4. sığorta
müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda;
1.5. sığorta
obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda;
1.6. sığorta
müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən
artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində);
1.7. xüsusi
razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandıqda (bu halda
ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır). [26]
Maddə
30. Sığorta
haqları və tarifləri
1. İcbari sığorta
növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən
edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.
2. Zəruri hallarda
haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı
minimum sığorta tariflərini müəyyən edə bilər.
3. Sığortalının
ödədiyi sığorta haqları məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə aid
edilir.
Maddə
31. Sığorta
ödənişinin verilməsi
1. Sığortaçı
sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının
ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.
Sığorta aktını
sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta
hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.
2. Müəssisələr,
idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə
əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.
Maddə
32. Sığorta
ödənişini verməkdən imtina
1. Sığortaçının
sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır:
1.1. sığortalının
sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta
hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;
1.2. müqavilə və ya
qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ hüquqi
aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi əməliyyatları və ya əlaqədar
olan hərbi xarakterli tədbirlər;
1.3. sığortalının
sığortalanmış əmlaka dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün
lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri
qəsdən görməməsi; [28]
1.4. sığortaçının
sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığorta tərəfindən
maneçilik törədilməsi;
1.5. sığorta
obyekti və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən qəsdən yanlış
məlumat verməsi;
1.6. sığortalının
əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsirli olan şəxsdən
alması;
2. Sığorta məbləği
əmlakın sığorta dəyərindən az olduqda, müqavilədə başqa qayda nəzərdə
tutulmamışdırsa, sığorta ödənişi sığorta məbləğinin əmlakın sığorta dəyərinə
mütənasib surətdə azaldılır.
3. Sığorta
müqaviləsinin şərtlərində sığorta ödənişinin verilməsindən imtina üçün
qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər.
4. Sığorta
ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı
şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır.
5. Sığortalı
sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə məhkəməyə şikayət
edə bilər.
Maddə
33. Tələb
olunmamış sığorta məbləği
Sığortalının
müəyyən yaşınadək sağ qalması və sağ ölümü şərti ilə həyat sığortası üzrə
sığorta məbləği sığortalı və ya onun qanuni vərəsəsi tərəfindən ödəniş vaxtı
çatandan etibarən 10 (on) il ərzində tələb edilməzsə, onuncu il başa çatdıqda
sığortalıların siyahısı müvafiq icra hakimiyyəti orqanına verilməklə dövlət
büdcəsinə köçürülür.
Maddə
34. Sığortalının
vəzifələri
Sığortalının
vəzifələri aşağıdakılardır:
1.1. sığorta
haqqını vaxtında ödəmək;
1.2. sığortalanmış
obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat
vermək;
1.3. sığorta
hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə
sığortaçını xəbərdar etmək;
1.4. ziyanın
qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;
1.5. sığorta
müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və
riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək.
2. Sığorta
müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.
Maddə
35. Sığortaçının
vəzifələri
1. Sığortaçı:
1.1. sığortalını
sığorta qaydaları ilə tanış etməli;
1.2. sığortalı
sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyə biləcək
zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri
artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta
müqaviləsini yenidən bağlamalı;
1.3. sığorta
ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli,
əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi
miqdarında dəbbə pulu (cərimə) ödəməli;
1.4. sığorta
hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının
alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməli, bir şərtlə ki,
bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından
artıq olan xərclərin əvəzi ödənilməməli;
1.5. sığortalı və
onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı
yaymamalıdır.
2. Sığorta
müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər.
4. Təkrar sığorta
müqaviləsi bağlamış sığortaçı sığortalı qarşısında öz öhdəlikləri üzrə tam
məsuliyyət daşıyır. Təkrar sığortaçı sığortaçı qarşısında götürdüyü öhdəliklər
üzrə məsuliyyət daşıyır.
Təkrar sığorta
müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan ilə eyni vaxtda qüvvədən
düşür.
5. Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarının yalnız xüsusi
razılıq aldığı sığorta növü üzrə riskləri təkrar sığortaya qəbul etmək hüququ
vardır.
6. İcbari sığorta
növləri üzrə təkrar sığortaya verilən risklərin Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və onun
saxlama qaydası qanunla müəyyən edilir.
7. Könüllü sığorta
növləri üzrə risklər təkrar sığortaya verilərkən sığortaçı bir müqavilə üzrə
sığorta haqlarının azı 15 faizini (frontiq sazişləri üzrə azı 5 faizi) özündə
saxlamalıdır, bir şərtlə ki, riskin məbləği bu qanunun 46-cı maddəsinin 1.2-ci
yarımbəndində müəyyən edilmiş normativə uyğun olsun.
8. Sığortaçı bir
müqavilə üzrə qəbul etdiyi riskin qanunvericiliklə müəyyən edilmiş nizamnamə
kapitalının minimum məbləğinin 50 faizindən artıq olan hissəsini xarici təkrar
sığortaçılarda təkrar sığortalaya bilər.
9. Əgər bir
müqavilə üzrə qəbul edilən riskin məbləği Azərbaycan Respublikasında fəaliyyət
göstərən sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin 50 faizindən
azdırsa, belə risklər üzrə təkrar sığorta haqlarının 70 faizindən çox olmayan
hissəsi xarici təkrar sığortaçılara ödənilə bilər.
10. Xarici təkrar
sığortaçı ilə bağlanan mütənasib təkrar sığorta müqavilələri üzrə komisyon
mükafatı hesablanmış sığorta haqqının 10 faizindən az olmamalıdır.
11. Beynəlxalq
reytinq təşkilatları tərəfindən müəyyən edilən reytinqlərdən müvafiq icra
hakimiyyəti orqanının göstərdiyi və ya göstərdiyindən yuxarı reytinqə malik
olan xarici təkrar sığortaçılarla əqdlər bağlayan sığortaçılara bu maddənin
10-cu bəndi şamil edilmir. [31]
Maddə
36. Sığorta
müqaviləsində sığortalının əvəz edilməsi
1. Əmək sığortası
müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri
vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir.
Sığorta obyekti
olan əmlak satıldıqda, dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə
sığortalının hüquq və vəzifələri sığortaçının razılığı ilə, müqavilədə və ya
qanunda başqa şərtlər müəyyən edilməmişdirsə, həmin əmlakı qəbul edən şəxsə
onun razılığı ilə keçir.
2. Üçüncü şəxsin
xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq
və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir. Bu şəxs sığorta müqaviləsi
üzrə vəzifələrini yerinə yetirə bilmədikdə, onun hüquq və vəzifələri Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə onun hüquqlarının və
mənafelərinin qorunması vəzifələrini yerinə yetirən şəxslərə keçə bilər.
3. Əgər müqavilənin
qüvvədə olduğu dövrdə sığortalı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan sayılmışdırsa, yaxud onun fəaliyyət qabiliyyəti məhdudlaşmışdırsa, belə
sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata
keçirir. Bu zaman mülki məsuliyyət sığortası sığortalının fəaliyyət
qabiliyyətinin olmadığı hesab edildiyi və ya məhdudlaşdırıldığı andan bitir.
4. Sığortalı olan
hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil
edildikdə, onun bu müqavilə üzrə hüquq və vəzifələri sığortaçının razılığı ilə
qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi varisinə keçir.
5. Sığorta etdirən,
sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və
ya hüquqi şəxsi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək həmin
şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir.
Maddə
37. Reqres
tələbi hüququ
1. Sığortalının
təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası
üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi
sığorta ödənişi məbləğində keçir.
Sığortalı sığorta
ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün
lazımi sənədləri sığortaçıya verməlidir.
2. Sığortalı
təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi
sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən
reqres tələbi qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən
azad edilir.
3. Sığortalı
təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək
tələbi hüququnu sığortaçıya güzəşt edə bilər.
IV fəsil
SIĞORTA FƏALİYYƏTİNİN ƏSASLARI VƏ
SABİTLİYİ
Maddə
38. Sığorta
obyektləri, sahələri və formaları
1. Sığorta
obyektləri sığortalının:
həyatı, sağlamlığı,
iş qabiliyyəti;
əmlakı;
digər şəxslərə
vurduğu zərərə görə məsuliyyəti ilə bağlı qanunvericiliyə zidd olmayan əmlak
mənafeləridir.
2. Sığorta iki əsas
sahədən - həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir.
3. Sığortaçılar bu
Qanuna uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələrində və ya
bu sahələrdən yalnız biri üzrə də fəaliyyət göstərə bilərlər.
4. Sığorta növləri
həm könüllü həm də icbari formada həyata keçirilə bilər.
Həyat və
qeyri-həyat sığortalının şərtləri və aparılması qaydası qanunvericiliyə uyğun
olaraq sığortaçı ilə sığortalı arasında bağlanan müqavilədə müəyyən edilir.
İcbari sığortanın
şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən
edilir. Qanunla digər hallar nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri
üzrə işlərin aparılması xərclərinə ayırmalar 10 faiz miqdarında müəyyən edilir.
5. Həyat və qeyri-həyat
sığortası sahələrində sığorta növləri, o cümlədən qanunla başqa hal nəzərdə
tutulmayıbsa, icbari formada, təşkilati-hüquqi və mülkiyyət formasından asılı
olmayaraq müvafiq xüsusi razılığı almış bütün sığortaçılar tərəfindən həyata
keçirilir.
Maddə
39. Maliyə
sabitliyinin əsası
Bu qanuna uyğun
olaraq sığortaçının maliyyə sabitliyinin əsasını onun ödənilmiş nizamnamə
kapitalı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən normativlər, sığorta
ehtiyatları, habelə təkrar sığorta sistemi təşkil edir.
Maddə
40. Xüsusi
təminat
1. Qeyri-həyat,
habelə həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində
təkrar sığortaya hesablanmış sığorta haqları çıxılmaqla daxil olmuş sığorta
haqları onların 10 faizindən çox olmamaq şərti ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi minimum faiz miqdarında xüsusi təminat kimi
saxlanılır. [32]
2. Yeni təsis
edilmiş sığortaçılar üçün göstərilən xüsusi təminat müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi minimum miqdara çatanadək sığortaçının ödənilmiş nizamnamə
kapitalının 10 faizi miqdarında müəyyən edilir.
3. Sığortaçının
xüsusi təminatı bütün hallarda ödənilmiş nizamnamə kapitalının 10 faizindən az
ola bilməz.
4. Həyat sığortası
sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın
yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə
41. Xüsusi
təminat barədə tələblər
1. Xüsusi təminat
kimi saxlanılan pul vəsaitinə (Azərbaycan manatı, xarici valyuta) və daşınar
əmlaka müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan sərəncam verə
bilməzlər.
2. Xüsusi təminat
kimi sərbəst istifadəsi qadağan edilmiş dəyərlərin eyni qiymətə malik olan
başqa belə dəyərlə əvəz edilməsi icazə tələb olunmur. Bu zaman əvəz etmə
əməliyyatının həyata keçirildiyi tarixdəki qiymətlər əsas götürülür.
3. Müvafiq icra
hakimiyyəti orqanı xüsusi təminat kimi saxlanılan aktivlərin sığortaçı hesabına
yenidən qiymətləndirilməsini, onların çatışmayan hissəsinin tamamlanmağını və
bu aktivlərin daxilində zəruri olmayan əmlakın digər əmlaka dəyişdirilməsini
tələb edə bilər.
4. Sığortaçının
xüsusi təminatı çatışmadıqda istifadəsi qadağan edilmiş dəyərlərdən əldə edilən
faiz, divident və digər gəlirlər xüsusi təminatın tamamlanmasına yönəldilir.
5. Xüsusi təminatın
bu Qanunun 40-cı maddəsinə uyğun olaraq tələb ediləndən artıq olan hissəsindən
sərbəst istifadəyə qadağan edilmir.
6. Sığortaçılar
sığorta fəaliyyətinə başladığı gündən 15 gün ərzində ilk dəfə xüsusi təminatın
yaradılması şərtlərinə və qaydasına dair təkliflər hazırlayır və müvafiq icra
hakimiyyəti orqanına göndərir. Bu Qanuna uyğun olmayan və ya sığortalıların
hüquq və mənafelərinə xələl gətirə bilən şərt və qaydalar müvafiq icra
hakimiyyəti orqanının tələbi ilə dəyişdirilməlidir.
7. Sığortaçılar
xüsusi təminata bu Qanuna uyğun olaraq verilən tələblərin yerinə yetirilməsi
barədə məlumatı yerinə yetirildiyi gündən etibarən ən geci 5 (beş) iş günü
ərzində müvafiq icra hakimiyyəti orqanına bildirməlidirlər.
Maddə
42. Xüsusi
təminatdan istifadə
1. Xüsusi təminat
sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında, ilk
növbədə müvafiq sığorta sahəsində sığortalılara borcların ödənilməsi (sığorta
ödənişlərinin verilməsi və çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarının qaytarılması) üçün istifadə olunur. Artıq qalan
vəsait sığorta sahələrinə aid xüsusi təminatlara əlavə edilir.
2. Sığortaçı
tərəfindən fəaliyyəti dayandırılan sığorta sahələrinə aid xüsusi təminatlardan
həmin sahələrdə bütün borclar ödənildikdən sonra sərbəst istifadə edilməsinə
icazə verilir.
Maddə
43. Xüsusi
təminat kimi saxlanılan dəyərlilər
1. Aşağıdakı
dəyərlilər xüsusi təminat kimi saxlanıla bilər:
1.1. Azərbaycan
manatında və Azərbaycan Respublikasında valyuta birjasında alqı-satqı predmeti
olan xarici valyutada ifadə edilən pul vəsaiti;
1.2. Dövlət
qiymətli kağızları;
1.3. Dövlətin payı
minimum 51 faizi olan səhmdar cəmiyyətlərinin səhmləri;
1.4. Müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə digər qiymətli kağızlar;
1.5. Sığortaçının
mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak.
2. Daşınmaz əmlakın
dəyəri xüsusi təminatın ümumi məbləğinin yarısından çox ola bilməz.
Maddə
44. Sığorta
ehtiyatları
1. Öz fəaliyyətinin
sabitliyini təmin etmək üçün sığortaçılar bu Qanuna uyğun olaraq sığorta
haqlarından sığorta ehtiyatları yaradırlar. [33]
2. Sığortaçılar
yanğın və mühəndislik sığortası növləri üzrə baş verə biləcək zəlzələ
nəticəsində zərərin ödənilməsi öhdəliyi müqabilində aldıqları sığorta
haqlarından təkrar sığortaya hesablanmış sığorta haqları, komisyon mükafatlar
və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxılmaqla qalan sığorta
haqları məbləğindən ayırmalar hesabına on beş il müddətli sığorta ehtiyatını
yaradırlar. Bu ehtiyatın yaradılması, o cümlədən ayırmaların hesablanması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3. Sığortaçılar
uzunmüddətli (bir ildən artıq) həyat sığortası və zəlzələ sığortası növlərindən
başqa bütün digər sığorta növlərində yüksək dərəcəli risklər üzrə müqavilə
öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yüksək dərəcəli zərərlərin
ödənilməsi ehtiyatını yaradırlar.
Bu ehtiyat keçən
hesabat dövrlərində faktiki verilmiş və (və ya) hesablanmış sığorta
ödənişlərinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
hesablanır.
4. Cari risklər
üzrə sığorta ehtiyatı qüvvədə olan müqavilələrə görə daxil olmuş sığorta
haqlarından təkrar sığortaya hesablanmış sığorta haqları, komisyon mükafatlar
və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxıldıqdan sonra qalan
vəsaitin hesabat dövrünə keçən günlərin və ya ayların əsasında hesablanmış
hissəsindən ibarət olur. [34]
Cari risklər üzrə
sığorta ehtiyatının sığorta müqavilələri əsasında hesablanması texniki cəhətdən
mümkün olmadıqda, bu ehtiyat daxil olmuş sığorta haqlarından hər hesabat
dövrünün sonunda qalan vəsaitin nəqliyyat sığortası növündə minimum 25 faizi,
digər sığorta növlərində minimum 33,5 faiz miqdarında ayırmalar hesabına
yaradılır.
5. Həyat sığortası
sahəsində fəaliyyət göstərən sığortaçılar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada aktuari hesablamalarına əsasən riyazi ehtiyat
yaradırlar. [35]
6. Sığorta
ehtiyatları müqavilə üzrə öhdəliklərin göstərildiyi valyutada hesablama
tarixinə birja məzənnəsi üzrə hesablanır. Əgər sığortaçının aldığı sığorta
haqlarının valyutası onun öhdəliklərinin ifadə olunduğu valyutadan fərqlidirsə
sığortaçı müvafiq sığorta ehtiyatlarını yaratmaq üçün öhdəliklərin ifadə
olunduğu valyutanı satına ala bilər.
7. Sığortaçı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə və qaydada sığorta
hadisəsinin qarşısının alınması tədbirləri fondunu və komisyon mükafat fondunu
yarada bilər.[36]
Maddə
45. Sığorta
ehtiyatlarının yerləşdirilməsi
1. Bu Qanunda
göstərilmiş sığorta ehtiyatları sığortaçının müqavilələr üzrə öhdəliklərinin
yerinə yetirilməsi üçün nəzərdə tutulur.
2. Sığorta
ehtiyatlarının vəsaiti sığortaçının seçimi ilə aşağıdakı qaydada yerləşdirilə
bilər (investisiya edilə bilər):
2.2. bank və digər
kredit təşkilatlarındakı depozit hesablarında - 80 faizədək;
2.3. daşınmaz
əmlakın və torpaq sahələrinin, habelə onlardan istifadə hüquqlarının satın
alınmasına - 20 faizədək, o cümlədən bir satınalınmaya - bu həddin 50
faizinədək;
2.4. qeyri-dövlət
qiymətli kağızların, xarici valyutanın və onunla ifadə edilmiş qiymətli
kağızların satın alınmasına - 40 faizədək, o cümlədən bu satınalınmaya - bu
həddin 10 faizinədək. [40]
2.5. Cari sığorta
ödənişlərinin verilməsi üçün bankdakı hesablaşma hesabında 5 faizdən az
olmayaraq;
2.6. digər
investisiya sahələrinə - 10 faizədək.
3. Bir bankda və ya
kredit təşkilatında bütün sığorta ehtiyatları vəsaitini 40 faizindən çoxu
saxlanıla bilməz.
4. Sığorta
ehtiyatlarının vəsaiti yerləşdirilən daşınmaz əmlakın və torpaqların dəyəri
onların bazar qiymətini 80 faiz miqdarında qəbul edilir.
Maddə
46. Sığortaçının
ödəmə qabiliyyətinin təmin edilməsi normativləri
1. Öz ödəmə
qabiliyyətini təmin etmək üçün sığortaçı aşağıdakı normativlərə riayət
etməlidir:
1.1. Sığortaçının
öz vəsaitinin sığorta haqları məbləğinə (təkrar sığorta verilmiş sığorta
haqları çıxılmaqla) 16 faizə az olmayan nisbət;
1.2. Bir müqavilə
üzrə öhdəliklərin maksimum həcmi sığortaçının öz vəsaitinə on faizdən çox
olmayan nisbət.
2. Sığortaçının öz
vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq aid
edilir. Bu zaman aktivlər hesablanarkən faktiki verilmiş sığorta ödənişləri
məbləği nəzərə alınmır.
3. Sığortaçı bu
maddədə göstərilən normativlərə öz aktivlərinin tamamlanması, öhdəliklərinin
müvafiq hissəsinin təkrar sığortaya verilməsi və ya sığorta əməliyyatlarının
azaldılması yolu ilə riayət etməlidir.
4. Sığortaçının öz
vəsaitinin məbləği qanunvericiliklə müəyyən edilmiş minimum nizamnamə kapitalı
məbləğindən az ola bilməz. [41]
Maddə
47. İflasa
uğrama zamanı həyat sığortası portfelinin başqasına verilməsi
Sığortaçının
müflisləşdiyi halda bir və ya bir neçə başqa sığortaçı onun həyat sığortası
portfelini bütün hüquq və öhdəlikləri ilə birlikdə qəbul edəcəyini bildirərsə,
həmin sığorta portfeli sığortaçının müflis elan edilməsi və ləğv edilməsini
prosedurunun başa çatmasına qədər müvafiq icra hakimiyyəti orqanının icazəsi
ilə digər sığortaçılara verilə bilər.
İflasa uğrayan
sığortaçının həyat sığortası portfeli ilə birlikdə xüsusi təminat və müvafiq
sığorta ehtiyatları verilir və ya onlar sığorta portfelini qəbul edən sığortaçı
tərəfindən yaradılır.
Maddə
48. Sığortaçının
yenidən təşkili zamanı sığorta portfelinin başqasına verilməsi
1. Sığortaçının hər
hansı formada yenidən təşkili (birləşməsi, qovuşması, bölünməsi: ayrılması,
çevrilməsi) və bununla əlaqədar sığorta portfelini qismən və ya tamamilə başqa
bir sığortaçıya verməsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata
keçirilir.
2. Sığorta
portfelinin başqasına verilməsi haqqında müqavilədə sığortalıların hüquq və
mənafelərinə xələl gətirən şərtlər olmamalıdır.
3. Sığorta
portfelinin başqasına verilməsi haqqında müqavilədə verilən sığorta
müqavilələri, portfellə birlikdə verilən sığorta ehtiyatları, investisiyadan
əldə ediləcək gəlirlərə və xüsusi təminatlara dair şərtlər, habelə portfelin
verilmə tarixi dəqiq göstərilməlidir.
4. Sığortaçının
yenidən təşkili, ləğvi və bununla əlaqədar sığorta portfelinin başqasına
verilməsi respublika mətbuatında bir həftə ara ilə ən azı iki dəfə elan edilir.
Elan tarixindən etibarən üç ay ərzində etiraz bildirməyən sığortalılar
portfelin başqasına verilməsini qəbul etmiş hesab olunurlar.
5. Bu Qanun uyğun
olaraq sığorta portfelini başqasına verən sığortaçının öhdəliklərinə xüsusi
təminatla sığorta ehtiyatları tam həcmdə verildikdən sonra xitam verilir.
6. Sığortaçının hər
hansı formada yenidən təşkili, portfelini başqasına verməsi, xüsusi razılığın
ləğvi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika
mətbuatında elan edilir.
V fəsil
SIĞORTA FƏALİYYƏTİNƏ DÖVLƏT NƏZARƏTİ
Maddə
49. Sığorta
nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifələri
1. Azərbaycan
Respublikasında sığortaların, sığortaçıların və sığorta bazarının digər
iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, sığorta
qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta fəaliyyətinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Müvafiq icra
hakimiyyəti orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
2. Müvafiq icra
hakimiyyəti orqanının əsas vəzifələri aşağıdakılardır:
2.1. sığorta
fəaliyyətinin göstərilməsi üçün xüsusi razılıq vermək;
2.2.
qanunvericiliyi uyğun olaraq sığortaçıların, o cümlədən təkrar sığortaçıların,
onların filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar
iştirakçılarının uçotunu aparmaq;
2.3. sığortaçıların
sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə sabitliyinin və
ödəmə qabiliyyətinin təmin olunmasına nəzarət etmək;
2.4. bu Qanunla
müəyyən edilmiş qaydada sığortaçıların sığorta ehtiyatlarının və fondların
yaradılmasına və yerləşdirilməsinə nəzarət etmək;
2.5. sığortaçıların
reyestrini aparmaq;
2.6. sığorta
fəaliyyəti ilə əlaqədar bu Qanunla müəyyən edilmiş səlahiyyət dairəsində
normativ aktları və metodiki sənədləri hazırlayıb təsdiq etmək;
2.7. sığorta
təcrübəsinə ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və
təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.
Maddə
50. Sığorta
nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının hüquqları
Sığorta nəzarəti
sahəsində müvafiq icra hakimiyyəti orqanının hüquqları aşağıdakılardır:
1.1.
sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar
iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti
barədə hesabatlar almaq;
1.2. bu məlumatın
və hesabatların düzgünlüyünü yoxlamaq, onların fəaliyyəti və maliyyə
əməliyyatları barədə banklara, digər kredit idarələrinə və müəssisələrinə
müraciət etmək;
1.3.
sığortaçıların, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının
fəaliyyətində bu Qanunun tələblərinin pozulması aşkar edildikdə pozuntuların
aradan qaldırılması üçün təqdimatlar vermək, təqdimatlar yerinə yetirilmədikdə
sığortaçılara və brokerlərə verilmiş xüsusi razılığın qüvvəsini müvəqqəti
dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə müəyyən
edilmiş qaydada və hallarda inzibati tənbeh tətbiq etmək; [42]
1.4. sığortaçılar
və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların
ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq
məhkəmədə iddia qaldırmaq;
1.5. sığortaçıların
ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların iflas elan edilməsi barədə
məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək.
Maddə
51. Maliyyə
sabitliyinə nəzarət
1. Sığortaçının
maliyyə sabitliyinin xüsusi təminatı normativləri gözlənilmədikdə, yaxud onun
müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin
sığortaların hüquq və mənafelərinə təhlükəli olan dərəcədə pisləşməsi sübut
edildikdə müvafiq icra hakimiyyəti orqanı, müəyyən vaxt verərək, həmin
sığortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edə bilər:
1.1. öz vəsaitinin
(kapitalın) artırılmasını və (və ya) mənfəətin divident şəklində
bölüşdürülməsinin dayandırılmasını;
1.2. risklərin
(öhdəliklərin) təkrar sığortaya verilməsini və saxlama paylarının miqdarının
dəyişdirilməsini;
1.3. yaranmış
vəziyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını və müvafiq qərar qəbul
edilməsini (təsisçi təkdirsə, onun tərəfindən qərar qəbul edilməsini);
1.4. maliyyə
vəziyyətinin yaxşılaşdırılması istiqamətində digər tədbirlər.
2. Sığortaçının
rəhbərliyi və ya təsisçiləri bu maddənin 1-ci bəndində göstərilən tədbirlərin
yerinə yetirilməsi haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanına aylıq
hesabat qaydasında verməlidir.
3. Bu maddənin 1-ci
bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi və ya onların görülməsinə
baxmayaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması mümkün olmadıqda müvafiq icra
hakimiyyəti orqanının:
3.1. sığortaçının
yeni sığorta və (və ya) təkrar sığorta müqavilələri bağlamasını qadağan etmək;
3.2. sığortaçının
sığorta fəaliyyəti növlərindən birinə və ya hamısına aid olan sığorta
portfelinin xüsusi təminat və sığorta ehtiyatları ilə birlikdə başqa
sığortaçılara verilməsi haqqında qərar qəbul etmək;
3.3. müvafiq
sığorta fəaliyyətinə xüsusi razılığı ləğv etmək səlahiyyəti vardır.
Maddə
52. İnhisar
fəaliyyətinə və haqsız rəqabətə qarşı tədbirlər
Sığorta sahəsində
inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması,
məhdudlaşdırılması və aradan qaldırılması qanunvericiliyə uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. [43]
VI fəsil
YEKUN MÜDDƏALARI
Maddə
53. Uçot və
hesabat
1. Sığortaçılar və
brokerlər qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə-təsərrüfat
fəaliyyəti üzrə statistika və mühasibat uçotu aparır və hesabatlar verirlər.
2. Sığortaçının
uçot sənədləri və maliyyə hesabatları, onun filiallarının əməliyyatlarını və
maliyyə vəziyyətini birlikdə əks etdirilməlidir. Rüblük və ya illik hesabat
zamanı, sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla
ümumiləşdirilmiş münasibət balansı və maliyyə nəticələri barədə hesabat təqdim
edir.
3. Bu Qanundan
irəli gələn sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə
hesabatların və digər məlumatın tərtib edilməsi və müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.
Maddə
54. Audit
və nəzarət
1. Sığortaçının
maliyyə-təsərrüfat vəziyyətini onun seçdiyi sərbəst auditor yoxlayır.
Auditor tərəfindən
təsdiqlənmiş illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat müvafiq icra
hakimiyyəti orqanına təqdim edilir və mətbuatda dərc olunur.
2. Sığortaçının
fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq nəzarət
edir.
Maddə
55. Sığorta
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Sığortaçılar,
brokerlər və sığorta bazarının digər peşəkar iştirakçıları bu Qanunu və sığorta
sahəsində digər normativ hüquqi aktları pozmalarına görə qanunvericiliklə
müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Sığorta ilə
əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 25 iyun 1999-cu il
№ 696-IQ
№ 696-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 12, maddə 736)
2. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, № 5, maddə 241)
3. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, № 2, maddə 57)
4. 18 iyun 2004-cü il tarixli 700-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, № 8, maddə 600)
5. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 8, maddə 684)
6. 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə preambulasının
ikinci hissəsində “sosial
sığorta” sözlərindən sonra “, o cümlədən icbari tibbi sığorta” sözləri əlavə edilmişdir.
[2] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə Qanunun
preambulasında "sığortalıların" sözündən sonra "və
sığortaçıların" sözü əlavə edilmiş, "peşəkar fəaliyyəti"
sözləri "peşəkar fəaliyyətini" sözləri ilə əvəz edilmiş,
"göstərmələrini" sözü çıxarılmış, eləcə də üçüncü hissə əlavə
edilmişdir.
[3] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 1-ci maddənin on ikinci abzasında
"dərəcə" sözü "faiz dərəcəsi" sözləri ilə
əvəz edilmişdir.
[4] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
1-ci maddəyə on beşinci və on altıncı abzaslar əlavə edilmişdir.
[5] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 2-ci maddənin 2-ci
bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[6] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
4-cü maddənin 1-ci bəndindən "müvafiq sığorta növü üzrə" və
"sığortaçının" sözləri çıxarılmışdır.
[7] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 7-ci maddədə "ictimai-siyasi
təşkilatlar, ictimai fondlar (o cümlədən, xeyriyyə cəmiyyətləri)"
sözləri "ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları)"
sözləri ilə əvəz edilmişdir.
[8] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 8-ci maddənin 2-ci hissəsi yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[9] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
8-ci maddəyə 5-ci və 6-cı bəndlər əlavə edilmişdir.
[10] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
9-cu maddənin adında və mətnində "kapitalında" sözündən əvvəl
"nizamnamə" sözü əlavə edilmişdir.
[11] 10 iyun 2005-ci il tarixli
925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə
10-cu maddənin ikinci hissəsinin birinci cümləsində “qanunvericiliyə uyğun
olaraq dövlət qeydiyyatı orqanına” sözləri “qanunvericiliklə müəyyən
edilmiş müddətdə dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət edilir”
sözləri ilə əvəz edilmişdir.
[12] 23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə
10-cu maddəyə 3-cü hissə əlavə edilmişdir.
[13] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 12-ci maddənin
1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[14] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
16-cı maddənin 5-ci bəndində "müdirlərindən" sözü "rəhbərlərindən" sözü ilə əvəz edilmişdir.
[15] 23 aprel 2002-ci il tarixli
311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 17-ci maddənin 2-ci bəndində "ictimai təşkilatdır"
sözləri "qeyri-kommersiya təşkilatıdır" sözləri ilə əvəz
edilmişdir.
[16] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 18-ci maddənin 1-ci
bəndindən "hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan" sözləri çıxarılmışdır.
[17] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 18-ci maddənin
6.2-ci yarımbəndində "mülkiyyətə qarşı cinayətlər. Təsərrüfat və vəzifə
cinayətləri" sözləri "fiziki şəxs olan agentlərin mülkiyyət
əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət
qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi
əleyhinə olan cinayətlərin" sözləri ilə əvəz edilmişdir.
[18] 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 19-cu maddəsinin
4-cü bəndi çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
[19] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 23-cü maddənin 2-ci
bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[20] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
23-cü maddənin 3-cü bəndində "müdir" sözü "rəhbər"
sözü ilə əvəz edilmişdir.
[21] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 26-cı maddənin 1-ci bəndində
"müqaviləsində" sözündən sonra "(sığorta şəhadətnaməsində)"
sözləri əlavə edilmişdir.
[22] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 26-cı maddənin
1.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[23] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 26-cı maddənin 2-ci
bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[24] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 27-ci maddənin 1-ci
bəndində "sığortalının ilk sığorta haqqını ödədiyi" sözləri
"müqavilənin bağlandığı" sözləri ilə əvəz edilmişdir.
[25] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 28-ci maddənin 2-ci
bəndinin ikinci cümləsində "bir-birini" sözlərindən sonra
"qanunla müəyyən edilən hallar istisna olmaqla" sözləri əlavə
edilmişdir.
[26] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 29-cu maddənin 1-ci
bəndinin 1.1-ci yarımbəndi çıxarılmış və 1.2-1.8-ci yarımbəndləri müvafiq
olaraq 1.1-1.7-ci yarımbəndləri hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[27] 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 31-ci maddənin
3-cü bəndindən "vergi və" sözləri çıxarılmışdır.
[28] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 32-ci maddənin
1.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
[29] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
32-ci maddənin 1-ci bəndinə 1.7-ci yarımbənd əlavə edilmişdir.
[30] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
32-ci maddənin 3-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
[31] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
35-ci maddəyə 7-11-ci bəndlər əlavə edilmişdir.
[32] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
40-cı maddənin 1-ci bəndində "faktiki verilmiş" sözləri "hesablanmış"
sözü ilə əvəz edilmişdir.
[33] 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə
44-cü maddənin 1-ci bəndindən "vergitutmadan qabaq" sözləri
çıxarılmışdır.
[34] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 44-cü maddənin 2-ci
bəndində və 4-cü bəndin birinci abzasında "faktiki verilmiş"
sözləri "hesablanmış" sözü ilə, "işin aparılması"
sözləri "komisyon mükafatlar" sözləri ilə əvəz edilmişdir.
[35] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
5-ci bənddən "ümumi" sözü çıxarılmışdır.
[36] 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə
44-cü maddənin 7-ci bəndindən "vergini ödəməkdən əvvəl" sözləri çıxarılmışdır.
18 iyun 2004-cü il tarixli 700-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 44-cü maddənin 7-ci bəndində
"işin aparılması" sözləri "komisyon mükafat"
sözləri ilə əvəz edilmişdir.
[37] 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 44-cü maddənin
8-ci bəndindən "vergini ödədikdən sonra" sözləri
çıxarılmışdır.
[38] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
44-cü maddəyə 9-cu bənd əlavə edilmişdir.
[39] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
45-ci maddənin 2.1-ci yarımbənddə "alınması" sözü "alınmasına"
sözü ilə əvəz edilmişdir.
[40] 18 iyun 2004-cü il tarixli 700-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə 45-ci maddəyə
2.3-cü və 2.4-cü yarımbəndlər yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
[41] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
46-cı maddəyə 4-cü bənd əlavə edilmişdir.
[42] 30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə
50-ci maddəsinin 1.3-cü bəndində "cərimə və sanksiyaları"
sözləri "qaydada və hallarda inzibati tənbeh" sözləri ilə əvəz
edilmişdir.
[43] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
52-ci maddənin 1-ci bəndindən "1" rəqəmi və 2-ci bəndi
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
[44] 18 iyun 2004-cü il tarixli
700-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 600) ilə
qanuna 56-cı maddə əlavə edilmişdir.
Facebook Comments Plugin by Hüquqşünasların Məkanı
No comments:
Post a Comment